Bazar ertəsi, 2024-04-29, 8:55 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Hidayət üçün səmimi qəlblə istəmək lazımdır
2013-04-02, 8:30 AM
Hidayət üçün səmimi qəlblə istəmək lazımdır

Ayətullah Hacı Seyyid Muhəmmədhüseyn Hüseyni Tehrani böyük alim və fəqih idi. O, Əllamə Təbatəbainin şagirdlərindən olmuşdur. O, Əllamənin buyurduqlarını kitab halına salmışdır. Bu kitabda başına gələn iki əhvalatı da bəyan etmişdir.

"Nəcəfdə olan zaman Mərhum Hacı Mirzə Əli Qazinin əxlaq və ürfan dərsini alırdım. Səhər çağı damın üstündə ibadətlə məşğul idim və bir neçə dəqiqə mürgüləmişdim. Müşahidə etdim ki, qarşımda iki nəfər əyləşmişdir. Biri Həzrət İdris (ə) və o birisi isə əziz və dəyərli qardaşım Seyyid Muhəmmədhəsən Təbatəbaidir. Həzrət İdris (ə) mənimlə söhbət etməyə başladı. Ancaq o, danışırdı və sözlər deyirdi, bu sözləri qardaşım mənə çatdırırdı. Buyurdu: "Mənim həyatımda təhlükəli və qorxulu hadisələr baş vermişdir. Adi halda onu həll etmək qeyri-mümkün görünürdü. Ancaq qəfildən mənim üçün həll olardı. Aydın oldu ki, bu düyünləri qeyb aləmində olan bir əl həll etmişdir. Bu mənim təbiət aləmindən təbiətdən üstün dünyaya ilk keçidim idi. Bizim rabitəmiz buradan başladı”. Belə görünür ki, Həzrət bizə kiçik yaşlarından danışırdı.

Həzrətin sözünün mənası bu idi ki, əgər kimsə hidayət məsələsində Allaha təvəssül edərsə, ona yardım edər.

İkinci əhvalat belə idi. Dostlarımdan biri nəql edir: "Maşına oturub, Kərbəlaya gedirdik. Mən İrandan səfər edirdim. Mənim yanımda üzünü qırxmış bir cavan əyləşmişdi. Biz söhbət etdik və qəfildən bu cavan ağlamağa başladı. Bunun səbəbini soruşdum və dedi: "Sizə deməsəm, kimə deyə bilərəm ki? Mən yol mühəndisiyəm. Uşaqlıqdan belə tərbiyə almışam ki, din yoxdur. Allahı və məadı qəbul etmirdim. Ancaq qəlbimdə dindar insanlara qarşı sevgi və məhəbbət var idi. İstər müsəlman olsun, istər xristian və ya yəhudi.

Bir gecə dostlarımın məclisinə getdim. Bir neçə saat bir yerdə rəqs etdik. Bir neçə vaxtdan sonra özümdən xəcalət çəkməyə başladım. Hərəkətlərimdən və rəftarımdan zəhləm gedirdi. Oradan çıxdım və yuxarıdakı otaqlardan birinə girib ağlamağa başladım.

Gecə sona çatdı və dağıldıq. O günün sabahısı qatarın rəisi ilə bir yerdə məni iş üçün göndərdilər. Uzaqdan gördüm ki, nurani bir kişi mənə tərəf gəlir. Mənə salam verib dedi: "Sizinlə işim var! Ona söz verdim ki. sabah onu görməyə gələcəyəm. O, gedəndən sonra bir çoxları mənə dedi ki, o, çox böyük insana bənzəyir, niyə onun salamını laqeyd aldın? Çünki, o, mənə salam verən zaman güman etdik ki, hansısa ehtiyacı vardır. Ona görə mənim yanıma gəlmişdir. Qatarın rəisi mənə elə tapşırıq verdi ki, sabahısı günü həmin yerdə ola bilməyəcəkdim. Mən çox təəssüfləndim ki, bir də onunla görüşə bilməyəcəyəm.

Sabahsı günü özümdə bir süstlük hiss etdim. Yavaş-yavaş hərarətim qalxdı və mənə həkim gətirdilər. Mənə verilən tapşırıq üçün gec qalmışdım. Qatar rəisi yanıma adam göndərdi və o, məni bu halda görüb geri qayıtdı. Həmin adam gedən kimi hərarətim aşağı düşdü. Halım adi halıma qayıtdı. Özümü yaxşı hiss edirdim. Başa düşdüm ki, bu işdə bir sirr var. Ona görə də qalxıb o, seyyidin yanına getdim. Mənə elə şeylər dedi ki, müsəlman oldum və sonra buyurdu: "Sabah da gəl”. Bir neçə gün onun yanına getdim. Onun yanında əyləşən zaman mənə baş verən hadisələrdən danışırdı. Mənim onun dediklərinin heç birindən xəbərim yox idi.

Bir gün məcbur olub dostlarımla qumar oynadım və sabahısı günü onun yanına gedən kimi mənə buyurdu: "Heç həya etmirsənmi ki, bu kəbirə günahı işlədirsən?” Xəcalət göz yaşı üzümdən axmağa başladı. Dedim: "Səhv etmişəm, tövbə edirəm”. Buyurdu: "Tövbə qüslu al və bir daha belə etmə”. Xülasə bu seyyid məni tamamilə dəyişdi. Bu hadisə Zəncanda baş vermişdi və mən Tehrana getmək istəyəndə, mənə bəzi alimlərin adını verdi və buyurdu ki, onlarla görüşüm. Bu səfər də o seyyidin əmri ilə yerinə yetirdiyim səfərdir”.

Nəticədə demək olar ki, əgər insan səmimi qəlblə Allah yoluna qədəm basarsa, bütün varlığı ilə Allahdan hidayət olması üçün yardım istəyərsə, hidayət olacaqdır.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 689 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]