Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
KİTAB OXUMAQ
2013-08-15, 4:55 AM | |
KİTAB OXUMAQ Təhsil və təhsil vasitələrinin ən yaxşılarından biri kitab oxumaqdır. Yaxşı kitab, oxucunun ruhunda dərin təsirlər buraxar. İnsanın ruhunu və nəfsini kamilləşdirər və şəxsiyyətini yüksəldər. Elmini çoxaldırar və məlumatlarını çoxaldar. İctimai və əxlaqi nöqsanlıqları aradan qaldırar. Xüsusilə insanların boş vaxtlarının azaldığı, elmi və dini yığıncaqlara qatılmanın çətinləşdiyi texnologiya çağı olan indiki vaxtda, kitab ən yaxşı təhsil və təhsil vəsiləsidir. Kitabın insanın ruhunda buraxdığı təsir başqa şeylərdən daha köklü və dərindir; hətta kitab bəzi zamanlar oxucunun şəxsiyyətini dəyişdirib tam fərqli edir. Ayrıca kitab oxumaq, sağlam istirahət etmə və boş vaxtları qiymətləndirmə vəsilələrinin ən yaxşısıdır. Boş vaxtlarını kitab oxumaqla qiymətləndirən kəslər elmi və əxlaqi istifadələr xaricində ruhi böhranlardan və sinir zəifliklərindən uzaq qalar və həyatlarında daha dinc olarlar. Kitab, bütün mənzərələrdən daha gözəl, bütün bağ və bağçalardan daha fərahla idiçidir. Əlbəttə, bütün bunlar kitab əhli üçündür. Ürəyə səfa verər və işıqlandırar. Dərdləri və hüznləri keçici belə olsa aradan qaldırar. Hz. Əli (ə.s) belə buyurur: "Boş vaxtlarını kitab oxumaqla qiymətləndirən kimsə, fikir rahatlığını itirməz. "[1] İmam Əli (ə): «Kitablarla özünü sakitləşdirən heç bir sakitliyi əldən verməz.» "[2] Bütün ölkələrin inkişaf və mədəniyyətini basılan kitablarıyla, kitabların xüsusiyyətiylə və oxucu sayıyla araşdırmaq və ölçmək mümkündür. Oxucu-yazar olmaq mədəniyyətin əlaməti deyil. Mədəniyyətin əlaməti mütaliə etmək və araşdırmaqdır. Yazıçılarımızın çox olmasına baxmayaraq təəssüf ki, araşdırmaçımız və oxucumuz çox azdır. Dərs oxumaq, yalnız iş tapmaq üçün bir pilləymiş kimi qız və kişilərin çoxu, təhsilləri bitdikdən dərhal sonra kitabı yerə buraxıb həyat, iş və alış-verməyə başlarlar. Bunun üçün kitabları buraxdıqları anda məlumatları dayanar. Halbuki, gerçəkdə kitab oxumaq, insanın kamilləşməsi və elmin irəliləməsi üçündür. İnsan dərs oxumaqla və təməl məlumatları öyrənməklə, araşdırma və mütaliə üçün hazırlıq qazanmaqdadır. Ondan sonra kamala çatmaq və öz payın tərəfindən elmin irəliləməsi üçün mütaliəyə, kitab oxumağa və araşdırmaya başlamalıdır. Bu işi imkanları çərçivəsində və gücü çatdığınca ömür boyu davam etdirməlidir. İslam dini də, tamaşaçılarına uşaqlıqdan ölənə qədər elm öyrənməyi əmr etmişdir. Məsələn: Rəsulullah (s. a. a) belə buyurar: "Elm öyrənmək bütün Müsəlmanlara fərzdir və Allah elm arxasında qaçanları sevər. "[3] İmam Sadiq (ə.s) buyurur ki: "Səhabələrimi qırmanc çətiniylə belə olsa elm öyrənməyə məcbur etməyi sevərəm. "[4] Rəsulu Əkrəm (s. a. a) belə buyurur: "Həyatın iki adamdan başqasına faydası yoxdur: Birincisi, izindən gedilən alim. İkincisi, elm arxasında olan kimsə. "[5] İmam Sadiqdən (ə.s) belə nəql edilər: "İnsanlar üç qisimdir: Elm adamı, elm arxasında qaçanlar və geriyə qalanlar ki çör-çöpə bənzərlər. "[6] Yenə İmam Sadiq (ə.s) buyurur ki: "Loğman oğuluna belə buyurdu: "Oğulum! Gündəlik saatlarından bir qisimini kitab oxumaq və elm öyrənmək üçün ayır; çünki əgər kitab oxumağı tərk etsən məlumatlarını məhv edərsən. "[7] İmam Sadiq (ə.s) belə buyurar: "Hər vəziyyətdə elm öyrənmək fərzdir. "[8] Rəsulullah (s. a. a) buyurur ki: "Elm öyrənmək bütün Müsəlman kişi və qadına fərzdir. "[9] Yenə İmam Sadiq (ə.s) belə buyurur: "Əgər insanlar elmin faydalarını bilsəydilər canlarını təhlükəyə atmaq və ya elm öyrənmək üçün dənizin o tərəfinə səfər etmək məcburiyyətində qalsadılar belə onu ələ gətirmək üçün səy xərcləyərdilər. "[10] Rəsulu Əkrəm (s. a. a) buyurur ki: "Əgər bir gün keçər də o gündə mənim elm və məlumatıma bir şey artmazsa, o gün mənim üçün mübarək bir gün deyil. "[11] ----------------------------------------- [1]- Gurer-ul Hikem, s. 636. [2]- Ğürərul-hikəm, hədis: 8126 [3]- Üsulu Kafi, c. 1, s. 30. [4]- Üsulu Kafi, c. 1, s. 31. [5]- Üsulu Kafi, c. 1, s. 33. [6]- Üsulu Kafi, c. 1, s. 34. [7]- Bihar-ul Envar, c. 1, s. 169. [8]- Bihar-ul Envar, c. 1, s. 172. [9]- Bihar-ul Envar, c. 1, s. 177. [10]- Bihar-ul Envar, c. 1, s. 177. [11]- Mecmanıq Zevaid, c. 1, s. 136. tebyan | |
Views: 878 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |