Ömür boyu 1 həqiqi səcdə edən, ziyandan amanda qalar - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Cümə günü, 2016-12-09, 1:03 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Ömür boyu 1 həqiqi səcdə edən, ziyandan amanda qalar
2013-10-03, 6:38 AM
Ömür boyu 1 həqiqi səcdə edən, ziyandan amanda qalar
 
 İmam Sadiq (ə) buyurur: "Allaha and olsun ki, o kəs ki, səcdənin haqqını verər və həqiqi səcdə edər, heç bir zaman ona ziyan dəyməz. Baxmayaraq ki, ömrü boyu hətta bu cür səcdəni bir dəfə etsə belə”.
İbadətlər içərisində səcdənin yeri başqadır. Çünki bu, elə bir ibadətdir ki, Həzrət Haqqın diqqətini həmişə cəlb edər. Əgər bu səcdəni qəlb hüzuru ilə yerinə yetirərəriksə, əcr və savabı daha çox olar.
Səcdə - insanın bəndəliyinin və təvazökarlığının nişanəsidir.
Səcdə - insanın Allah Təalaya bəndəliyinin, eşq və məhəbbətinin bəyanıdır.
Bəndə başını səcdəyə qoyan zaman demək istəyir ki, heç bir istiqlala malik deyiləm, Səndən başqasını görmürəm və Səndən başqasını istəmirəm, Səndən başqasını demirəm.
Səcdə edən bəndə gərək səcdənin həqiqətlərini bilsin və bunun üçün Qurana və hədislərə müraciət etsin.
Bəs səcdənin özü nədir?
Qurani-Kərimin təfsirçiləri, xüsusilə də hədisşünaslar, Əllamə Məclisi kimi alim səcdəyə belə məna vermişdir: "Həzrət Rəbbul-Ərbabın qarşısında təvazökarlığın, itaətin son həddidir. İstər iradəvi olsun və istərsə də məcburi”.
Yer üzərində olan bütün canlılar Allaha səcdə edərlər. Onlar bunu iradəsiz edərlər, ancaq o zamana qədər ki, Allah onları yer üzərində saxlayır, onlar tam təvazö ilə öz Məbudlarına itaət edər və səcdə edərlər. Onlar bununla xəlq evində öz zəlil və xar olduqlarını və necə zəif olduqlarını bildirməyə çalışırlar. Bitkilərdə iradə olmasa da, heyvanlarda onlardan fərqli olaraq, bu iradə bir qədər güclüdür. Onlar da bitkilər kimi, ancaq daha mənalı şəkildə Allaha səcdə edərlər. Yəni, Allah qarşısında necə aciz olduqlarını bildirərlər.
Ancaq ağıl və iradə sahibi olanlar etdiyi səcdənin mənasını bilir və onu iradəvi şəkildə etdiyi üçün dərəcələri qalan varlıqlardan daha üstün olur.
Allaha səcdə edən ağıl sahibi təkcə insan deyildir, bunların içində mələklər də vardır. Mələklər hər bir xatadan məsumdur, onların etdiyi səcdə həqiqi səcdədir. Yəni, öz Mövlaları qarışısında təvazökarlıqla səcdə edər və heç bir zaman Allahın əmrindən çıxmazlar.
İnsanlar iki qrupa bölünür: onların bir qrupu Allaha itaət edir və əmrləni yerinə yetirirlər. Onun halal və haramına riayət edirlər. Onlar mömin və sadiq bəndələrdir. Quranın buyurduğu kimi sacidandırlar.
O biri dəstə isə Allahın əmrindən boyun qaçırdan insanlardır. Onlar bədbəxt insanlardır və havayi-nəfslərinə itaət edər və heyvani şəhvətə düçar olarlar.
Beləliklə deyə bilərik ki, səcdə, yəni təvazökarlığın son həddi, Həzrət Haqqın bütün əmrlərinə itaət etmək deməkdir. Namazda edilən səcdə bu səcdələrin cüzi bir hissəsidir.
Allah bizlərə həqiqi səcdə etmək tofiqini nəsib etsin.
 
(Erfan/ Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 233 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]