Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Sizlərdən ən yaxşınız
2014-01-16, 9:21 AM | |
Sizlərdən ən yaxşınız ◘Hamıdan yaxşı o kəsdir ki, ömrün keçib-getmə sürətini bilsin və səfərə hazır olsun. Sizdən ən yaxşısı odur ki, onunla görüşməyiniz sizə Allahı xatırlatsın. Sizlərdən ən yaxşısı odur ki, danışığı sizin elminizi artırsın. Sizlərdən ən yaxşısı odur ki, sizi xeyir iş görməyə dəvət etsin. Sizlərdən ən yaxşısı o kəsdir ki, fəqirliyə razı olsun və dünyanı özündən aşağı bilib ondan vaz keçsin. ◘Sizlərdən ən yaxşınız odur ki, eyiblərdən uzaq olsun. Sizlərdən ən yaxşınız odur ki, günahdan çəkinsin, sizin ən yaxşı əməlləriniz odur ki, sizin axirətinizi islah etsin. Ən yaxşı xeyir əməllər onlardır ki, daimi olsun; hərçənd, az da olsa, ən yaxşı qardaşlar onlardır ki, sizə axirət işlərində kömək etsinlər. ◘Mənim ümmətimin ən yaxşıları onlardır ki, dünyaya qarşı etinasız olub axirətə daha çox dəyər versinlər. Sizin ən yaxşı qardaşlarınız o kəslərdir ki, sizi eyiblərinizdən xəbərdar etsin. Allah yanında ən üstün istiğfar günahdan əl çəkib peşman olmaqdır. Allahın ən üstün bəndələri o kəslərdir ki, ibadət üçün günəş və ayı izləyirlər. (Yəni, oruc və namazların intizarındadırlar.) Sizin ən yaxşı qardaşlarınız o kəslərdir ki, sizə ibadətdə kömək etsinlər, sizi günahdan çəkindirsinlər və Alahın razılığını əldə etmək üçün yol göstərsinlər. ◘Mələklər mənə dedilər ki, sənin ümmətinin ən üstün kəsləri onlardır ki, Allahın rəhmətinin intizarından xoşhal olsunlar və xəlvətdə isə onun dərdli əzabının qorxusundan ağlasınlar. Müsəlmanların ən yaxşısı odur ki, qənaəti çox, ibadəti gözəl olsun və bütün səy və himmətini axirət yolunda sərf etsin. Mənim ümmətimin ən yaxşısı odur ki, cavanlığını Allaha itaətdə keçirsin, dünya ləzzətlərindən əl götürsün və qəlbini axirətə bağlasın. Belə bir kəsə Allah behiştin yüksək dərəcələrini əta edər. ◘Allah yanında bəndələrin ən üstünü o kəsir ki, Allah qarşısında təslim və ona təvəkkül etməyi daha artıq olsun. Mənim ümmətimin ən yaxşısı odur ki, onunla nadanlıqla rəftar etsələr səbr etsin, cinayət görsə göz yumsun, ona əziyyət etsələr dözsün. (Yəni əgər onun bu xüsusiyyətindən sui-istifadə etmirlərsə, alicənablıqla bunlardan keçsin və intiqam almaq fikrində olmasın.) Mənim ümmətimin ən yaxşıları onlardır ki, nə o qədər nemət içində olsunlar ki, tüğyan etsinlər və nə o qədər yoxsul olsunlar ki, dilənçiliklə məşğul olsunlar. Mötədil (orta həddə) olun ki, əcr əldə edəsiniz, səfər edin ki, səhhət və qənimət əldə edəsiniz, sərt olmayın, mülayim olun. Elmi yazmaqla qoruyub saxlayın. Borcunuzu az edin ki, rahat yaşayasınız, günahlarınızı azaldın ki, ölüm sizin üçün asan olsun. Təqvalı ol ki, insanların ən abidi olasan, qane ol ki, insanların ən çox şükr edəni olasan, özün üçün istədiyin şeyi camaat üçün də istə ki, mömin olasan, qonşunla xoşrəftar ol ki, müsəlman sayılasan, dostuna və yoldaşına yaxşılıq et ki, mömin olasan, dinin vacibatına əməl et ki, abid olasan, ilahi qismətə razı ol ki, zahid olasan. http://quranevi.az iman.ge | |
Views: 953 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |