Cümə günü, 2024-11-22, 4:45 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Niyə arzularımız qısa olmalıdır?
2013-05-08, 9:28 AM
Niyə arzularımız qısa olmalıdır?


Bizim iki növ arzularımız vardır: uzun və qısa arzularımız. Bu düzdür ki, insanlar uzun arzuları daha çox sevirlər. Ancaq arzuların zəminəsi müxtəlifdir. Əgər arzularınız uzundursa, onları qısaltmaq lazımdır. Əks halda insanın belini sındırar.

İmam Əli (ə) buyurur: "O kəsin ki, arzuları uzundur, rəftarı da xoşagəlməzdir”. Ancaq biz insanların əskər hissəsi uzun arzular qururuq. Ümid edirik ki, bu arzularımız həyata keçsin. İmamın (ə) buyurduğuna görə rəftar və əməllərimiz ona görə xoşagəlməz olur.

Uzun arzular qurmağımıza iki şey səbəb olur: biri cəhalət və nadanlıqdır və o biri isə dünya sevgisidir. Cahil öz cavanlığına etimad edir və ölümünü uzaq hesab edir. Eyni zamanda insanın qəlbində həmişə dünya sevgisi olur. Mala, övlada, evə, mülkə və sair. İnsan bu fani şeylərdən ayrıla bilmir. Ayrılmaq ona çətin gəlir. Belə olan halda axirətdən qafil olur.

İmam Əli (ə) buyurur: "Hər bir işi görən zaman əminliyin olsun. Arzuların səni aldatmasından çəkin. Sabahın qəmini bu gün yemə. Bu günün qəmi sənə bəsdir. Sabah öz giriftarlığı ilə sənə daxil olacaqdır. Əgər sabahın qəmini bu gün özünə yük etsən, qəm və qüssəni artırmış olarsan. Bu yolla qəmin artar. Çoxlu iş, çoxlu əziyyət və iş görmək nəticəsində sabahkı günə qəlbində etdiyin arzular azalar. Lakin əgər qəlbini arzulardan boşaltsan, bu gün daha çox iş görər və çalışardın. O kəsin ki, arzuları uzundur, əməli az və dəyərsizdir”.

"Əgər Allah bəndəsi əcəlini və işinin sonunu görsəydi, arzu ilə düşmən olardı”. İnsanın arzuları əməllərində özünü biruzə verər. İnsan arzu edən zaman ölümü gözünün önünə gətirməldiir və ondan qafil olmamalıdır. Bu cür insan ölümə həmişə hazır olar. Əgər axşama qədər sağ qalarsa, Allaha şükür edər ki, ona möhlət verib, onu sevindirmişdir. Bu cür də səhər açılana qədər.

Bu hissləri o insan keçirə bilər ki, dünya sevgisi qəlbində olmasın və dünya meylini qəlbindən çıxartmış olsun. Bu cür insan ölərsə, dünyadan xoşbəxt halda getmiş olar. Özünün gözəl əməllərinə sevinər. Ölmək onun üçün səadət və həyat onun üçün kəramət dərəcəsinin artması deməkdir.

Ona görə də, ey insan! Arzular dənizində üzən zaman ölümü yadına sal. Sən elə bir dənizə baş vurmusan ki, özünü unutmusan. Sənə verilən fürsətləri bu cür tələf və məhv edirsən.

Ariflərdən biri deyir ki, arzuların ucu-bucağı yoxdur. Arzuna çatan zaman ölümün yetişər və ölüm yetişən zaman arzuların bada gedər.

Həzrət Peyğəmbər (s) buyurur: "Səhər olan zaman axşamın fikrini çəkmə. Şam edən zaman sabahın fikrini çəkmə. Axirətin üçün dünyadan azuqə götür və həyatda olan zaman ölümün üçün, sağlam olan zaman xəstəliyin üçün. Çünki sabah nə olacağını bilmirsən. Sənin adın hansı tayfada olacaqdır?”.

İnsanın yaşı ötdükcə, dünya hərisliyi özünü daha aydın şəkildə göstərir. Belə insanların arzuları uzun və sabahkı günə ümidləri çox olur. Ölümü çox az xatırlayırlar.

Beləliklə, deyə bilərik ki, uzun arzular bizə ziyandan başqa bir şey gətirməz. Uzun arzular şeytanın tələsidir. Hər kim ora düşərsə, Allahdan və vacibatlarından qafil olar. Ona görə də arzularımızı qısa edək və Allaha təvəkkül edək.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 736 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]