NADANLIQ - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Çərşənbə axşamı, 2016-12-06, 11:13 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

NADANLIQ
2013-10-27, 6:19 AM
NADANLIQ
Günaha səbəb olan amillərdən biri nadanlıqdır. Allaha, yaranışdan olan hədəfə, günahın zərərli təsirinə və bu kimi şeylərə qarşı nadan olmaq insanı günaha tərəf yönəldir. Məsələn, tibb elmindən başı çıxmayan bir şəxs mikrobla dolu bir yeməyi asanlıqla yeyir, lakin savadlı bir həkim heç vaxt bu işi görmür.
Cahiliyyət dövründə də (İslam dinindən qabaqkı dövrə cahiliyyət dövrü deyilir) insanların həyatının bütün sahələrini bürümüş günahların çoxu cahillik səbəbindən və nadanlıq nəticəsində baş verirdi. Mətləbin aydınlaşması üçün aşağıdakı ayələrə diqqət yetirin:
1. ”Əraf» surəsinin 138-ci ayəsində oxuyuruq:
قالُوا يا مُوسى اِجْعَلْ لَنا اِلهاً كَما لَهُمْ آلِهَةٌ قالَ اِنَّكُمْ قَوْمٌ تَجْهَلُون
«Musanın qövmü dedi: Ey Musa! Bunların bütləri olduğu kimi, bizə də bir tanrı düzəlt!» Musa dedi: «Siz həqiqətən cahil bir qövmsünüz».
2. «Nəml» surəsinin 55-ci ayəsində Lut peyğəmbərin dilindən özünün livatla məşğul olan qövmünə etdiyi xitabını oxuyuruq:
اَئِنَّكُمْ لَتَأْتُوا الرِّجالَ شَهْوَةً مِنْ دُونِ النِّساءِ بَلْ اَنْتُمْ قَوْمٌ تَجْهَلُونَ
«Qadınları qoyub kişilərlə şəhvətə uğraşırsınız. Siz cahil bir qövmsünüz».
3. «Yusif» surəsinin 89-cu ayəsində oxuyuruq:
قالَ هَلْ عَلِمْتُمْ ما فَعَلْتُمْ بِيُوسُفَ وَاَخِيهِ اِذْ اَنْتُمْ جاهِلُونَ
«Yusif dedi: Cahil olduğunuz zaman Yusifə və onun qardaşına nə elədiyinizi bilirsinizmi?
Bu ayələrin şərhinə diqqətlə yanaşsaq bilərik ki, nadanlıq günahı törədən mühüm səbəblərdəndir.

HƏDİSLƏRDƏN NÜMUNƏLƏR
Bu barədə olan hədislərin əksəriyyətində nadanlıq günaha zəmin yaradan amil kimi qeyd olunmuşdur. Burada onlardan bir neçəsini nəzərdən keçirək:
1. İmam Əli (ə) Malik Əştərə göndərdiyi məktubda buyurur:
لاَ يَجْتَرِىءُ عَلَى اللهِ اِلاّ جاهِلٌ شَقِيٌّ
«Allahın əmrindən cahil və bədbəxt insanlardan başqa heç kəs boyun qaçırmaz».(Qisarül-cəməl, 1-ci cild, 127-ci səh.)
O Həzrət başqa bir hədisdə buyurur:
اَلْجَهْلُ مَعْدِنُ الشَّرِّ، اَلْجَهْلُ اَصْلُ كُلِّ شَرٍّ، اَلْجَهْلُ يُفْسِدُ الْمَعادَ
«Nadanlıq (cəhalət) pis işlərin mərkəzidir; nadanlıq pisliklərin köküdür; Nadanlıq insanın axirət həyatını xarab edər.»
Yuxarıda qeyd etdiyimiz kimi, «Üsuli-kafi» kitabında (1-ci cild, səh: 21) belə oxuyuruq:
İmam Sadiq (ə) öz səhabələrindən olan Səmaəyə buyurur:
"Əql və onun qoşununu tanı. Eləcə də (cəhalət) və onun növlərini».
Sonra o həzrət 75 cür pis xüsusiyyəti nadanlığın növləri kimi qeyd etdi. Bu hədisdən nəticə çıxarmaq olar ki, nadanlıq dünya malına hərislik, xəyanət, sələm yemək, pozğunluq, hiylə, lovğalıq, ata və ananı incitmək, əhdə vəfa qılmamaq, səbirsizlik, düşmənlə cihad etməkdən boyun qaçırmaq, yüngüllük, kin saxlamaq, düşmənçilik etmək və s. kimi çirkin xüsusiyyətlər böyük günahlara səbəb olur.
