Cümə günü, 2024-04-26, 10:44 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İnsanlar sevinən zaman onların qəlbləri qəmgindir. Onlar axirəti fikirləşərlər...
2013-11-29, 10:30 PM
İnsanlar sevinən zaman onların qəlbləri qəmgindir. Onlar axirəti fikirləşərlər...


Əgər kiminsə Əhli-beyt (ə) davamçısı olub-olmadığını yoxlamaq istəyirsinizsə, onda onu imtahana çəkin. İmtahan edə biləcəyimiz şeylərdən biri də namazın vaxtına düzgün riayət edib-etməməsidir. Yoxsa ancaq qazanc dalıncadır? (Tebyan)
Dinin nəzərində bütün dəyərlərin əsasını Allaha iman təşkil edir. Hətta başqa dəyərlərin təsir amili də Allaha olan imandan asılıdır. Biz imanımız olduğuna görə qürur hissi keçiririk və bu zaman şeytan bizə vəsvəsə etməyə başlayır ki, əlhəmdulilləh, bizim imanımız vardır, ona görə də bizim üçün heç bir problem yoxdur. Biz kafir deyilik, ona görə də nicat tapa biləcəyik. Bu, o məsələdir ki, Quran onu vurğulamışdır. Bəziləri vardır ki, dəyərə malik olduqlarını iddia edirlər. Ancaq bu iddialarının həqiqəti yoxdur. Bəziləri dünya mənfəətlərinə görə yalandan iddia edirlər. "Münafiqlər sənin yanına gəldikdə deyərlər: «Şəhadət veririk ki, həqiqətən, sən Allahın Rəsulusan». Allah bilir ki, sən Onun Rəsulusan və həm də Allah şəhadət verir ki, həqiqətən, münafiqlər yalançılardır (və öz əqidələrının əksinə olaraq şəhadət verirlər)”. ("Munafiqun” 1).
Biz Əhli-beyt (ə) davamçıları iddia edirik ki, həqiqətən İmam Əlini (ə) sevirik. Görəsən biz həqiqətən Əhli-beyt (ə) davamçılarıyıq? Bu, o məsələlərdəndir ki, şeytan bizi aldadır. Deyir ki, Allah Əhli-beyt (ə) davamçılarını rahat bağışlayır. Ona görə də xəyalımız rahatdır. Bu məsələyə İmam Hüseyn (ə) əzadarlıqlarında da rast gəlirik. Biz yalnız İmam Əlini (ə) qəbul edirik deyə Əhli-beyt (ə) davamçısı oluruqmu?
Hədislərə müraciət edən zaman görürük ki, bu, belə deyildir. Bizlərin bir çoxu şeytanın bu tələlərinə düşürük. İmam Baqir (ə) buyurur: "Biz Əhli-beyt (ə) davamçılarının əlamətləri vardır. Birinci əlamət odur ki, hər kəs onunla qarşılaşan zaman rəngini qaçmış görər”. Sonra buyurur: "Bu insanlar arıq olarlar. Dodaqları quru olar. Qarınları acdır və bellərinə yapışmışdır”.
Ola bilsin ki, bəzi cavanlar bu hədisləri eşidən zaman yatmazlar və yemək yeməzlər ki, rəngləri qaçsın və qarınları bellərinə yapışsın. Bu yolla da onlara Əhli-beyt (ə) davamçısı desinlər. Ancaq bu həqiqi Əhli-beyt (ə) davamçısı olmağın yolu deyildir. Rəng qaçmaq və ya ac olmaq bir hünər deyildir. Həqiqi Əhli-beyt (ə) davamçıları sübh oyanandan sonra yatmırlar və gecələri də gecə namazı qıldıqları üçün daima rəngləri qaçmış olur. Bu insanlar yeməyi az fikirləşirlər. Lazım olan qədər Allah nemətlərindən bəhrələnirlər. Bu məsələ bizdən o qədər uzaq bir mövzudur ki, eşidən zaman təəccüb edirik. Çünki hansına əməl edəcəyimizi bilmirik. Hədisləri oxuyan zaman Əhli-beytin (ə) hansı əməli bəyəndiyinə diqqət etmək lazımdır.
