ƏN PAXIL, ƏN ACİZ VƏ ƏN ZÜLÜMKAR XALQ - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 1:46 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

ƏN PAXIL, ƏN ACİZ VƏ ƏN ZÜLÜMKAR XALQ
2013-08-14, 5:04 AM
ƏN PAXIL, ƏN ACİZ VƏ ƏN ZÜLÜMKAR XALQ 

Rəsuli Əkrəm səlləllahu əleyhi və alihi və səlləm-dən duanın əzəməti haqqında bir hədis nəql olunur. Həzrət öz əshabına buyurur: İstəyirsiz xalqın ən paxıl, ən aciz, ən zülmkar, ən oğru, ən tənbəlinin kim olduğunu sizə xəbər verim? 
Həzrət buyurdu: Xalqın içində ən paxıl o adamdır ki, bir müsəlmanın yanından keçə, amma ona salam verməyə. Salam vermək elə bir şey deyil ki, onda da paxıllıq edəsən. Salam verməyin yüz savabı vardır. Onun doxsanı salam verənə, qalan onu isə salamın cavabını verənə çatır. Başqa bir cəhətdən salam vermək vəhdət və birlik yaradır. Xalqın ən tənbəli o adamdır ki, bekar ola, eyni zamanda da Allahın zikri ilə məşğul olmaya. Zikr etmək ki, çətin bir iş deyil. "Kafi” kitabında rəvayət olunur ki, əgər bir adam gündə 100 dəfə "la ilahə illəllah” desə, heç kəsin ondan çox əməli olmaz. Yalnız ondan çox "la ilahə illəllah” deyənin əməli onun əməlindən çox olar. 
"Xalqın içində ən zülmkar adam o kəsdir ki, mənim, (yəni Həzrət Peyğəmbərin) adımı eşidir, lakin salavat çəkmir.” 
Doğrudan da bizim ruhani atamız və bizə böyük yol göstərən Mühəmməd səlləllahu əleyhi və alihi və səlləm-in adını eşidib salavat çəkməmək nə qədər də böyük zülmdür. Bundan əlavə salavat çəkmək insanın özü üçün də savabdır. Bu hədis kitablarında yazılıbdır. 
Xalqın ən oğrusu namazında bir hissəsini oğurlayan adamdır. Məsələn, ruku zikrini düz əda etmir, diqqətlə namaz qılmır, sözlərində və fellərində qərar tapmır, səcdəyə çatmamış səcdənin zikrini deyir. Namaz Allah əmanətidir, gərək ona çox əhəmiyyət verək. 
Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm hədisin arxasınca buyurur: 
"Xalqın ən acizi o adamdır ki, dua etməyə acizlik edir.” Bu hissə bizim söhbətimizə aiddir Giriftar olur, amma Allaha üz tutub kömək istəmir. Elə bil ki, ölü kimi nəfəs çəkmir, elə bil ki, oğru bir nəfərin evini çapır, amma ev sahibi heç olmasa qışqırmır. Ay cahil insan! Şeytan sənin qəlbində oğurluq edir, heç olmasa "ya Allah” demirsən, Allahdan kömək istəmirsən! İnsan qəlbinin dərdini bilib dua etmirsə necə ola bilər? Quşa da güllə dəyəndə qol-qanad çalır. Bizə güllə dəyibdir, bəlkə bizim namazımız qəbul olubdur?! Biçarə o adamdır ki, nalə də etmir. İmam Zeynül Abidin əleyhis-salam nalə edərək İlahinin dərgahına ərz edir: 
"Günah məni yerə yıxıbdır, Sən məni qaldır.” 
Məqsəd duanın əzəmətidir. Dua haqqında rəvayət çoxdur.
 
 


Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 256 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]