Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
MÜSƏLMANLARA TÖVSIYYƏ
2013-05-10, 4:24 AM | |
Siz ingiltərədə yaşayan müsəlmanlar İmam Sadiqin ə. Və Məhəmməd peyğəmbərin (s) dövründə olmayan imkanlara maliksiz. Siz təbliğ edib islamı yaya, öz aralarınızdakılara və kənardakılara tanıtdıra bilərsiz. Allah indi bunu sizdən istəyir. O sizin ixtiyarınızda nemətlər, fürsət qərar vermişdir. Islamın qapıları üzünüzə açıqdır. Bir- birinizlə həmkarlıq edin, başqalarını dini məclislərinizə dəvət edin, islamın buyurduqlarına əməl edin ki, islama bununla kömək etmiş olursuz. Sayınızın azlığı və biganələrin əlində olan hər cür fürsətdən qorxmayın. Kişilər Əliyə (ə), qadınlar Həzrəti Xədicə (ə) və Həzrət Fatimeyi Zəhraya (sa) iqtida eləsinlər. İslamı təbliğ eləməyi, dini məclislərdə dostlarınızı dəvət eləməyi gündəlik həyatınızda öhdəçilik kimi qəbul edin. Böyük Allah sizə kömək edəcək. Sizdə olan canlanmanı təqdir edirəm. Qadın və kişilərinizin islama etdiklərini mən də etməyi arzu edirəm. Yalnız Allahın qoşunu olun. Məbada şəzsi mənafeyinizə görə bir- birinizə qarşı süst və soyuqqanlı olub ayrılasız. Yaddan çıxarmayın ki, sizin burda islamı müdafiə eləməyiniz islam ölkələrindəki müsəlmanların qəlbinə qüvvət bəxş edir. Hansısa bir oğlan və ya qız İngiltərədə yaşayan xanım və ya kişinin illərlə islamı qoruyub saxladığını görsə, müsəlman kimi qaldığını görsə o da onlardan nümunə götürər. Hansı ölkənin əhalisi olursunuzsa olun ey din qardaşları əl- ələ verib vəhdəti qoruyun. Sübut edin ki, islam dövlət sərhədi tanımır. İslamda dilin, vətənin, irqin, millətin fərqi yoxdur. Bizi birləşdirən islam qardaşlığıdır. Sizi böyük Allaha tapşırıram. Bu məqalənin mövzusu islam risalətinin hədəfidir. O hədəf ki,Peyğəmbər ona çatmaq üçün ciddi cəhd göstərmişdir. Müsəlmanlar da hər zaman bu hədəfə çatmaq üçün həmişə irəliləməlidir. Elmin, sənətin inkişafı rabitələrin möhkəmlənməsi bəşəriyyətin bu hədəflərə ehtiyacını hər gün artırır. Ixtisarla bu hədəflərdən bir neçəsinə işarə vuraq. | |
Views: 679 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |