İMAN NƏ VAXT NİCATVERİCİDİR? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Bazar günü, 2016-12-11, 9:05 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İMAN NƏ VAXT NİCATVERİCİDİR?
2013-11-28, 9:30 AM
İMAN NƏ VAXT NİCATVERİCİDİR?

Maraqlıdır ki, iman necə əldə olunur? Bəziləri belə hesab edirlər ki, iman yalnız inanmaqdan ibarətdir. Guya Allaha inanan insan bütün günahlara batsa belə, behiştə gedəsidir. Bu fikirdə olanlar Mürciə adı ilə məşhurdur. Xəvaric adlanan digər bir qrup isə bu fikirdədir ki, böyük günaha yol verən mömin kafir olur. Əli (ə) məşdur həkəmiyyət məsələsini qəbul etdiyi üçün xəvaric o Həzrəti (ə) və onun tərəfdarlarının qətli barədə hökm çıxarmışdılar.
Amma Əhli-beyt imamlarının nəzərincə bu baxışların heç biri düzgün deyil. Yəni insan nə təkcə qəlbindəki imanla behiştə gedə bilər, nə də bir böyük günaha yol verməklə imandan xaric olar. Bəli, ömrünün son nəfəsinədək imanını qorumuş şəxs qiyamət səhnəsində günahlarının cəzasını aldıqdan sonra şəfaətə nail olarsa behiştə gedə bilər.
İnsan son nəfəsədək imanını qoruya bilsə nicatverici qüvvəyə malik olan iman onu xilas edə bilər. Amma unutmaq olmaz ki, insan hər dəfə günah etdikdə onun imanı zəifləyir və dünyadan imanlı getmək ehtimalı azalır:«Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu»(«Rum» surəsi, ayə 10.). Əhli-beytin nəzərincə, Allah-təala böyük günaha yol vermiş möminə tövbə üçün möhlət verir. Tövbə etməyən mömin bərzəx dünyasında günahı qədər cəzalandırılır, imanını qoruya bilmişsə, qiyamətdə nicat tapır.
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 266 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]