Cümə günü, 2024-05-03, 12:12 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qız uşağı İlahi hədiyyədir
2013-09-24, 1:25 PM
Qız uşağı İlahi hədiyyədir

Cəmiyyətə diqqət etsək görərik ki, hələ də cəmiyyətdə cahilcəsinə oğlan uşaqlarını qızlardan üstün hesab edən insanlar vardır. Quranın buyurduğu kimi, qızın adını eşidən kimi belələrinin üzləri dəyişir və Sübhan Allahın qəzəbinə düçar olurlar.
Bu cahil əməlin tarixi kökləri vardır. Bu yanlış düçüncəni aradan qaldırmaq üçün İslam dinində qadının tutduğu məqama diqqət etmək kifayətdir. Mübahilə hadisəsinə nəzər salsaq görərik ki, Peyğəmbər (s) bu cür mühüm bir yerə qızı Fatiməni (s.ə) özü ilə aparır. Halbuki, cahil ərəblər o zaman qızlarını diri-diri basdırırdılar.
Quran dəfələrlə çox sayda ayələrində qızla oğlanların arasında fərq olmadığına işarə edir. İslami əqidələrdə qızla oğlanın heç bir fərqi yoxdur. "Beləliklə elə ki, onu dünyaya gətirdi, dedi: «Ey Rəbbim, mən onu qız doğdum». Allah onun nə doğduğunu yaxşı bilirdi və (onun nəzərdə tutduğu) o oğlan (fəzilət baxımından) bu qız kimi deyil. «Və mən onun adını Məryəm qoydum. Əlbəttə, mən onu və onun övladını qovulmuş Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram»”. ("Ali-İmran” 36).
"Göylərin və yerin həqiqi mülkiyyət və hakimiyyəti Allaha məxsusdur. (Çünki onların yaradılması, qorunması, idarə və məhv edilməsi Ona məxsusdur.) O, istədiyini yaradır. İstədiyinə qızlar bağışlayır, istədiyinə oğlanlar əta edir”. ("Şura” 49).
 
Hədislərin birində oxuyuruq ki, İmam Sadiqin (ə) tərəfdaşlarından birinin qızı olur və Həzrət (ə) onun yanına gedir. Görür ki, həmin kişi əsəbidir. Buyurur: "Əgər Allah sənə vəhy etsə ki, istəyirsənmi ki, bir şeyi Mən sənin üçün seçəm, yoxsa sən özün üçün seçəsən nə cavab verərsən?”. Həmin kişi deyir: "Allaha deyərəm ki, o şeyi ki, Sən mənim üçün seçirsən, mən də qəbul edirəm”. İmam (ə) buyurur: "İndi Allah sənin üçün qız övladı seçmişdir”. Sonra buyurur: "Allahın o alim və vəlisi ki, (Xızr (ə)) Həzrət Musa (ə) ilə bir yerdə idi, oğlan uşağını öldürür”. Allah onun dilindən buyurur: "Biz o oğlanı öldürdük, çünki ata və anasını küfr və tüğyana vadar edəcəyi qorxusu var idi. Ona görə də Allahdan istədik ki, onun yerinə bu ata və anaya pak və sevimli başqa bir övlad versin”. İmam (ə) buyurur: "Allah bu ikisinə qız inayət edir ki, ondan və onun nəslindən 70 peyğəmbər dünyaya gəldi”.
Məsumlar (ə) qız övladlarına Reyhanə (gül), Qəvarir (billur), Həsənə (yaxşılıq) adları ilə müraciət edərdilər. Hər biri qız övladlarının təbii və ruhani xüsusiyyətlərini bəyan edir.
Beləliklə, deyə bilərik ki, qız övladlarını Allahın bir hədiyyəsi kimi qəbul edək və onları qətiyyən oğlan uşaqlarından əskik hesab etməyək.
 
(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 722 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]