Cümə axşamı, 2024-05-02, 2:39 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həzrət Peyğəmbərin (s) insan tərbiyəsi metodologiyası
2013-04-09, 5:23 AM
Həzrət Peyğəmbərin (s) insan tərbiyəsi metodologiyası

Həzrət Peyğəmbər (s) - bəşərin böyük müəllimidir. O, müsəlmanların tərbiyəsində xüsusi metodlardan istifadə edirdi. Peyğəmbərin (s) əməli tərbiyəsi müsəlmanlara daha çox təsir qoyurdu.

Tərbiyədə mühüm olan şey odur ki, insan öz səhvlərini özü görə bilsin. Onları islah etməyi qərara alsın. Başqa sözlə desək, daxili bir müəllimi olsun və daxildən ona əmrlər versin. Peyğəmbərimiz (s) müsəlmanları Qiyamət çatmadan əməllərini mühasibə etməyə dəvət edərdi. Tərbiyənin başqa yollarından biri isə nəfsini kontrol etmək və daxildə dəyişlik yaratmaqdır.

Həzrət Peyğəmbər (s) müsəlmanlara öz meyl və istəklərinə qalib gəlmək üçün bir çox praktik yollar öyrədərdi. Onlara əsəbi dəstəmazla kontrol etməyi öyrədirdi. Əsəb insanda elə bir enerji yaradır ki, əgər düzgün kontrol edilməzsə, ardınca peşmançılıq gətirər. Bunun nəticəsində insan nalayiq rəftar nümayiş etdirər. Həzrət (s) buyurur: "Nə zaman sizlərdən biriniz qəzəblənər, əgər ayaq üstədirsə, əyləşsin. Əgər qəzəbi yatmırsa, yerə yatsın”. Başqa yerdə oxuyuruq: "Nə zaman sizlərdən biriniz əsəbləşər, dəstəmaz alsın”.

Başqa bir nəfsani sifət - şəhvətdir və Peyğəmbərimiz (s) bunun üçün evliliyi məsləhət görür. Əgər evlənmək üçün imkanı yoxdursa, oruc tutsun. Oruc insanı haramdan çəkindirər. Bundan başqa, az yemək də tövsiyə edilir.

Həzrət Peyğəmbər (s) müsəlmanlara yaxşı işlər görməyi tövsiyə edərdi. Çünki əgər insan yaxşı işi çox görərsə, onun üçün bir mələkəyə çevrilər və bu işi görmək onun üçün asan olar. Ona görədir ki, gün ərzində beş dəfə namaz qılırıq.

Bəzən də Peyğəmbərimiz (s) şəkil və təsvirlərlə müsəlmanları tərbiyə edərdi. Nəql edilir ki, Həzrət (s) düz xətt çəkər və sonra kvadrat çəkərdi. Sonra onun xaricindən uzun xətlər və daxilindən kiçik xətlər çəkərdi. Sonra tərəfdaşlarına buyurardı: "Bilisinizmi ki, bu xətlərin hər biri nə deməkdir?” Səhabələri deyirlər: "Yox”. Həzrət buyurardı: "Bu orta xətt insandır və onun ətrafında olan qısa xətlər onu nişan alan hadisələrdir. Əgər onlardan biri ona dəyməzsə, o birisi dəyəcəkdir. Bu kvadrat ölümdür. İnsanı əhatə etmişdir. Ondan çıxan uzun xətlər isə insanın uzun arzularıdır.”

Həmçinin nəql edilir ki, Peyğəmbərimiz (s) "Ənam” surəsinin 153-cü ayəsini tərəfdaşlarına izah etmək istəyən zaman, əvvəl sağ əli ilə düz xətt çəkir. Sonra buyurur: "Bu düz xətt Allahın yoludur”. Sonra o xətlərdən sağ və sol tərəfə xətlər çəkir. Buyurur: "Bu yolların hər birinin başında şeytan tələ qurmuşdur. İnsanları ona tərəf çağırır”. Və sonra ayəni tilavət edir: «Və (tövsiyə etdi ki,) bu (əmrlər) - Mənim doğru yolumdur. Buna görə də ona tabe olun və başqa yollara tabe olmayın ki, sizi Onun yolundan (sapdıraraq) pərakəndə edər. Bəlkə təqvalı olasınız deyə, Allahın sizə tövsiyə etdiyi bunlardır».

Həzrət Peyğəmbərin (s) tərbiyə metodu həm sadə və həm də əməli idi. Müsəlmanları daxildən dəyişir və Allaha tərəf yönləndirirdi. Axirət sevgisini onlarda şölələndirirdi.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 723 | Downloads: 0 | Rating: 5.0/1
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]