Nəfsimə məktub... - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Çərşənbə axşamı, 2016-12-06, 11:13 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Nəfsimə məktub...
2013-07-17, 5:35 AM
Nəfsimə məktub...



Ey nəfsim! Sənə lap məəttəl qalıram! İçərisində rahatlıq olma-yan bir evdə rahatlıq istəyirsən.

Fani  olduğunu  bildiyin  dünyanın  dadını  çıxarmaq  istəyirsən.

Zövq və əyləncə istəyirsən hadisələrin aqibətinə baxmırsan.

Ey  nəfs!  Niyə  insanların  qarşısında  təqvalı,  saf  və  iffətli

görünməklə məşğul olub qaranlığa bürünüb insanların

ətraflarına çəkildikləri vaxt sanki səni görmürmüş kimi ALLAHa

üsyan etməyə cürət edirsən.

Ey nəfs! Sənə nə olur, sanki ondan əmin olmusan kimi dün-ya-ya güvənirsən. Əvvəlkilərin vəziyyətlərini xatırlamırsanmı? Onlar

həyatlarını dünyaya hədiyyə etmişlər idilər, birdə baxdılar ki dünya

onlara əcəllərini gətirmiş və nemətləri atəşə çevirmiş.

Bilmirsənmi  ki,  dünya  hiyləçidir,  məqsədləri  və  vəziyyətləri

dəyişdirəndir. Bu halda ona necə güvənərsən? Hər hansı bir anda

ölüm sənə hücum edib səni içində olduğun şeydən çıxara bilər və

səni bir diyardan onun üçün hazırlanmadığın başqa bir diyara apa-rar. Orada sənin vəziyyətin nə olar ey nəfs!

Ey nəfs! Cənnəti istədiyini iddia edirsən amma onun üçün heç

çalışmadın. Atəşdən qorxduğunu iddia edirsən amma ondan heç

qaçmadın! Əgər Cənnətə girsən orada nemətləndiriləcəyini, əgər

Cəhənnəmə girsən orada əzaba uğrayacağını öyrənmədinmi?

Ey  nəfs!  Nədən  səni  hər  itaətə  məcbur  etdiyimdə  tənbəlləşib

məndən  qaçır,  yorğunluq  və  məşəqqəti  bəhanə  edir  bir  günah

gördüyündə isə ona qaçırsan?

Ey  nəfs!  Mənə  doğrunu  söylə!  Nə  istəyirsən?  Xoşbəxtlikmi,

bədbəxtlikmi?  Rifahmı,  əzabmı?  Ey  nəfs!  Sənə  and  içərəm  ki,

xoşbəxtlik və rifah ancaq ALLAHa itaətdə vardır. Bədbəxtlik və

əzab isə günahlarda vardır. Mənimlə razısanmı? Səndən ümid et-diyim şey budur...

iman.ge
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 250 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]