Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
2013-05-23, 11:55 AM | |
PAKLIQ İslam dini öz ardıcıllarını mənəvi və fizioloji paklığa çağırır. Fiqhin əməl bölməsi insanın fiziki paklığını təmin edəcək araşdırmalarla məşğuldur. Əlbəttə ki, bu sırf fiziki paklıq deyil. Məsələn, insan namazdan qabaq dəstəmaz alarkən əzaları yuyulduqca ruhunda bir paklıq duyulur. Namaz qılan şəxs namaz zamanı aşağıdakı murdarlıqlardan pak olmalıdır: 1.İnsan və əti haram heyvanın sidiyi; 2. İnsan və ti haram olan heyvanın nəcisi; 3. Məni (sperma); 4. Qan; 5. İnsan və atıcı qanı olan heyvanın murdarı; 6. İt; 7. Quru donuzu; 8. Pivə; 9. Şirk və küfr. Murdarlağı aradan qaldırmaq üçün pak edicilər mövcuddur: 1.Saf su; 2. Torpaq; 3. Günəş; 4. İstihalə (kimyəvi tərkib dəyişməklə mürdar pak ola bilər. Məsələn, şərab sirkəyə dönüb pak ola bilər); 5.İslam- Kafir İslamı qəbul etməklə pak ola bilər; 6.Təbiət – Kafr ata İslamı qəbul etməklə həddi- buluğ olmayan övlad da pak olar; 7.Heyvanın bədənindən mürdarın özünün (eyninin) getməsi; 8.İstibra – bir müddət murdarla qidalanmış heyvan müddət pak qidalanarsa pak olar (məsələn, qoyun on gün istibradan sonra pak olar); 9.Müsəlmanın qayib olması – bədənində və ya paltarında murdar olan müsəlmanla bir neçə gün sonra görüşdükdə murdar əlaməti görünməzsə, o, pak hesab olunur; 10.İntiqal – məsələn, insan nəcisi bitkiyə çevrilməklə pak olar. | |
Views: 760 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |