Cümə axşamı, 2024-11-21, 3:17 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Möhtəkirlik günahdır
2014-01-27, 3:30 PM
Möhtəkirlik günahdır

 İnsanın yoxsul olmasına bir neçə amil səbəb ola bilər ki, onlardan biri də israf və biri isə ehtikardır (yəni baha satmaq məqsədilə ərzaqı ucuz almaq). İmam Əli (ə) bu haqda buyurur: "Yoxsulluğa səbəb - israfdır”. Yenə də buyurur: "Ehtikar edən nemətdən məhrum olar”.
Mərhum Şeyx Ənsari ehtikara belə tərif vermişdir: "Ehtikar - ərzaq mallarını bahalaşdırmaq məqsədilə toplamaq və həbs etməkdir”. İbni Həcr isə belə tərif vermişdir: "Ehtikar odur ki, insan azuqə bahalaşan zaman onu alsın və çətinlik zamanı əlavə qiymət qoyaraq satışa çıxartsın”.
Hədislərdə ehtikar edən şəxs xətakar kimi tanıdılmışdır. Aydındır ki, xətakar da günahkardır. Günah da o zaman olar ki, insan haram iş görər. Çünki məkruh iş günah sayılmaz. İmam Əli (ə) xəlifə olan zaman Malik Əştərə əmr etmişdi ki, ehtikarın qarşısını alsın və möhtəkir tacirləri cəzalandırsın.
Həzrət Peyğəmbər (s) buyurur: "O kəs ki, ərzağı müsəlmanlara ehtikar edər, Allah Təala onu cüzama və korluğa düçar edər”.
İmam Əli (ə) buyurur: "Ehtikar edən günahkardır”. "Ehtikar insanı nakamlığa tərəf çəkər”. İmam Baqir (ə) buyurur: "Xətakar insandan başqası ərzaqı ehtikar etməz”.
Həzrət Peyğəmbər (s) bu cür insanları məlun və günahkar adlandırmışdır. Həkim ibni Həzam zəngin bir tacir idi. Ümumi ərzaqı almışdı və Peyğəmbər (s) onu xəbərdar edir ki, məbada ehtikar edər. Həzrətə (s) xəbər verirlər ki, insanlar ərzaq azlığından əziyyət əkir və o, da əmr edir ki, bu tacirlərin mallarını ümumi bazara çıxartsınlar və insanlar da onlara lazım olanı satın alsın.
İmam Əli (ə) buyurur: "Hər kim ərzaqı 40 gün ehtikar edər, qəlbi daş bağlayar”.
Həzrət Peyğəmbər (s) buyurur: "Cəbrayil (ə) deyib: "Cəhənnəmdən keçən zaman orada elə bir yer gördüm ki, çox dəhşətli və qorxuludur. Onun malikinə dedim: "Bu yer kimin üçündür?”. Dedi: "Üç tayfa üçündür və onlardan biri ehtikar edənlərdir””.
Mərhum Feyz nəql edir: "Tacirlərdən biri vasitəçi idi və Bəsrədə vəkili var idi. Bu kişi bir gəmi buğda yükləyir və Bəsrəyə göndərir. Sonra isə vəkilinə məktub yazır: "Bu gəmi Bəsrəyə gəlib çatan zaman bazara çıxart və satışa qoy. Sabaha saxlama”. O zaman ki, gəmi Bəsrəyə gəlib çatır, Bəsrə tacirləri həmin vəkilə deyirlər: "Əgər bir həftə səbir etsən, buğdanın qiyməti çox qalxacaqdır”. O, da tacirlərin sözünə əməl edir. Bir həftə səbir edir. Qiymət çox yuxarı qalxır və buğdanı bazara çıxardır. Çox sayda gəlir əldə edir. Həmin tacirə məktub yazır və olanları danışır. Tacir bu işdən çox narahat olur və vəkilinə belə məktub yazır: "Sən xəyal edirsən ki, mənə xidmət etmisən? Xeyr, mənə xəyanət etmisən. Malımı ehtikar etmisən və məni günaha düçar etmisən. Dinimi məhv etmisən. Mən istəyirdim ki, dinim sağlam qalsın və dini yolla bu ticarətdən az gəlir əldə edim. Sən mənə çox pul qazandırdın, ancaq dinimə ləkə vurdun. İndi bu pulları al və Bəsrənin yoxsulları arasında payla. Mən onu istəmirəm. Bəlkə Allah bu sədəqənin bərəkətinə görə ehtikarı bağışlayar. Məni əvvəlki halıma qaytarar”. (Tebyan)
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 1356 | Downloads: 0 | Comments: 1 | Rating: 5.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]