Cümə axşamı, 2024-11-21, 2:42 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Haram tikə insanı Allahdan uzaq salar
2014-01-17, 7:26 AM
Haram tikə insanı Allahdan uzaq salar

 Yemək insanın əxlaqına birbaşa təsir qoyar. Hədislərdə oxuyuruq ki, haram tikə səbəb olar ki, 40 gün namazlar qəbul olmasın. (Tebyan)
Mərhum mühəddis Qumi nəql edir: "Mən Həmədana səfər etmişdim və orada bir nəfərlə rastlaşmışdım və o, bir gün mənə dedi: "Filan yerdə şama qonağam və istəyirəm ki, siz də mənimlə gedəsiniz”. Mən imtina etdim. Kişi dedi: "Əgər siz mənimlə gəlsəniz, abrım daha çox olar”. Biz bir yerdə getdik və şam gətirdilər. Yedik və şamdan sonra evə qayıtdıq. Mən səhər günəşin çıxmağına bir az qalmış yuxudan qalxdım. Halbuki, hər gecə, gecə namazına rahat qalxardım. Tez dəstəmaz alıb, namazımı qıldım və çox fikrə getdim. Gecə yediyim şamdan başqa heç bir şey ağlıma gəlmədi. Səhər yeməyində həmin kişini gördüm və ondan soruşdum: "Gecə evinə şam üçün getdiyimiz adam nə işlə məşğuldur?”. Bir qədər fikirləşib dedi: "Bank işçisidir və günortadan sonra insanlara sələm verir”. Mən çox narahat oldum. Dedim: "Çox təəccüblüdür ki, məni bir sələmçinin evinə aparmısan? Niyə bu işi görmüsən?!”. Alim nəql edir: "Bu yeməyin təsirindən 40 gün gecə namazına rahat qalxa bilmədim”.
Ona görə deyirlər ki, əgər əməlinizin saleh olmasını istəyirsinizsə, yeməyinizi pak edin. Allah Təala Həzrəti Davuda (ə) vəhy edir: "O qədər namaz qılanlar vardır ki, ağlayaraq, uzun rükətlərlə namaz qılarlar, ancaq bunun Mənim yanımda bir fitil qədər dəyəri yoxdur. Çünki nə zaman onun qəlbinə nəzər etsəm, görərəm ki, əgər mömin onunla ticarət etsə, ona xəyanət edər”.
İmam Əli (ə) buyurur: "Ey Kumeyl! Bax gör nəyin üstündə namaz qılırsan və nəyin üstündə namaza durmusan. Əgər namazın üçün istifadə etdiyin şey halal və mübah olmasa, namazın qəbul olmaz”.
Beləliklə, Allah bizləri haram tikədən və haram maldan uzaq etsin. Yediyimiz qidaların pak olmasına və halal olmasına çalışaq və hər cür haram maldan uzaq olmağa çalışaq. Çünki haram mal qəlbimizi qəsavətli edər, ibadətlərimizin feyzini aradan aparar.
 
/Deyerler.org/



Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 995 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]