Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
2013-11-02, 11:07 AM | |
Mömin, imanı miqdarında imtahan verər
Mömin təkamül yolunda daima çətinliklərlə üzləşir. Allah Təala belə təqdir etmişdir ki, möminlər və Allahın dostları imtahan versinlər - çətinliyə, yoxsulluğa və bəlaya düçar olsunlar. Bu halı peyğəmbərlərin (ə) həyatında da müşahidə etmək olar. (Tebyan) Həzrət Peyğəmbər (s) buyurur:"Peyğəmbərlər (ə) ən ağır çətinliklərə düçar olarlar. Onlardan sonra möminlərdir ki, imanları miqdarına görə düçar olarlar”. İmam Sadiq (ə) buyurur: "Böyük əcr və mükafat, böyük çətinliklərlə bir yerdə olar. O milləti ki, Allah sevər, onları çətinliyə düçar edər”. İmam Baqir (ə) buyurur: "O zaman ki, Allah bəndəsini sevər, onu çətinliklərə qərq edər”. İmam Sadiq (ə) buyurur: "Mümkün deyildir ki, 40 gün keçsin və mömini qəmgin edəcək çətinlik üz verməsin. Bu çətinliklər - ona verilən təzəkkürdür”. Həzrət (ə) buyurur: "Behiştdə elə bir dərəcə vardır ki, bəndə ona xəstələnməmiş çata bilməz”. Məsumlar (ə) buyurur ki, imanın yarısı şükr və yarısı da səbirdir. Quranın buyurduğu kimi, Həzrət Əyyub (ə) - ən çox səbir edən peyğəmbər olmuşdur. Onun həyatına nəzər salan zaman görmək olur ki, Allah müsibətlərə səbri qarşılığında ondan aldığı nemətləri geri qaytarır. Əgər həyatda çətinliklərlə qarşılaşan zaman Əhli-beytə (ə) təvəssül etsək, İlahi rəhmət qapıları üzümüzə açılar. Ayətullah Behcətdən soruşurlar ki, çətinliyə düşən zaman nə edək? Alim, "Kəsa” hədisini tövsiyə edərdi. Bəzən insanlar İmam Rzanın (ə) və İmam Hüseynin (ə) hərəmini buraxıb, şeytanın ətəyindən yapışırlar. Halbuki, bizlərə yardım edə biləcək ən üstün vasitə - Məsumlardır (ə). Əllamə Lahicani bir gün Ayətullah Qazidən soruşur ki, çətinliyə düşən zaman nə etsə yaxşı olar? Alim buyurur: "5 dəfə salavat deyəndən sonra qəlbində "Ayətül-kürsünü” tez-tez de. Sonra de: "«اللهم اجعلنی فی درعک الحصینة التی تجعل فیها من تشاء: Allahım! Məni Öz pənahında və möhkəm zirehində qərar ver ki, orada kimi istəsən, qərar verərsən”. Məsumlar (ə) bizə hər gün 100 dəfə istiğfar etməyi tövsiyə edirlər. Bir zikr o zaman öz təsirini göstərər ki, onu davamlı olaraq deyəsən.
| |
Views: 835 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |