ŞƏXSİYYƏTLİ RUHLAR VƏ BÖYÜK İNSANLIQ - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Bazar ertəsi, 2016-12-05, 3:30 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

ŞƏXSİYYƏTLİ RUHLAR VƏ BÖYÜK İNSANLIQ
2013-07-15, 4:17 AM
ŞƏXSİYYƏTLİ RUHLAR VƏ BÖYÜK İNSANLIQ
İndiyə qədər açıqlanan bütün məsələləri özünə pərəstişliyin böyük nümunələrindən hesab etmək olar. Bunların heç birini yüksək şəxsiyyətlilik adlandırmaq olmaz. Psixoloji və fəlsəfi baxımdan aydınlaşdırılan məsələlərdən biri də, insanın daxilində — Quranın təbirincə desək, fitrətində bu cür böyüklük hissindən başqa yüksək insaniyyət hissinin də mövcud olmasıdır.
Axı bu nə hissdir ki, insanları (və ya bəzi şəxsləri) şərəfli olmağa vadar edir və onları yüksəldərək uca məqamlara çatdırır. Belə şəxslər sözün həqiqi mənasında böyük insandırlar və dünyapərəstlikdən daha yüksəkdədirlər. Bu şərəf hissi artıq onları pis əməllərdən uzaqlaşdırır.
Dünyapərəst insanlar bu məsələni o qədər əhəmiyyətli hesab edirlər ki, həyatın mənasını da bunda görürlər. Onların fikrincə, insan həyatda qoyuna deyil, şirə oxşamalıdır, yəni parçalayan rolunu oynamalı və başqası tərəfindən parçalanmamalıdır.
Məşhur İtaliya diktatorlarından biri öz dostuna söyləmişdir: Mən yüz il qoyun rolunu ifa edən insanlar kimi yaşamaqdansa, bircə il şir kimi yaşamağı üstün tuturam. Bir il şir olub başqalarını parçalamaq, yüz il qoyun olub şirlər dişi altında çeynənilməkdən daha yaxşıdır. O, məktubunda dostundan xahiş edir ki, mən dünyadan getməyincə bu sözü heç kəsə demə. Dostu ondan bu məsələni gizli saxlamağının sirrini soruşur. O isə cavabında yazır ki, mən bu şərtlə şir ola bilərəm ki, camaat qoyun olsun, amma əgər bu məsələdən xəbərdar olsalar, onlar da mən Mussolini tək şir olmaq arzusuna düşər və daha mən şir ola bilmərəm.
Bu öz-özlüyündə böyük sözdür, amma heç də yüksək şəxsiyyətli ruh sahibinin sözü deyildir.
Bəs yüksək şəxsiyyətli ruh sahibi necə olmalıdır? Onlar istəyirlər ki, dünyada tamamilə yırtıcılıq məfhumu olmasın. Bu insandakı hisslərin yüksək səviyyəli olmasının nişanəsidir. Quranın dilincə desək, bu, insanda olan şərəf və vüqar hissidir (insanlıq hissinin nişanəsidir).
Peyğəmbər (s) buyurmuşdur:
«Mən insanların şərəfli əxlaqını kamala çatdırmaq üçün göndərilmişəm. Yəni yüksək səviyyəli əxlaq və böyüklük üçün, amma başqasından üstün olmaq üçün əldə olunan böyüklük deyil, qeybət, yalan və bütün pis və insana yaraşmayan sifətlərdən uzaqda olan bir böyüklük».
Bu sahədə müraciət edilməli islami mənbələr həddindən artıq zəngindir və biz insaniyyət meyarları bölümündə bu barədə daha geniş surətdə söhbət açmışıq.


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 237 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]