İblis insan cildinə girə bilərmi? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Cümə günü, 2016-12-09, 0:57 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

İblis insan cildinə girə bilərmi?
2013-08-27, 5:22 AM
İblis insan cildinə girə bilərmi?

Bəziləri belə düşünürlər ki, şeytan insan cildinə girə bilməz. Ancaq əksər alimlərin nəzəri belədir ki, şeytan insan cildinə girə bilər. Xüsusilə də hədislərimizdə oxuyuruq ki, İblis başqa varlıqlar kimi insan cildinə də girə bilər. Məsələn, Quranda belə deyilir: "Və (xatırla) o zaman(ı) ki, Şeytan onların gözlərində (batil) əməllərini zinətləndirdi və «bu gün insanlardan sizə qalib gələcək bir kimsə yoxdur və mən sizə pənah verənəm» dedi. Beləliklə, iki dəstə bir-birlərini gördükləri zaman o, dabanları üstə geriyə döndü və dedi: «Mən sizdən uzağam (mənim sizin əməllərinizə heç bir qarışacağım yoxdur), mən sizin görmədiyiniz şeyi (mələklərin nazil olmalarını və kömək etmələrini) görürəm. Həqiqətən, mən Allahdan qorxuram və Allah şiddətli cəza verəndir». ("Ənfal” 48).
 
Bəli, bu ayədən göründüyü kimi şeytan insan cildinə girə bilir. Hədislərin birində oxuyuruq ki, qureyş Bədr meydanına getməyi qərara alan zaman Bəni Kənanə tayfasının hücumundan qorxurdu. Çünki əvvəllər düşmən idilər. Bu zaman İblis Bəni Kənanə qəbiləsinin başçılarından biri olan Səraqə ibni Malikin cildində onların sorağına gəlir. Onları inandırır ki, onlarla bir yerdədir və heç kim onlara qalib gələ bilməz. Ancaq mələklərin nazil olmasını görəndən sonra geri çəkilib, qaçır. Bu hədisdən də görünür ki, şeytan insan cildinə girib, insanları aldada bilər.
 
Əllamə Təbatəbai "Əl-Mizan” təfsirində İslamın əvvəlindəki bəzi hadisələrə işarə edərək, nəql edir ki, İblis bəzi kafirlərin cildinə girir və insanları yolundan azdırırdı. O, kafirlərlə söhbət edir və Peyğəmbərə (s) qarşı çıxmağa təşviq edirdi. Məsələn, Peyğəmbər (s) vəfat edən zaman Məğirə ibni Şöbənin cildinə girib insanları Bəni Haşimə qarşı təhrik edirdi.
 
Şeytanın insan cildinə girməsi o demək deyildir ki, öz həqiqi mahiyyətindən xaric olub, mahiyyətini dəyişir. Bəlkə bu o deməkdir ki, insanın hiss və idrak qüvvəsində müxtəlif şəkillərdə hiss olunur.
 
Allah buyurur: «Ey Adəm övladları, məbada Şeytan ata və ananızı Cənnətdən çıxartdığı - belə ki, ayıb yerlərini özlərinə göstərmək üçün libaslarını əyinlərindən çıxardığı - kimi sizi (də) aldatsın və azdırsın! Şübhəsiz, o və onun qəbiləsi sizi sizin onları görə bilmədiyiniz yerdən görürlər. (O bəşəri gözlə görünməyən mələk və ruh kimi lətif bir yerdir.) Əlbəttə, Biz Şeytanları imanı olmayan kəslərin başçıları etmişik». ("Əraf” 27).
 
Bu ayədən görmək olur ki, heç kəs şeytanı həqiqi sifəti ilə görmür. Ancaq onlar insanı görürlər. Şeytan napak bir insan cildinə girə bilir. Bəzi hədislərdən görmək olur ki, peyğəmbərlər (ə) şeytanı həqiqi siması ilə görürdülər.
 
Şeytan peyğəmblərin (ə), İlahi Övliyaların, İmamların (ə) cildinə girə bilmədiyi kimi, pak Əhli-beyt (ə) davamçılarının cildinə də girə bilmir. Peyğəmbər (s) buyurur: "Şeytan mənim simama girə bilməz, nə vəsilərimdən birinin və nə də Əhli-beyt (ə) davamçılarından birinin simasına girə bilməz”.
 
Şeytan insanı görə bilər, ancaq onun niyyətindən və qəsdindən heç bir zaman xəbərdar ola bilməz. Çünki buna elmi yoxdur. Heç bir yerdə bu cür iddiaya rast gəlinməmişdir. Xüsusilə də əgər bu məsələ qeyb məsələsidirsə. Qeyb elmini Allahdan, pak bəndələrindən (peyğəmbələr və imamlar) başqa heç kim bilmir. Şeytanın belə bir qüdrəti yoxdur ki, bu elmi əldə edə bilsin.
 
Həzrət Peyğəmbər (s) başqa yerdə belə buyurur: "Hər kim məni yuxusunda görər, məni həqiqətdə görmüş deməkdir. Çünki şeytan mənim simamda zahir ola bilmir”.
 
Beləliklə deyə bilərik ki, şeytan ancaq kafirlərin və napak insanların cildinə girə bilər və bu cür başqalarını yolundan azdıra bilər. Ancaq heç bir zaman həqiqi Əhli-beyt (ə) davamçısının simasına girə bilməz.
 
(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 277 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 2
0   Spam
2 GADİR   (2013-08-30 8:57 PM)
ALLAHUMMƏ-SALLİ  ƏLA MUHƏMMƏDİN VƏ ALİ MUHAMMƏD 
ALLAH RAZİ OLSUN
 

0   Spam
1 leyl   (2013-08-27 11:14 AM)
Allah bizi weytanin werinden qorusun amin

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]