Bazar günü, 2024-12-22, 4:02 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Səbirli olmağın üstünlükləri
2013-08-09, 7:58 AM
Səbirli olmağın üstünlükləri

Səbirli olmaq həmişə hər zaman təqdir olunan bir əməldir. Belə ki, səbirli insan üçün həyatın eniş və yoxuşları həmişə hamar olar. Səbirli olmağı rahatlığa çatmaq və özünü sevmək kimi də dəyərləndirmək olar. Səbirli insanlar cəmiyyətdə həmişə başqaları tərəfindən qəbul olunur və sevilirlər.
Hər bir insanın həyatında acı və şirin hadisələr baş verir. Bütün bu hadisələrin səbirə ehtiyacı vardır. Əgər səbir olmasa, əziyyət və narahatçılıq yaradar.
Səbir həyatımızı rahat və sakit edər. Hər bir insanın daxili rahatlığı olmalıdır. Bu qüvvə sayəsində insan hər şeyə dözə və səbir edə bilər. Çünki həyatı səbir olmadan ötüb keçmək olmaz. Sizin səbriniz çox olan zaman, qəlbiniz hətta sevmədiniz şeylər üçün belə açıq olar.
Ola bilsin ki, acı hadisələr xoş hadisələrdən çox olsun. Məsələn o zaman ki, yol tıxacındasınız, ya yol səfəriniz alınmamışdır, ya da övladınız qəflətən xəstələnirsə, əgər səbir etsəniz, bu hadisələri geridə qoymaq sizin üçün rahat olacaqdır.
Səbirli olmağın faydalarından biri də budur ki, başqalarını günahsız görərsən. Məsələn, uşaqların nadincliyinə qarşı əgər səbirli olsanız, uşaqları günahsız görərsiniz. Bu baxış o zaman meydana gələr ki, uşaqlarınızın əziyyətlərinə tamaşa edərsiniz. Başqa sözlə desək, səbirli insan dünyanın gözəlliklərini daha çox görə və tamaşa edə bilir.
Səbirli olmağı məşqələlərlə əldə etmək olar. Həyat bir dərsdir və bu dərsi alan zaman səbirli olmağı öyrənin. Səbiri təmrin etmək övlad sahibi olanlar üçün daha rahatdır. Çünki bu zaman səbirli olmaq üçün çox sayda məharətlər meydana gələr. Məsələn, üç yaşlı uşağınızın hədsiz-hesabsız sualları qarşısında səbirli olmalısınız. Əlbəttə onun şıltaqlıqları qarşısında da.
Mühüm olan budur ki, həyatın kiçik məsələlərini özünüz üçün böyütməyəsiniz. Dözüm həddinizi qaldırmağa çalışın. Bilin ki, səbirli olaraq həyat baxışınız dəyişə bilər. Səbirli olaraq acı hadisələri xoş görməyə başlayarsınız. Bu yolla həmin acı hadisələri özünüzdən uzaqlaşdıra bilərsiniz. Səbirli insan hər an tərəqqi edər və inkişafda olar. Ona görə də səbirli olmağı siz də təmrin edin, dildə deyil, əməldə səbirli olmağa çalışın.
 
(Tebyan/ Deyerler.org)



Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 778 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
0  
1 sabnam   (2013-08-11 11:01 PM) [Daxil et]
tasakkurlar

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]