Cümə günü, 2024-05-03, 3:12 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qəmlənməyin və şadlanmağın sərhədlərini tanımaq
2013-03-31, 5:53 AM
Qəmlənməyin və şadlanmağın sərhədlərini tanımaq

Quranda şadlanmağın xüsusi yeri vardır. Ancaq əbəs və yersiz şadlıq deyil, İlahi və insani hədəflərə çatmaq üçün olan şadlıq. Ona görə də Quranda şadlıq haqqında gələn ayələr iki dəstəyə bölünür: bir dəstə ayələr möminləri şadlıq etməyə dəvət edir. Misal üçün:

"De: «Allahın lütf və rəhmətinə, (bəli) həmin lütf və rəhmətə sevinsinlər ki, o, onların yığdıqlarından daha yaxşıdır»”. ("Yunus” 58). Yəni bütün insanlar bütün nemətlərin məcmuəsi olan bu ilahi kitaba görə sevinməli və şadlanmalıdırlar. Nəinki qəbilələrin və ya millətlərin yığdığı sərvət və maddi nemətlərə görə.

"Məryəm oğlu İsa dedi: «İlahi, ey Rəbbimiz! Bizə göydən yeməklə dolu bir «maidə» (süfrə) nazil et ki, o bizim üçün - həm birincimiz, həm də sonuncumuz üçün bir bayram və Sənin tərəfindən bir nişanə və möcüzə olsun; və bizə ruzi ver ki, Sən ruzi verənlərin ən yaxşısısan»”. ("Maidə” 114).

Şübhəsiz ki, insan sevinməyə və şadlanmağa ehtiyac duyan bir varlıqdır. Elə bir insan yoxdur ki, sevinməkdən zəhləsi getsin. Ona görə də insanlar bəzən sevinmək və şadlanmaq üçün sağlam proqramlar tərtib edərlər. Bu yolla gündəlik işlərdən əmələ gələn yorğunluqlarını aradan aparar və yeni bur ruhiyyə ilə o biri günə başlaya bilirlər.

Əlbəttə yaddan çıxartmayaq ki, bizim bu şadlanmağımız İlahi çərçivəni keçməməlidir. Əgər bir bayramı Allahın buyurduğu kimi keçirtmək istəyiriksə, gərək bu çərçivələri aşmayaq. İmam Əli (ə) bayramı belə təsvir edir: "O gün ki, insan Allahın günahı etməz - həmin gün bayramdır”.

Bayram keçirtməyin bir çox müsbət cəhətləri vardır: vəhdət yaradar, vətənpərvər hissləri canlandırar, insanların qəlbi sevinər.

Beləliklə, yuxarıdakı ayədən belə nəticə çıxartmaq olur ki, Allah səma maidəsini (süfrəsini) İsanın (ə) davamçılarına nazil edəndə onların sevincinə və şadlığına səbəb olur. Onlar bu günü bayram edirlər və şadlanırlar.

Biz müsəlmanların da bayram etdiyi belə xüsusi günlər vardır ki, o cümlədən Peyğəmbərimizin (s) məbus olduğu gün, Qədir-Xum bayramını misal çəkmək olar.

Şadlanmaq və qəmlənmək insanın ehtiyac duyğuğu hisslərdəndir. Ancaq bəziləri yalnız şadlanmağı düşünürlər. Hətta Xanımın (s.ə) bu şəhadət əyyamında belə öz sevinclərini gizlədə bilmir və bayram keçirtməyə davam edirlər.

Ona görə də bu sərhədləri qorumaq lazımdır. İnsan qəmlənməyin və şadlanmağın sərhədini tanımalıdır. Nə zaman sevinəcəyini və nə zaman qəmlənəcəyi bilməlidir. Xanım Fatimeyi-Zəhra (s.ə) - İslam ümmətinin anasıdır. Onun bu şəhadət günlərində sevinməyimiz və laqeyd olmağımız Peyğəmbərimizi (s), İmam Əlini (ə), onun on bir övladını qəmləndirər. Bəs belə bir günlərdə sevinməyimizin nə səviyyədə yersiz olduğuna bir nəzər salaq.



(Tebyan/Deyerler.org)


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 702 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]