4. İmam Əli (ə) buyurur:
قَصَّمَ ظَهْرِي رَجُلان: عالِمٌ مُتَهَتِّكٌ وَجاهِلُ مُتَنَسِّكٌ
«İki şəxs mənim belimi sındırdı: imansız alim, özünü dindar kimi qələmə verən nadan».
Sonra o həzrət buyurdu:
«Nadan dindar şəxs insanı özünün yalançı zahidliyi ilə aldadır. Dinsiz alim isə insanı özünə cəzb edir».(Qisarül-cəməl, 1-ci cild, 128-ci səh.)
5. Yenə o həzrət buyurur:
اِيّاكُمْ وَالْجُهّالَ مِنَ الْمُسْتَعْبِدينَ وَالْفُجّارَ مِنَ الْعُلَماءِ فَاِنَّهُمْ فِتْنَةٌ كُلِّ مَفْتُون
«Özünü abid kimi göstərən nadanlardan və günahkar alimlərdən uzaq olun. Çünki onlar cəmiyyətdə olan bütün çaxnaşmaların mənşəyidirlər».(Osmandən sonra müsəlmanların zalım xəlifələri.)
6. O həzrət başqa bir hədisdə buyurur:
لا تَرَى الْجاهِلَ اِلاّ مُفْرِطاً اَوْ مُفِرّطاً
«Nadan şəxs ya həddini aşar (ifrata vadar), ya da həddindən az iş görər (təfrit edər) (yəni nadan şəxs normal şəxsiyyətə malik deyildir)».
7. İmam Əli (ə) başqa bir hədisdə nadan şəxslərdən şikayətlənərək buyurur: «Nadanlıqda yaşayan insanlardan Allaha şikayət edirəm».
8. Quranda Musa peyğəmbərlə sehrbazların əhvalatının bir hissəsində buyurulur: «Onlar iplərini, dəyənəklərini yerə atanda cadunun təsiri ilə ona elə görünürdü ki, sanki sürünürlər».
فَاَوْجَسَ فِي نَفْسِهِ خِيفَةً مُوسى
«Musa özündə qorxu keçirdi».
İmam Əli (ə) Musa peyğəmbərin qorxması məsələsini belə izah edir:
لَمْ يُوجِسْ مُوسى عَلَيْهِ السَّلامُ خِيفَةً عَلى نَفْسِهِ بَلْ اَشْفَقَ مِنْ غَلَبَةِ الْجُهّالِ وَدُولِ الضَّلالِ
«Musa (ə) öz canından ötrü qorxmadı. Onun qorxusu bundan ötrü idi ki, olmaya nadan insanlar və batil hökumətlər qələbə çalsınlar.»
İmam Əlinin (ə) bu izahında nadanların əyri əməllərlə məşğul olmalarını, eləcə də nadanlığın Peyğəmbərlə (s) açıq mübarizə və zalımları himayə etmək kimi böyük günahlara səbəb olmasını nəticə alırıq.
Nadanlıq haqqında olan hədislərə İmam Sadiqdən (ə) nəql olunan gözəl bir hədislə yekun vururuq. O həzrət buyurur:
اِنَّ بَنِي اُمَيَّةَ اَطْلَقُوا لِلنّاسِ تَعْلِيمَ الاِْيمانِ وَلَمْ يُطْلِقُوا تَعْلِيمَ الشِّرْكِ لِكَي اِذا حَمَلُوهُمْ عَلَيْهِ لَمْ يَعْرِفُوهُ
«Bəni-Üməyyə xəlifələri(Üsuli-kafi, 2-ci cild, 415-416-cı səh) xalqa, Allaha imanın necə olmasını öyrənməyə icazə verdilər, lakin camaata Allaha müşrik olmağın necəliyini öyrətmədilər ki, camaatı müşrik olmağa dəvət etdikdə onlar bunu anlamasınlar(Nəhcül-bəlağə, 5-ci xütbə) və asanlıqla müşrik olsunlar.»
Bu hədisdən aydın olur ki, Bəni-Üməyyə xəlifələri xalqı, Allaha müşrik olmaq və onun növlərini tanımaqdan çəkindirirdilər. Çünki əgər camaat bunu başa düşsəydi, müşriklik bataqlığında batmış Bəni-Üməyyə xəlifələrindən üz döndərib Əhli-beyt məktəbinə tərəf yönələcəkdilər. Deməli, zalım padşahlar həmişə xalqı müqəddəs islam dininin yatmış kütlələri oyadan qayda və qanunlarından xəbərsiz qoyub onların haqq yoldan uzaq düşmələrinə şərait yaradırdılar.
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 281 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]