Cümə günü, 2024-05-03, 1:41 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

«Quran» baxımından özünütərif
2013-03-24, 11:10 PM
«Quran» baxımından özünütərif
Qurani-Kərim”də belə göstəriş verilir ki, insan heç vaxt özünü tərifləyib başqalarını pisləməməlidir, çünki heç kimin başqasının daxilindən xəbəri yoxdur:
"Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub, pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir". («Nəcm»-32)
"Özlərini təmizə çıxaranları görmürsənmi? Xeyr (elə deyil), Allah istədiyini təmizə çıxarar və onlara xurma çəyirdəyindəki nazik tel qədər zülm olmaz.” («Nisa»-49)

Buna görə də təqvalı insan özünü tərifələməkdən saqınıb tam surətdə bütün eyib və çatışmazlıqlardan uzaq olduğunu hesab etməməlidir. Belə rəftar şeytana, lovğa və ağılsız insanlara xas olan bir xislətdir.


Hədis baxımından özünütərif
İslam hədislərində də özünütərif ciddi surətdə tənqid edilmişdir. Həzrət Əli(ə) buyurur: "...(Təqvalılar) öz əməllərindən az da olsa, razı deyillər. Öz əməllərini çox bilməzlər. Onlar özlərini ittiham edərək öz əməllərindən qorxarlar (bəlkə Allah dərgahında qəbul olunmadı). Onlardan biri təriflənən zaman qorxuya düşüb deyər: "Mən özümü başqalarından yaxşı tanıyıram, Allah əməllərimi məndən yaxşı bilir. İlahi! Məni onların güman etdiklərindən artıq təqvalı et. Bilmədikləri günahlarımı bağışla!..."(«Məhəccətül-beyza»: V c, səh.272; «İxtisasi-Müfid»: səh.242; «Əddürrül-Mənsur»: VI c, səh.97, «Kənzül-ümmal» III c, səh.959) Həzrəti-Əli(ə) Müaviyə ibn Əbu Süfyana yazdığı məktubunda buyurur: "...İnsanın özünü tərifləməsini Allah qadağan etməsəydi, möminlərin qabaqcadan xəbərdar olduğu və eşidənlərə tanış olan (özüm barədə) çoxlu fəzilətlər sadalayardım..."(«Vəsailüş-şiə»: VIII c, səh.606; «Əmaliye-Səduq»: səh.42.) Başqa bir yerdə isə belə deyir: "İnsanın özünü tərifləməsi doğru sözün ən çirkinidir".(Əlavə məlumat toplamaq üçün bax: «Məkasibi-mühərrəmə» (Şeyx Ənsari) səh.44; «Məhəccətül-beyza» V c, səh.270,272; «Ehyai-ülumi-din» (Qəzali) III c, səh.152,153; «Kəşfür-rəybə»: səh.14,16; «Merac üs-səadə»: səh.412, 414; «Biharül-ənvar» (Beyrut çapı): XXXII, səh.231, 234.)
Mömin özünü başqalarından üstün tutmamalı, əksinə, başqalarını özündən üstün hesab etməlidir. Bu barədə həzrət Əli ibn Musa Riza(ə) belə buyurur:
-Heç bir müsəlmanın ağlı əgər onda on xislət olmasa, kamil olmaz. Bunlardan onuncu xislət bilirsinizmi nədir?
Dedilər:
-Yox bilmirik.
Buyurdu:
-Gördüyü adamı özündən təqvalı hesab etmək. İnsanlar iki dəstəyə bölünürlər: təqvalı və təqvasızlar. Əgər biri özündən aşağı səviyyədə bir şəxs görərsə, desin: "Bəlkə batini məndən yaxşıdır. Onun batininin yaxşı olması onun üçün yaxşıdır. Mənim yaxşılığım isə aşkardır. Bəlkə də bu yaxşılığın aşkar olması mənim zərərimədir.” Əgər özündən yaxşısı və təqvalısı ilə rastlaşarsa, onun qarşısında təvazökarlıq etsin ki, özü də həmçinin bu dərəcəyə yetişsin. Belə rəftar etsə, izzət və hörməti artar, adı yaxşılığa çəkilər.(Məhəccətül-beyza»: V c, səh.273.)

Xülasə, mömin özünü tərifləməklə (özünütərif də islam nəzərindən tənqid edilmişdir) başqasını pisləməməlidir. Özünü tərifləməklə digərlərini təhqir edənlər bilsinlər ki, haqqında qeybət etdikləri şəxsi eşidənlərin gözündən salmış olurlar. Qeybət edən şəxs isə insanların razılığını qazanmaqdan ötrü Allah dərgahında öz fəzilət və dəyərini əldən verməkdən əlavə Qiyamət günündə də Allahın qəzəbindən qurtara bilməyəcəkdir.

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 714 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]