Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Sonadək xoşgümanlıq etməliyik
2013-08-31, 7:20 AM | |
Sonadək xoşgümanlıq etməliyik Bәdgümanlıq cәmiyyәtdә bir-birinә inam hissini mәhv edib qәlblәri kәdәrlәndirdiyindәn, müqәddәs şәriәtdә onun әksinә olaraq "xoşgüman" adlı әks-tәsirә malik bir xüsusiyyәt vardır. Hәyatın bütün mәrhәlәlәrindә ondan istifadә olunmalıdır, yәni möminlәrin әmәllәrini hәmişә xeyrә yozub, son hәddә qәdәr yaxşılığa doğru fikirlәşmәk lazımdır. Hәzrәt Әli (ә) buyurur: "Qardaşının әmәllәrini bütün bәhanә yolları üzünә bağlanana kimi yaxşılığa yoz. Yaxşılığa doğru yozmağa imkan olan surәtdә onların dediyi hәr bir sözә qarşı bәdgüman olma". Әllamә Mәclisi bu cümlәni belә şәrh edir: "Hәdisi buyurmaqda Hәzrәt Әmirәlmöminin Әlinin (ә) mәqsәdi bu olmuşdur ki, din qardaşın söhbәt edәrkәn onun danışığı yaxşılığa doğru zәif, pisliyә doğru güclü ehtimal olsa belә, bacardıqca yaxşılığa doğru yozmaq lazımdır. Әlindә kәsәrli dәlil olmayana qәdәr onun barәsindә axtarış aparmağa haqqın yoxdur. Ola bilsin ki, güman әsassızdır. Bu zaman tәcәssüs (araşdırma) etmәk dә qadağandır". Hәmin hәdis üsuli-fiqh (fiqhin әsasları) elmindә xoşgümanlığın meyarına dәlalәt edәn dәlillәrdәn biridir, yәni әgәr iki nәfәr şәxs bir-biri ilә müqavilә bağlayırsa, bir-biri haqda xoşgüman olmalıdırlar. Әgәr onların müqavilәsi xoşgümanlıq üzәrindә bağlanmazsa, bu bünövrәni ictimai mәsәlәlәr, ticarәt vә s. bağlanmış müqavilәlәrlә әlaqәdar etibarsız hesab edәrlәrsә, daha heç bir alış-veriş vә müqavilә etibarlı olmayıb, cari işlәrdә laxlayar, cәmiyyәtin әsası dağılar. İnsanlarda bir çox ictimai, iqtisadi әmәliyyatların nә dәrәcәdә düzgün aparılması barәdә şübhәlәr yaranar. Odur ki, İslam dinindә din qardaşının işinә xoşgüman olmaq göstәriş verilmişdir, çünki bәdgümanlıqla mübarizә yollarının әn әsası - xoşgümanlıqdır. Bunun vasitәsilә bәdgümanlığın qarşısı asanlıqla alınır. Bәdgümanlıq insanın özündәn әlavә cәmiyyәti dә pozğunlaşdırır. Bәdgüman olan birisi sәhv düşüncә vә şayiәdәn başqa bir şey olmayan öz gümanını başqa adamlara da yoluxduraraq tәdriclә qәti bir fikir kimi xalq arasında yayır. Ondan: "niyә vә hansı dәlilә әsasәn müsәlman qardaşa qarşı bәdgüman olub, abır-hәya pәrdәsini yırtaraq, şәxsiyyәtini lәkәlәyirsәn?" - deyә soruşduqda cavab verir: "Mәn filan şәxsdәn eşitdim, filan şәxsdәn soruşmuşam, mәn dә başqasından eşitmişәm" vә s. Belә mәlum olur ki, bu gümanın әsası boş imiş. Bәdgümanlıq insan xislәtinin çirkin vә iyrәnc bir xüsusiyyәti olduğu kimi, onun әksi olan xoşgümanlıq möminin gözәl sifәt vә әxlaqi keyfiyyәtlәrindәn sayılır. İslam әxlaqı bizi başqalarına qarşı xoşgüman olmağa tәşviq edib ruhun sağlam qalmasına bu şәrtlә zәmanәt verir vә ictimai hәyatı bu bünövrә üzәrindә möhkәmlәtmәyi tövsiyә edir."Qurani-Kәrim"dә bu barәdә belә buyurulur: "Nә üçün onu eşidәndә (sizdәn olan) mömin kişi vә qadınlar bir-birlәri barәsindә yaxşı gümanda olmadılar vә «bu, aşkar bir böhtandır» demәdilәr?!" («Nur»-12) Hәmin ayә münafiqlәr Peyğәmbәrin (s) zövcәsinә böhtan atarkәn nazil oldu. Allah Təala bu ayәni müsәlmanlar haqda şayiәlәrә uyduqlarına görә nazil etmişdir. Ayәdә buyurulur ki, onlar bәdgüman olmağın yerinә gәrәk müsәlman kişi vә qadınlara qarşı xoşgüman olub, şayiә yayanları mәhkum edәydilәr. Bununla da şayiә yayanlara imkan vermәyib, müsәlmanların namusunu qorumuş olardılar. «Misbahüş-şәriә» adlı kitabda belә yazılmışdır: «Xoşgümanlıq müsәlmanın iman vә ruhunun sağlamlığından irәli gәlir. İnsanın hәr bir şeyә nikbinlik vә fәzilәtlә baxması ruhun paklığının nişanәlәrindәndir».Peyğәmbәr (s) buyurur: "Öz din qardaşınıza qarşı xoşgüman olun ki, bununla mәnәvi saflığa yetişәsiniz". (Müәllif: Mәhdәvi Kәni) Tərcümə: Deyerler.org | |
Views: 781 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |