Cümə günü, 2024-05-03, 4:36 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qəlb xəstəlikləri üçün İlahi dərman
2013-05-12, 9:52 AM
Qəlb xəstəlikləri üçün İlahi dərman

 Qurani-Kərim İslam Peyğəmbərinin (s) böyük möcüzəsi və bəşəri hidayət edən kitabdır. Quran özünü bu cür tanıdır: "Ey (tarix boyu gələn bütün) insanlar, şübhəsiz, Rəbbiniz tərəfindən sizin üçün bir öyüd-nəsihət (başdan-başa öyüd-nəsihət olan bir kitab), sinələrdə olan (xarab əqidələr və rəzil sifətlər) üçün bir şəfa və möminlər üçün bir hidayət və mərhəmət gəlmişdir”. ("Yunus” 57).


Quranın çox sayda bərəkət və təsiri vardır. Həqiqətdə Xaliqlə xəlq arasında rabitə yaradar. Quran bütün insanlara şamil olar. Yuxarıdakı ayədə Quranın dörd xüsusiyyəti bəyan edilmişdir:

1. Qəflət yuxusuna getmiş bəndələri oyatmaq üçün nəsihətdir. Onları səadət yoluna hidayət edər.

2. Sinələrdə olan dərdlərin dərmanıdır. Qəlbləri çirkinliklərdən pak edər. Xəstəlikləri aradan aparar.

3. İnsanı təkamülə tərəf hidayət etdirər.

4. Layiqli insanlar üçün İlahi rəhmətdir. İnsan bilməlidir ki, bütün nemətlər Allah tərəfindəndir. Quranın kölgəsi bu insanlara şamil olar.



İmam Əli (ə) buyurur: "Qurandan xəstəlikləriniz üçün şəfa istəyin. Çətinliklərinizin həll olması üçün ondan yardım istəyin. Quranda ən böyük dərdlərin şəfası vardır. Bu dərd küfr, nifaq, zəlalət və yolunu azmaqdır”.



"Biz, Qur’andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır”. ("İsra” 82).

Cismi xəstəliklərimiz kimi, ruhi xəstəliklərimiz də vardır. Quran da buyurur ki, insanların arasında qəlbi xəstə olanlar vardır. "Əlbəttə, əgər münafiqlər və qəlblərində xəstəlik (iman zəifliyi və ya günah sevgisi) olanlar və camaatı iztiraba düçar etmək üçün şəhərdə şayiə yayanlar”. ("Əhzab” 60).

Qurani-Kərim dəlil və bürhanları ilə əhkam və İslam maarifini bəyan edir və şəkk-şübhəni aradan aparır. Ona görə də Allah Quranı mömin qəlblərinin şəfaverəni kimi tanıdır.

Quran rəhmətdir və insanın çatışmamazlıqlarını aradan aparar. Qəlbəri elm nuru ilə nurlandırar.

O kəslər ki, Allaha və peyğəmbərə küfr edirlər, əsl sərmayələrini əldən vermiş olarlar. Onlar küflərinə görə özlərinə zülm edərlər və Quran onları zəlil adlandırır.

Həzrət Peyğəmbərdən (s) və İmamlardan (ə) gələn hədislərin bir çoxunda Quran fərdi və ictimai xəstəliklərin şəfası kimi tanıdılmışdır. İmam Əli (ə) buyurur: "Agah olun ki, (Quranda) gələcəkdən xəbərlər vardır. Keçmiş millətlərin hadisəsi, xəstəliklərinizin dərmanı, ictimai həyatınızın proqramı bəyan edilir”.

İmam Əli (ə) başqa yerdə buyurur: "Allahın Kitabını möhkəm tutun. Çünki çox möhkəm zəncir, aşkar nur, şəfa bəxş edən və bərəkətli dərmandır. Haqqa susamışların susuzluğunu yatızdıran həyat suyudur. Hər kim ona söykənsə, onu hifz edər. O kəs ki, onun ətəyinə çəng vurar, nicat verər. Heç bir zaman səhv etməz ki, oxucularından üzr istəsin. Yazılışı köhnə deyil və qulaqları narahat etməz. (Nə qədər oxunsa, şirin və ürəyə yatan olar)”.

O kəs ki, Quranla danışar, düz danışar. O kəs ki, ona əməl edər, hamını qabaqlayar. Quran bütün dərdlərə: həm fərdi və həm də ictimai dərdlərə şəfa verən İlahi kitabdır. Hər kim ondan bəhrələnsə, faydasını görər. Hər kim onunla danışsa, ona əməl etsə, bütün çətinlikləri həll olar.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 679 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]