Niyə bəzən nemətlər bizdən alınır? Alınmış nemətləri necə qaytaraq? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Cümə günü, 2016-12-09, 1:04 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Niyə bəzən nemətlər bizdən alınır? Alınmış nemətləri necə qaytaraq?
2013-11-29, 10:28 PM
Niyə bəzən nemətlər bizdən alınır? Alınmış nemətləri necə qaytaraq?

 "Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis hadisələrdən) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara onun tamını dadızdırdı”. ("Nəhl” 112).
Bəzən nemətin əlimizdən getməsinə səbəb - nemətə nankorluq etməyimizdir. Nemətə nankorluq etməyin səbəblərindən biri isə təkəbbür və qürurdur. İnsan özünü İlahi nemətə layiqli hesab edir, halbuki insana verilən nemətlərin hamısı Allahın mərhəmətinə görədir. İbadət və əməlinə görə deyil. Belə bir insan ibadəti və yaxşı əməlləri ilə qürurlanır və ona görə də həmin İlahi nemətə layiq görülmür. Hədislərdə oxuyuruq ki, əgər insan həyatının hər bir anında Allaha şükür edərsə, Allahın verdiyi ən kiçik nemətin şükrünü yerinə yetirə bilməz. (Tebyan)
Bəli, nemətin aradan getməsinin səbəblərindən biri də naşükürlükdür. İnsan ona verilən nemətlərə o qədər qərq olar ki, sahibinə təşəkkür etməyi yaddan çıxardar.
Nemətin əldən getməsinin səbəblərindən biri də budur ki, insan dünyəvilik cəhətdən ondan yuxarıda olanlarla özünü müqayisə edər. Bu müqayisə nəticəsində Allahın ona əta etdiyi nemətlər çox kiçik görünər. Nəticədə nemətə nankorluq edər və küfr edər. Allahından gileylənməyə başlayar. Ona görə də insan özündən yuxarı deyil, aşağılara nəzər salmalı və dini məsələlərdə özündən yuxarı səviyyədə olanları görməlidir. Bu zaman şükür etmək hissi onda güclənər.
O zaman ki, Həzrət Musa (ə) qəbiləsini zalımlarla vuruşmağa çağırır, onlar belə cavab verib, dedilər: «Ey Musa, nə qədər ki, onlar oradadırlar (həmin şəhərdədirlər) biz əsla ora daxil olmayacağıq. Odur ki, sən və Rəbbin gedin (onlarla) vuruşun, biz mütləq elə burada oturacağıq». ("Maidə” 24). Allah da onların bu sözünə görə onları 40 il səhrada sərgərdan etdi və nemətdən məhrum etdi. "(Allah) dedi: «Bu torpaq (günahlarının cəzası olaraq) qırx il onlara haram oldu. (Bu müddət ərzində) onlar daim yer üzündə (Sina çölündə) sərgərdan qalacaqlar. Odur ki, bu itaətsiz dəstəyə görə qəmgin olma»”. ("Maidə” 26).
Allah bütün bəndələrinə nemət verər, ancaq bəziləri çirkin əməlləri ilə bu neməti məhv edərlər. "(Müşriklər üçün olan) bu (əzablar), ona görədir ki: Allah (Öz ənənəvi qanunlarına əsasən) bir qövmə verdiyi neməti onlar özlərində olanı (saleh halları) dəyişməyincə dəyişdirmir (onlardan almır). (Məkkə əhalisinin rifah halı İslamdan sonra pisliyə və çətinliyə doğru dəyişdi, çünki onlar öz adi hallarını Peyğəmbərlə mübarizə və inad etmək istiqamətində dəyişdirdilər)”. ("Ənfal” 53).
"Kim Allahın neməti ona çatdıqdan sonra həmin neməti dəyişdirsə, onda (bilsin ki,) Allah çox ağır cəzalandırandır”. ("Bəqərə” 211).
"Məgər (küfr başçılarından və rifaha uyanlardan) Allahın nemətlərini (nemətlərin şükürünü) nankorluğa dəyişənlərin və öz qövmlərini (onlara tabe olanları) həlakət diyarına salanların halına baxmadın?!”. ("İbrahim” 28).
 
Bəs nə edək ki, əldən getmiş nemətlər yenidən geri qayıtsın?
İmam Əli (ə) buyurur: "Əgər insanlar onlara giriftarlıq gələn zaman İlahi dərgaha pak niyyətlə ah-zar etsələr və Pərvərdigara tərəf həvəslə qayıtsalar, bütün əldən getmiş nemətlər geri qayıdar”.
 
Bizim nemətlər qarşısındakı vəzifəmiz nədir?
1. Qənaət edib mötədilliyi qorumaq. İmam Kazım (ə) buyurur: "O kəs ki, mötədilliyə riayət edər, həyatında qənaət edər, neməti qalar. O kəs ki, israfa düçar olar, nemət ondan alınar”.
2. Bağışlamaq. İmam Əli (ə) buyurur: "O kəs ki, ehsan vasitəsilə əliaçıq olar, İlahi neməti məhv olmaqdan qoruyar”.
3. Ədalətli olmaq. İmam Rza (ə) buyurur: "Ədalətdən istifadə etmək və başqalarına yaxşılıq etmək - nemətin davamlılığını nişan verər”.
4. Yoxsulların əlindən tutmaq. İmam Əli (ə) buyurur: "O kəsin ki, İlahi nemətlərinin sayı artar, insanların ona ehtiyacı da artar. Ona görə də hər kim İlahi vəzifəsinə əməl edərsə, nemətləri qalıcı olar. Əks halda nemətlər aradan gedər”.
 
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 235 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]