Cümə axşamı, 2024-05-02, 7:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

“Mömin qardaşın üzünə təbəssümlə baxmaq ibadətdir”
2013-03-24, 12:18 PM

"Mömin qardaşın üzünə təbəssümlə baxmaq ibadətdir”

İslamın gözəl adətlərindən, insanlıq təlimlərindən, mərifət göstəricilərindən biri də "sileyi-rəhim”, yəni münasib vaxtlarda, bayran günlərində qohumları yoxlamaq, onların görüşünə getmək, hal-əhval tutmaqdır. Yeni il bayramı belə görüçlər üçün gözəl fürsətdir. Sileyi-rəhim cəmiyyətin təkbətək fərdləri üçün olduqca faydalıdır.
Məsumların buyuruqlarına, düşüncə sahiblərinin sözlərinə baxdıqda sileyi-rəhimin necə xeyirli bir əməl olduğuna şübhə qalmır. Möminləri, qohum-əqrəbanı, qonşuları yada salmaq, onların dərdlərinə şərik olmaq fərdi və ictimai həyatda misilsiz faydalara malikdir.
Ömrün bərəkəti, yoxsulluğun aradan qaldırılması, problemlərin həlli , ən əsası dostluq və qardaşlıq fəzasının yaranması sileyi-rəhimdən aslıdır.
Həzrət Peyğəmbər (s) buyurur: "Sileyi-rəhim ömrü uzadır, yoxsulluğu aradan qaldırır.” Sileyi-rəhimin həyatın müxtəlif sahələrinə qurucu təsiri ilə bağlı Həzrət Əli (ə) buyurur: "Əgər insanlar qohumluq əlaqələrini qırsalar, sərvətlər şər adamların əlinə düşər.”
Xanım Fatimeyi Zəhra (s.ə) sileyi-rəhimin başqa bir faydasına işarə ilə buyurur: "Allah-Taala sileyi-rəhimi insanların artımı üçün qərar vermişdir.”
İmam Həsəni-Müctəba (ə) bu bərəkətli adətlə bağlı buyurur: "Əgər qardaşınızla rastlaşsanız onun alnının nurani (səcdə) yerindən öpün.”
Sileyi-rəhimin insanın ömrü, onun ruzisi ilə yaxın əlaqəsi var. İmam Həsən buyurur: "Ölümünün yubanmasını, ruzisinin artmasını istəyən insan sileyi-rəhim etsin.”
İmam Zeynəlabidin (ə) bir təbəssümün insan həyatında necə böyük təsirə malik olduğunu vurğulaylr: "Mömin insanın öz mömin qardaşının üzünə təbəssümlə baxması ibadətdir.”
İmam Baqir (ə) buyurur: "Qohumluq əlaqələri əməlləri paklayar, var-dövləti artırar, düyünləri açar, qiyamət gününün hesabını asanlaşdırar, ölümü təxirə salar.”
İmam Sadiq (ə) də öz növbəsində sileyi-rəhimin insan ömrünə təsirini yada salır: "Ölümü yaxınlaşdıran günahlardan biri sileyi-rəhimi tərk etmək, qohumlarla əlaqəni kəsməkdir.”
Sileyi-rəhim insanlarla mehribanlıq nümunələrindən biridir. İmam Kazim (ə) buyurur: "İnsanlarla mehribanlıq ağılın yarısıdır.”
Sual yaranır: İnsanlarla, qohumlarla görüşdə nə etmək, nədən danışmaq lazımdır? Təbii ki istənilən bir məclisdə günaha yol verilərsə həmin məclisin faydası olmaz. Hətta məsciddə oturub qeybət kimi günah söhbətlərə məşğul olsaq qazancımız əzab olar. İmam Riza (ə) buyurur: "Hər kəs məclisdəki söhbətlərdə bizi yada salsa, qəlblər ölən gün ona ölüm yoxdur.”
İmam Cavad (ə) buyurur: "Qardaşlarla qısa bir görüş salamatlığa, ağlın inkişafına səbəb olar.”
İmam Hadi (ə) buyurur: "Allah-Taala Həzrət Musanın (ə) sileyi-rəhimlə bağlı sualının cavabında buyurdu: Ölümü təxirə salar, insan asan can verər.”
İmam Həsən Əskəri (ə) buyurur: "Qardaşına təklikdə öyüd verən onu zinətləndirib. Əksinə adam arasında öyüd verən həmin şəxsi alçaldıb.”
Həzrət Höccət (əc) buyurur: "Mənim zühurum, üçün dua edin. Mənim zühurum sizin qurtuluşunuzdur.” İlahi, Həzrət Höccətin (əc) zühurunu təcil buyur!

HaqqYolu/Hawzah
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 703 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]