Cümə günü, 2024-05-03, 12:09 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Qəlb sağlamlığını əldə etməyin yolları
2013-03-31, 5:55 AM
Qəlb sağlamlığını əldə etməyin yolları

Qəlb sağlamlığı - Allaha, peyğəmbərlərə (ə) və İmamlara (ə), Qiyamətə, mələklərə iman vasitəsilə əldə edilə bilər. Ona görə də peyğəmbərlərin (ə), İmamların (ə) və həqiqi möminlərin qəlbindən sağlam hansı qəlb var ki?

Peyğəmbərlərin (ə) əməlləri - qəlb sağlamlığının nümayişçisidir. Haqqa iman əldə etmək çətin bir iş deyildir. Allaha inam bəsləmək, Həzrət Haqqa diqqət etmək, yəqin dərəcəsinə çatmaq elə bir yoldur ki, onu hamı gedə bilər.

İbni Tavusun vəsiyyəti.

Seyyid Əbul Qasim Əli ibni Musa ibni Tavus Əhli-beyt (ə) məktəbinin böyük alimi və arifi idi. Öz vəsiyyətində oğluna belə yazır: "Oğlum! Alimlərin bir çoxunu gördüm ki, Həzrət Haqqın bəndələri üçün asan qərar verdiyi ali həqiqətlərə çatmağı çətin hesab etmişdilər. Həzrət Haqqı tanımaq və Ona üz çevirmək çox asandır. Qarışıq dəlillər, bürhanlar, fəlsəfi, əqli və elmi sübutlarla bir yerdədir. Bir çox insan toplumu üçün dərk etməsi çətin və bəzən də öyrənilməsi qeyri-mümkündür.

Keçmiş səma kitablarında və Quranda xilqət Sahibini nişan verəcək çox asan və fitri dəlillər mövcuddur. Bu dəlilləri dərk etmək hamı üçün asandır.

İslam Peyğəmbəri (s), keçmiş peyğəmbərlər (ə) bunun ən asan yolunu səma kitabları vasitəsilə nişan verərdilər.

İndi səma kitablarının və Peyğəmbər (s) və Məsum İmamların (ə) və böyük alimlərin elmi sayəsində sənə deyirəm: "Öz vücuduna diqqət et. Şübhəsiz ki, bu nəticəyə çatacaqsan ki, cisim, ruh, həyat, ağıl, o şey ki, sənin ixtiyarından xaricdir, atan, anan, özün və keçmiş ataların və anaların sənin əlinlə yaranmamışdılar. Çünki həqiqət və yəqinliklə sənin üçün aydındır ki, sən və onlar bu həqiqətləri yaratmaqdan acizsiniz. Gündüzün günəşi kimi sənə aşkardır ki, əgər sən və ya onlar bu işi görməyə qadir olsaydılar, şübhəsiz ki, arzularınız ilə istəklərinizin arasında maneə yaranmazdı. Ölüm kamına çatmazdınız. Çünki əgər yaranmaq və arzu və istəklər insanın öz əlində olarsaydı, insanla istəkləri arasında maneənin heç bir mənası olmazdı.

Bəli, başqası bu müxtəlif və əsrarəngiz varlıqları xəlq etmişdir. O, bütün bu məxluqların yaradıcısıdır. Sən Onu və sifətlərini tanımağa çox ehtiyaclısan.

Oğlum! Mən o zaman ki, özümün möhkəm varlığıma diqqət edirəm, elə bir varlıq ki, alimləri heyrətə gətirir, görürəm ki, mələkut ağlından, nəfs və ruhdan xəlq edilmişəm. Fikiləşirəm, diqqət edirəm, araşdırıram və görürəm ki, onların özləri mənə deyirlər: "Biz özümüz aciz və fəqirik. Əgər sənin xilqətində iştirak etmiş olsaydıq, bu qədər yeni proqramların, dəyişliklərin mənası olmazdı”.

Onların hamısı fəryad çəkir: "Bizim sənin xəlqində iştirakımız yoxdur”. Ağıl, nəfs və ruh deyərlər: "Sən bilirsən ki, bizə ölüm, zillət və süstlük üz verər. Bu, onu sübut edir ki, biz başqasının məluluyuq. Bu hökumət bizi nöqsandan kamala və kamaldan nöqsana tərəf çəkər. Hər nə halda iradə etsə, bizi dəyişdirər”.

Oğlum! Bu həqiqəti dərk etsən və ağlın, nəfsin, ruhun aciz və fəqirlikdə bərabər olduğunu kəşf etsən, aydın olacaqdır ki, bütün xəlq edilmişlərin Xaliqi vardır. O, başqa mövcudlarda olan acizlik və fəqirdən uzaq və pakdır. Biz zəiflərin varlığında baş verən müxtəlif dəyişkliklərin Onun müqəddəs varlığına yolu yoxdur. Əgər bunun əksi olsaydı, O, da bizim kimi aciz və möhtac olardı”.

"Günəşi işıqlı və Ayı (günəşin şüaları ilə) nurlu edən və illərin (qəməri illərinin) sayını və hesabı (işlərinizin vaxtını) biləsiniz deyə, onun üçün (Yer kürəsi ətrafında fırlanmasında) mənzillər müəyyənləşdirən Odur. Allah onları yalnız haqq (məqsəd) üçün yaratdı. O, (Öz) ayə və nişanələri(ni) bilən bir dəstə üçün hərtərəfli (həm xarici aləmdə, həm də söz ilə) açıqlayır. Şübhəsiz, gecə ilə gündüzün get-gəlində və (fəsillərə və ya yerin məntəqələrinə uyğun olaraq onların) hər birinin uzun və qısalığında və Allahın (planetlər, mələklər və canlılar kimi) göylərdə və (bitkilər, heyvanlar, cinlər və insanlar kimi) yerdə yaratdığında təqvalı olan bir dəstə üçün (Allahın tövhid, əzəmət, qüdrət və hikmətindən) ayə və nişanələr vardır”. ("Yunus” 5-6).

"Həqiqətən dördayaqlılar(ın yaradılışın)da sizin üçün (böyük) bir ibrət vardır. Onların qarınlarında olandan mədədə yarı həzm olunmuş yeməklərlə (onların damarlarından axan) qanın arasından sizə içənlərə xoş gələn xalis və təmiz süd içirdirik. Xurma və üzüm ağaclarının meyvələrindən (pak olmayan) məstedici mayelər və həmçinin gözəl və pak ruzi alırsınız. Həqiqətən bunda (onların bitmələri, məhsul vermələri və mənfəətlərində) öz ağılını işlədən bir dəstə üçün (Allahın qüdrətinə və hikmətinə dair) nişanə vardır. Və Rəbbin bal arısına vəhy etdi (onun təbiətində bu əməlin şövq və qüdrətini qoydu) ki: «Dağlardan, ağaclardan və qurulan çardaqlardan (özünə münasib) evlər götür!» «Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et». Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır”. ("Nəhl” 66-69).

Əgər insan Həzrət Haqqı dərk edər və Onun sifətlərinə mərifət əldə edərsə, qəlbi sağlam olar. Çünki elə bir neməti dərk edər ki, ondan üstün başqa bir nemət yoxdur. Ona görə də qəlb sağlamlığını hifz et. Sağlamlığın mənbəyi isə nəfsdə, əxlaq və əməldədir.



(Erfan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 627 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]