 İmam Əli (ə) buyurur: "Bizim davamçılarımız hava qaralan zaman yatağa tərəf gedərlər ki, istirahət etsinlər və öz proqramlarına əməl edə bilsinlər. Onlar bu fikirdə deyildirlər ki, qu tükündən olan döşəkdə yatsınlar. Onların yorğunluğu gedən zaman alınlarını yerə qoyub səcdəyə gedərlər”.
Allah Təala Öz Peyğəmbərinə (s) də bu cür əmr vermişdi. Demir ki, uzun səcdə et, deyir ki, uzun gecəni səcdə ilə keçirt. Həqiqi Əhli-beyt (ə) davamçıları gecəni gözləyir və hava qaralan zaman xəlvətə çəkilərlər. Onlar Məhbublarının sorağına gedərlər. Həm çoxlu səcdə edər və həm də çoxlu ağlayarlar. Allah ilə dərdləşərlər. Çoxlu göz yaşı tökərlər. İnsanlar sevinən zaman onların qəlbləri qəmgindir. Onlar axirəti fikirləşərlər.
İmam Əli (ə) öz dövründə yaşayan müsəlmanların proqramı haqqında buyurmuşdur: "Əvvəl məğrib vaxtı gəlib, məsciddə məğrib namazı qılardılar. Sonra evə gedib, şam yeyərdilər. Yenidən xiftən namazını camaat halında qılmaq üçün məcsidə gələrdilər və namazı qılıb, evə qayıdardılar və yatardılar”.
O zamanlar elektrik yox idi və hava qaralan kimi insanlar tez yatardılar ki, gecə yarısı qalxıb ibadət etməyə gücləri olsun.
Hədislərin birində oxuyuruq: "İmam Əli (ə) gecə düşən kimi xiftən namazından sonra məsciddən çıxır, ancaq evə getmir. Bir qrup müsəlman onun ardınca gedir və o, dayanıb bu insanlara nəzər salır və buyurur: "Siz kimsiniz?”. Deyirlər: "Biz sizin davamçılarınızıq”. Həzrət (ə) onların qiyafəsinə baxır və buyurur: "Mən sizdə Əhli-beyt (ə) davamçılarının əlamətini görmürəm. Siz Əhli-beyt (ə) davamçılarına bənzəmirsiniz”. Onlar dedilər: "Məgər Əhli-beyt (ə) davamçılarının qiyafəsində nə var ki, bizdə yoxdur? Əlaməti nədir?”. Həzrət (ə) buyurdu: "Rəngləri gecə oyaq qalmağa görə sarı olmuşdur. Allahın qorxusundan və İlahi görüşün şövqündən ağlayarlar və gözləri çuxura düşər. Namaza və ibadətə durmağa görə belləri əyilmişdir. Çoxlu oruc tutmağa görə qarınları bellərinə yapışmışdır. Allahı zikr etməkdən dodaqları quruyar. Onlar özlərini bəzəməzlər. Bu, Əhli-beyt (ə) davamçılarının əlamətidir. Siz belə olmadığınıza görə Əhli-beyt (ə) davamçısı olmağınızı iddia edə bilməzsiniz”.
Bəli, bu hədislərdən görmək olur ki, həqiqi Əhli-beyt (ə) davamçısı olmaq heç də asan bir məsələ deyildir. Bu insanlar nə qarınlarını və nə də paltarlarını düşünürlər. Onların tək düşündüyü şey - Allah və Onun rizasını qazanmaqdır. Bu yolda ac da qalırlar, oyaq da. İbadətdən belləri bükülər. Əməlləri ixlasla yerinə yetirərlər.
Budur həqiqi Əhli-beyt (ə) davamçısı. Allah bizləri də bu tofiqə nail etsin. İnşaallah.
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 649 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]