Cümə günü, 2024-11-22, 6:14 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qəzəbimizi necə yatızdıraq?
2013-08-22, 6:47 PM
Qəzəbimizi necə yatızdıraq?

  Həm din alimləri, həm də psixoloqlar qəzəbi əksər pisliklərin açarı adlandırırlar. Onlar belə əqidədir ki, düzgün qərar çıxardan zaman sakit qəlbdən və sağlam ağıldan kömək almaq lazımdır. Qəzəb həm qəlbi öldürər və həm də ağlı işdən salar. Xeyir iş üçün yol qalmaz.
Sokrat deyir: "Mən dənizin tufanlı dalğasında və sıldırımlarında giriftar olan gəmidən daha ümidliyəm, nəinki o şəxsin ki, qəzəb atəşi şölələnmişdir. Varlığının gəmisi qəzəb burulğanında giriftar olmuşdur. Çünki gəmini mahir kapitanlar hiylə və elmi yollarla xilas edə bilərlər. Ancaq bu insan bu halda ümid və çarədən kəsilmişdir. Çünki hər hiylə işlətsən: nəsihət və öyüd kimi və hər nə qədər onunla təvazökar davransan da, şöləsini gücləndirmiş olarsan”.
Məsumlar (ə) bu halda da çıxış yollarını tanıdıblar. Onlara nəzər salaq. Qəzəblə ən yaxşı mübarizə yolu - Allah Təalanı yada salmaqdır. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) buyurur: "Ey Əli! Qəzəblənmə, əgər olmusansa, əyləş. Allahın bəndələri üzərindəki qüdrəti və güzəştinə görə fikirləş. Nə zaman sənə deyilsə ki, Allahdan qorx, qəzəbini kənara qoy, güzəşt və səbrinə tərəf qayıt”.
Allah Təala buyurur: "Qəzəb - şeytanın səylərinin nəticəsidir. Qəzəbdən amanda qalmaq üçün şeytandan Allahın dərgahına pənah aparmaq lazımdır”.
Ona görə də İmam Sadiq (ə) buyurur: "Nə zaman sizlərdən biri qəzəblənsə, desin: "Əuzu Billəhi minəş-şeytanir-racim”. İnsan bu istəyi ilə şeytanın şərindən amanda qalar”. İmam (ə) duasında belə buyurur: "Allahım, günahlarımı bağışla. Qəlbimin qəzəbini aradan apar. Mənə qovulmuş şeytandan pənah ver. Çünki Allahın gücündən başqa heç bir böyük güc və qüvvə yoxdur”.
Qəzəblə mübarizə aparmağın yollarından biri də soyuq su ilə dəstəmaz və ya qüsl almaqdır. Qəzəblə mübarizə aparmağın işlək yollarından biri də mübahisəni tərk etməkdir. Bu vəziyyəti dəyişmək bir çox ziyanların qarşısını alar. Bu yol qəzəbi tamamilə yatızdırmasa da, ən azı onu bir müddət təxirə salar.
İmam Əli (ə) buyurur: "Qəzəblənən zaman özünə hakim ol. Üsyankarlıq və tündlük etmə, küsmə. Dilinə ölçülməmiş sözlər gətirmə”.
Qəzəbimizi kontrol edək və şeytanın tələsinə düşməyək.
 
(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 811 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]