Cümə axşamı, 2024-05-02, 1:50 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Peyğəmbərimiz (s) bu müsabiqədə niyə qalib gəlmədi?
2013-04-09, 5:21 AM
Peyğəmbərimiz (s) bu müsabiqədə niyə qalib gəlmədi?


Müsəlmanlar at və dəvə yarışlarına çox böyük əhəmiyyət verirdilər. İslam dini əsgər üçün zəruri olan işləri öyrənməyi müsəlmanlara mühüm buyurmuşdur. Peyğəmbərimiz (s) bu cəmiyyətin rəhbəri kimi özü də yaxşı at və dəvə çapardı. Belə müsabiqələrdə özü iştirak edərdi. Bunun özü müsəlmanları, xüsusilə də cavanları bir əsgərin bilməli olduğu şeylərə ən yaxşı təşviq idi.

O zamana qədər ki, bu sünnət adət idi, müsəlmanlar ona təşviq edilirdi. Bu yolla İslam cəmiyyətində şücaət və igidlik ruhu qorunub saxlanılırdı.

Peyğəmbəri-Əkrəm (s) bəzən at və bəzən də dəvəyə minərdi. Özü şəxsən bu müsabiqələrdə iştirak edərdi. Peyğəmbərin (s) bir dəvəsi var idi ki, çox iti qaçardı. Hansı dəvə ilə yarışsa idi, ona qalib gələrdi.

Yavaş-yavaş bəzi sadəlövlərdə belə bir fikir yaranmışdı ki, bu dəvə Peyğəmbərin (s) olduğu üçün hamını ötür. Ona görə də dünyada elə bir dəvə yoxdur ki, onun dəvəsini ötə bilsin.

Bir gün səhrada yaşayanların içindən bir nəfər bir dəvə ilə gəlir və Peyğəmbərimizlə (s) yarışmaq istədiyini bildirir. Peyğəmbərin (s) səhabələri bu müsabiqəni tamaşa etmək üçün tələsirdilər. Çünki Peyğəmbər (s) özü şəxsən öz dəvəsində yarışacaqdı. Qərarlaşdıqları yerdə dəvələrini saxladılar və tamaşaçılar yığılmışdı.

Ancaq onların gözlədiklərinin əksinə olaraq, ərəbin dəvəsi Peyğəmbərin (s) dəvəsini geridə qoydu. Sadəlöv insanlar bundan çox narahat oldular. Çünki gözlədiklərinin əksi baş vermişdi.

Həzrət Peyğəmbər (s) buyurur: "Buna görə narahat olmaq lazım deyildir. Mənim dəvəm bütün dəvələri keçdiyi üçün, özü ilə qürurlanırdı. Öz-özünə deyirdi ki, məndən üstünü yoxdur. Ancaq bu İlahi sünnətdir ki, hər bir kəsdən üstün biri vardır. Ona görə də hər yüksəliyin enişi vardır və hər bir qürurun məğlubiyyəti”.

Həzrət Peyğəmbər (s) bu hikmətli kəlamı ilə insanlara ibrətli dərs verir.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 735 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0
Total comments: 1
+1  
1 AGAHUSEYN   (2013-04-13 12:48 PM) [Daxil et]

Bismillahir-rahmanir-rahim! 
Anamiz, Xanim Fatimeye Zehranin (s.a.)  sehadet gunu munasibetile hamiya,Ahli-Beyt(a.s.) davamcilarina sabr versin! Amin! Allah cemi muselman xanimlarini xanim Zehranin(s.a.) ardicillarindan qerar versin! Amin!

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]