Şənbə günü, 2024-04-27, 6:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Şəhidi bərzəx aləmində sorgu-sual etməzlər
2013-10-03, 6:44 AM
Şəhidi bərzəx aləmində sorgu-sual etməzlər
 
İmam Rza (ə) Peyğəmbərdən (s) nəql edir ki, buyurub: "Behiştə daxil olan ilk insan Allahın ibadətini yaxşı şəkildə yerinə yetirən bəndə və şəhiddir”.
Əbuzər nəql edir: "Məcsidə daxil oldum, Allahın Peyğəmbəri (s) tək əyləşmişdi. Fürsəti qənimət bilib dedim: "Allah yanında hansı əməl daha sevimlidir?”. Buyurdu: "Allaha iman və Onun yolunda cihad etmək. Dedim: Hansı cihad daha üstündür?”. Buyurdu: "O kəs ki, atını müharibə meydanında çapar və bu işdən yorulmaz və qanını Allah yolunda tökər””.
İmam Sadiq (ə) buyurur: "Hər bir yaxşılıq sahibindən yuxarıda başqa yaxşılıq durur ki, bu da insanın Allah yolunda öldürülməsidir. İnsan Allah yolunda şəhid olarsa, ondan üstünü olmaz”.
İmam Baqir (ə) atası Əli ibni Hüseyndən (ə) nəql edir ki, Peyğəmbər (s) deyərdi: "Allah yanında qan damcısından daha sevimli damcı yoxdur”.
İmam Əli (ə) insanlara xitab edərək buyurur: "Siz əgər şəhid olmasanız, çarəsiz təbii ölümlə gərək bu dünyadan gedəsiniz, and olsun o Varlığa ki, Əlinin canı onun əlindədir, başa vurulan min qılınc zərbəsi ilə ölmək yataqda ölməkdən daha yaxşıdır”.
Həzrət Peyğəmbər (s) buyurur: "İnsanların səxavətlisi o kəsdir ki, canını Allah yolunda verər”.
İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir: "Həzrətə dedilər: "Necə olur ki, şəhidi bərzəx aləmində sorgu-sual etmirlər?” Həzrət (s) buyurur: "Başının üzərində olan qılıncın qığılcımı onu imtahana çəkmək üçün kifayətdir””.
İmam Əli (ə) ona cihad haqqında verilən suala belə cavab verir: "Behişt, silahların kölgəsindədir. Nizə yarası və qılıncın zərbəti şəhid üçün isti yay günlərində sərin su içməkdən daha asandır. Şəhid vurulan qılınc zərbətindən atından yerə düşər, hələ yerə düşməmiş Allah behişt hurilərindən bir həyat yoldaşını ona göndərər. Allahın şəhid üçün müəyyən etdiyini ona müjdə verər, yerə düşən zaman deyər: "Xoş olsun o pak ruha ki, pak bədəndən çıxar. Sənə elə bir mükafata müjdə olsun ki, nə göz görmüşdür və nə də qulaq eşitmişdir. Heç bir bəşər qəlbinin xatirindən keçməmişdir””.
Allahın Rəsulu (s) buyurur: "Şəhidə Allah tərəfindən yeddi savab verilər:
1. Ondan axan ilk qan damcısı ilə günahları bağışlanar.
2. Başı hurileyn tayfasından olan iki həyat yoldaşının ətəyində olar və onlar simasında olan tozu pak edərlər. Deyərlər: "Nemətlə dolu həyata xoş gəlmisən. O, da hər ikisinə xoş gəlmisən deyər”.
3. Ona behişt libası geyindirərlər.
4. Behiştin xəzinədarları hər bir xoş ətirlə ona tərəf tələsərlər.
5. Behiştdəki mənzilini görər.
6. Ruhuna deyərlər ki, behiştin harasına istəyirsənsə get.
7. Allahın simasına nəzər edər və Allahın simasına baxmaq ancaq şəhid və peyğəmbərlər üçün rahatdır”.
İmam Baqir (ə) Peyğəmbərdən (s) nəql edir: "Qiyamət günü Allah dərgahında üç tayfa şəfaət edəcəkdir və Allah onların şəfaətini qəbul edəcəkdir: peyğəmbərlər, alimlər və şəhidlər”.
İmam Sadiq (ə) Peyğəmbərdən (s) nəql edir: "Ölümlərin ən şərəfli növü - şəhadətdir”.
 
(Erfan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 646 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]