Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Niyyəti pak etmək lazım
2012-12-02, 5:31 AM | |
İslam dini insandan istəyir ki, bütün niyyətlərini pak və Allah üçün etsin. İslam istəyir ki, insan bütün işlərində: maddi-mənəvi, dünya-axirət, fərdi-ictimai, yuxu-yeməyindən belə niyyətini pak etməlidir. Niyyətini Allah üçün etməlidir. Yaxşı iş görən zaman niyyətini Allah üçün etməlidir, hətta nəhayətdə əgər onu yerinə yetirə bilməsə belə. Hədislərdən görünür ki, Allah xeyir niyyətə görə mükafat və əcr verir. Baxmayaraq ki, niyyət sahibi onu yerinə yetirməsə belə, savabı ona yazılar. Amma əgər kimsə şər niyyət edərsə, Allah buna görə bəndəsini cəzalandırmaz. İmam Sadiq (ə) buyurur: "Mömin bəndə əliboş halda Allaha deyir: "Ya Rəbb! Mənə mal əta et ki, onunla xeyir iş görüm”. Allah əgər bu mömində sidq niyyət görərsə, həmin niyyətə görə ona mükafat verər. Sanki həmin niyyətini yerinə yetirmişdir. Allah - Kərimdir”. Həzrət Peyğəmbər (s) buyurur: "İnsanlar dörd cürdür. Bir dəstə o insanlardır ki, Allah onlara elm və mal vermişdir. O, da elminin köməyi ilə malından Allah yolunda bəhrələnir. İkinci dəstə o insanlardır ki, həmin insanı görür və deyirlər: "Əgər Allah bizə də elm və mal versəydi, onun kimi elm və maldan istifadə edərdik”. Allah bu niyyəti edən insanı, həmin mal və elm verdiyi insan kimi qərar verər. Üçüncü: elə insandır ki, malı var, ancaq elm ona əta edilməmişdir. Malını cahiliyyəti üzündən qeyri-Haqq yolunda sərf edir. Dördüncü o insanlardır ki, onu görürlər və deyirlər: "Əgər mənim də malım olsaydı, mən də belə edərdim”. Bu insan ki, belə niyyət edir, günah işlətməkdə həmin cahil insanla eyni tutulur”. Həzrət (s) başqa yerdə buyurur: "İki qrup cihad üçün üz-üzə gəlir. Mələklər onların əməllərini yazmaq üçün nazil olarlar. Bu cür yazarlar: "Filankəs dünya üçün müharibə etdi”. Deməzlər ki, filankəs Allah yolunda öldürüldü. O kəs ki, Allah kəlməsini qaldırmaq üçün vuruşursa, o, Allah yolunda vuruşmuş deməkdir”. Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, Allah üçün xoş ətir vurar, Qiyamətə müşk iyi verərək gələcəkdir. Hər kəs xoş ətiri istifadə edən zaman niyyəti Allah üçün olmazsa, Qiyamət günü murdardan da pis iy verər”. İmam Sadiq (ə) buyurur: "Atəş əhlinin həmişə atəşdə olmasının səbəbi odur ki, dünyadakı niyyətləri Haqqa qarşı üsyan etmək olmuşdur. Behişt əhlinin behiştdə həmişə olmasının səbəbi odur ki, dünyadakı niyyətləri Allahın itaətkarı olmaqdır. Niyyətlərinə görədir ki, onlar əbədi atəşdə və onlar isə cavidan behiştdə həmişəlikdirlər”. İmam Baqir və İmam Sadiqdən (ə) nəql edirlər ki, buyururlar: "Allah Təala Adəmə (ə) görə övladlarından hər kim yaxşı əməli niyyət edər və yerinə yetirməzsə, onun üçün bir həsənə yazılar. Hər kim yaxşı əməli niyyət edər və onu yerinə yetirərsə, 10 həsənə yazılar. Hər kim pis işi niyyət edərsə, ancaq əməl etməzsə, ona heç bir şey yazılmaz. Əgər pis niyyət edər və onu yerinə yetirərsə, onun üçün 1 pis əməl yazılar”. İmam Rza (ə) buyurur: "Qiyamət günü Allah möminə deyər: Ona yerinə yetirmədiyi yaxşı əməllərin dəftərini göstərin. Görən zaman deyər: "Pərvərdigara! Böyüklüyünə and olsun ki, mən bu həsənələri etməmişəm”. Allah Təala buyurar: "Düz deyirsən. Ancaq onları niyyət etdiyin üçün sənə yazmışam”. Bu zaman niyyət etdiyi əməllərin savabını ona verər”. İmam Rza (ə) Riyan ibni Şəbibə buyurur: "Əgər Kərbəla şəhidlərinin savabında şərik olmaq istəyirsənsə, nə zaman ki, xatırladın, de: "Ey kaş onlarla olaydım və böyük bir səadətə çatardım”. Cabir "Ərbəin” ziyarətində Kərbəla şəhidlərinə xitab edərək deyir: ""Biz sizinlə savabda şərikik”. Ətiyə deyir: "Ey Cabir! Onlarla necə şərikik? Biz ki, heç bir şey etməmişik və heç bir əziyyət çəkməmişik? Onlar arvad-uşaqlarından ayrıldılar və öldürüldülər”. Cabir deyir: "Allahın Peyğəmbərindən (s) eşitmişdim ki, buyurub: "Hər kim hansı qövmü sevsə, onunla məhşur olar. Hər kim qövmün işini sevərsə, həmin işin savabında onlarla şərik olar. Allaha and olsun ki, mənim niyyətim İmam Hüseynin (ə) və səhabələrinin getdiyi yol idi”. "Məkarim-əxlaq duasında oxuyuruq: "Pərvərdigara! Mənim niyyətimi yaxşı niyyətə çatdır. Allahım! Lütfünlə layiqli niyyətlərimi çoxalt. Bu cür niyyətlər pakdır və qəlblər gərək ondan bəhrələnsinlər”. Beləliklə deyə bilərik ki, İslam dinində müsəlmanın hər bir əməli onun niyyətindən asılıdır. Həm ibadəti, həm ünsiyyəti, həm əxlaqı. Niyyətimizi pak edək ki, Allah yanında sevimli bəndələrdən olaq. (Erfan/ Deyerler.org) | |
Views: 883 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |