Quranın nəzərində behiştə aparan yollar - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Cümə axşamı, 2016-12-08, 6:56 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Quranın nəzərində behiştə aparan yollar
2013-07-26, 0:41 AM

Quranın nəzərində behiştə aparan yollar

 

(Tebyan saytına istinadən)

 

Behişt - elə bir yerdir ki, Allah onu yaxşı əməl sahibləri üçün hazır etmişdir. Orada hər cür nemət tapmaq olar. Quranda bu nemətlərin bəzisinə işarə edilmişdir. Allah Təala istəyir ki, biz behişt haqqında bir qədər təsəvvürə malik ola bilək. Çünki behiştdəki nemətlər bu dünyada olanlarla fərqlənir. İnsanlar behişt həqiqətini dərk etməyə qadir deyildirlər. Necə ki, ana bətnində olan zaman bu dünyanı dərk edə bilmirlər.

 

Cəhənnəm isə elə bir yerdir ki, orada günahkarlar və zalımlar cəzalandırılır. Quran cəhənnəmi də bizlər üçün bəyan edir ki, az da olsa onun haqqında məlumatımız olsun. Ancaq cəhənnəmin həqiqətini də dərk etmək bir insan üçün qeyri-mümkündür.

 

Quran ayələrindən aydın başa düşmək olur ki, Allah behişt və cəhənnəmi indi xəlq etmişdir. "Onunla (öz gözü ilə) gördüyü şey barəsində mübahisə edirsiniz?! Şübhəsiz, (onun Peyğəmbəri özü ilə yuxarı apardığı) digər bir nazilolmada onu (öz gözü ilə əsl qiyafəsində, Allahı isə qəlbinin gözü ilə) görmüşdü. Sidrətul-müntəhanın (göylərin sərhədlərinin axırı və bəndələrin əməllərinin qalxıb-enmə yerinin sonunda yerləşən sidr ağacının) yanında. (Məhşərdə hesab qurtardıqdan sonra möminlərin) məskunlaşama yeri olan axirət Cənnəti onun yanındadır”. ("Nəcm” 12-15).

 

Başqa bir ayəyə nəzər salaq: "Rəbbiniz tərəfindən olan bağışlanmaya və genişliyi göylər və yer (qədər) olan (və) təqvalılar üçün hazırlanmış Cənnətə doğru tələsin”. ("Ali-İmran” 133).

Ona görə demək olar ki, Allah üçün edilən hər bir yaxşı əməl insanı behiştə tərəf aparar. Bəzi yaxşı işlərə insan ağlı sövq edər. Bəzisinə Allah əmr edər. Allahın əmrləri peyğəmbərlər (ə) və İmamlar (ə) tərəfindən bəyan edilmişdir. Onlardan bəzisinə nəzər salaq:

 

İman və saleh əməl.

İman və saleh əməl insanı behiştə aparar. Allah bu haqda buyurur: "İman gətirən və yaxşı işlər görən kəslər isə Cənnət əhlidirlər və orada əbədi qalacaqlar”. ("Bəqərə” 82).

 

Təqva.

Təqva insanı günahdan uzaqlaşdıran şeydir. Təqvalı insan vacibatlara əməl edər və haramlardan çəkinər. Təqvanın iman və saleh əməllə rabitəsi vardır. Allah bu haqda buyurur: "Və həqiqətən təqvalılar (o dünyada) bağlarda və bulaqlar(ın başın)da olacaqlar”. ("Hicr” 45).

 

Allaha və Peyğəmbərə (s) itaət etmək.

Hər kim Allahın və Peyğəmbərlərin (s) əmlərini yerinə yetirərsə, Allah onu behiştə aparar. Hər kim itaətsizlik edərsə, Allah onu cəhənnəmə aparar.

 

Düzlük və düz danışmaq.

Quran düz danışanların sifətlərini bəyan edir və buna: Allaha imanı, məadı, mələkləri, səma kitabını, İlahi peyğəmbərləri (ə), yetimlərə, yolda qalmışlara, abırlı yoxsullara infaqı, namazı, zəkatı, əhdə vəfanı, çətinliyə düşən zaman səbirli olmağı şamil edir.

"Yaxşılıq yalnız üzlərinizi (ibadət üçün) şərq və qərbə tərəf çevirmək deyildir. Lakin həqiqi yaxşılıq Allaha, axirət gününə, mələklərə, (səmavi) kitaba və peyğəmbərlərə iman gətirən (başlanğıc və məada, həmçinin bu ikisinin arasında olan etiqadi əsaslara iman gətirən), eləcə də öz malını, çox sevməsinə (və ona ehtiyacı olmasına) baxmayaraq Allah eşqinə qohumlarına, yetimlərə, yoxsullara, yolda qalanlara, dilənçilərə və qullar(ın azad olunmasın)a verən, namaz qılan, zəkat verən, əhd-peyman bağlayan zaman öz əhdinə vəfalı olanlar, (məxsusən) maddi çətinlikdə, cismi zərərlərdə və cihad zamanı səbirli olan kəs(in iman və əməli)dir. Onlardır doğru danışanlar və onlardır təqvalılar! (Ümumiyyətlə yaxşılıq üç cəhətdən-etiqad, əməl və əxlaqdan ibarətdir)”. ("Bəqərə” 177).

 

Namaz qılmaq.

O kəslər ki, heç bir zaman namazlarını  tərk etmirlər, onu yerinə yetirən zaman müəyyən vaxt və  zamanlarını xərcləyirlər, onun ruh və həqiqətini dərk edirlər, heç bir şeyi bu vacibatdan üstün hesab etmirlər, onlar behiştə gedərlər. "O kəslər ki, namazlarını (namazı kamil şəkildə qılmaq, vacib və müstəhəb hallarına və namazın şərtlərinə əməl etməklə) qoruyarlar. Məhz onlar (ali və xoşagələn) Cənnətlərdə ehtiram olunacaq kimsələrdir”. ("Məaric” 35).

 

Allah yolunda infaq etmək.

Allah yolunda infaq elə bir saleh əməldir ki, məqamı ucadır. Ancaq təkcə maddi infaq nəzərdə tutulmur, həmçinin Allah yolunda elmi əhkamı və din maarifini infaq etmək - ən bəyənilən əməllərdəndir. Bu kəslərin gedəcəyi yer cənnətdir.

 

Allah yolunda şəhid olmaq.

O kəs ki, Allah yolunda ən şirin sərmayəsi olan canından keçərsə, Allah yanında məqamı uca olar. Allah buyurur ki, şəhidə Öz yanımda yer verərəm. Behiştdə qürb məqamından üstün mükafat yoxdur. Şəhildər bu mükafata layiq olarlar. "Allah yolunda öldürülənlərə ölü deməyin, əksinə (onların ruhları Bərzəx aləmində müstəqil şəkildə, yaxud «misal» qəlibinə daxil olmaqla) diridirlər və lakin (bunu) siz dərk etmirsiniz”. ("Bəqərə” 154).

 

Allah Təala bizləri behişt əhlindən qərar versin!

 

Hazırladı: Məşhədi Xanım,

deyerler
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 130 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]