Həzrət Peyğəmbər (s) öz dostları üçün niyə çoxlu sərvət istəmirdi? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-03, 2:39 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Həzrət Peyğəmbər (s) öz dostları üçün niyə çoxlu sərvət istəmirdi?
2015-01-10, 0:01 AM

Həzrət Peyğəmbər (s) öz dostları üçün niyə çoxlu sərvət istəmirdi?

 Hər bir insan bu həyatda başqa birini özünə nümunə götürər. Adətən şəxsiyyəti güclü olan insanlar elə şəxsləri özlərinə nümunə və örnək götürürlər ki, hər bir kəsdən daha üstündürlər. Bəziləri sənətçiləri, bəziləri idmançıları özlərinə örnək qərar verirlər. Bəziləri isə din rəhbərlərini özlərinə örnək seçirlər. (Tebyan)

Əgər münasib nümunə seçə bilibsə, o zaman onun geynməyindən tutmuş mübarizəsinə və təbliğatına qədər hər bir işindən nümunə götürərlər.
İslam Peyğəmbəri (s) bütün bəşər üçün ən ali nümunədir. Qurani-Kərim də Həzrət Peyğəmbəri (s) bizim üçün ən üstün örnək qərar vermişdir. “Şübhəsiz, Allaha və axirət gününə (qəlbdə və əməldə) ümid bəsləyən və Allahı çox zikr edənlər üçün Allah Rəsulunun rəftarında həyat örnəyi və nümunəsi vardır”. (“Əhzab” 21).
İslam Peyğəmbərinin (s) həyatı o qədər sadə idi ki, o dövrün orta həddə yaşayan insanlarının səviyyəsinə çatırdı. Həzrət (s) o dövrün aşağı təbəqəsinin az gəlirini nəzərə alaraq, özü də buğda çörəyi yeməkdən imtina edərdi. Həyatın sadə yaşayışı hər bir sahədə özünü büruzə verərdi. Paltarın növündən tutmuş, yerə saldığı xalçaya qədər. Bəzən Həzrət (s) həsirin üzərində yatardı. Hər nə halaldan əldə edirdi, onu da qənaətlənib geyinərdi.
Həzrət Peyğəmbər (s) Əbuzərə belə buyurardı: “Ey Əbuzər! Mən kobud paltar geyinirəm. Torpağın üzərində əyləşirəm. Yalın dördayaqlıya minirəm. Bunlar mənim sünnətlərimdir. Hər kim mənim sünnətimdən üz döndərər, məndən deyildir”.
Həzrət Peyğəmbərdən (s) nəql olunur ki, buyurub: “Geyinin, yeyin və için, ancaq mötədil halda. Mötədil olmaq – nübuvvətin xüsusiyyətlərindəndir”.
Əbuzər deyir: “Soruşdum: “Ya Rəsulallah! Allahı yada salanlar və təvazökarcasına Allahdan qorxanlar başqalarından daha tez behiştə gedərlər?”. Buyurdu: “Xeyr, ancaq ehtiyacı olan müsəlman behiştə daxil olmaq üçün başqlarını qabaqlayarlar. Behişt gözətçiləri onlara deyər: “Səbir edin o zamana qədər ki, sizin hesabınız çəkilər”. Deyərlər: “Nəyin hesabı? Allaha and olsun ki, biz nə bir şeyin malikiyik ki, zülm edək və nə də bir şey bizə tapşırılmışdır ki, çətinlik yaradaq və ya işləri asanlaşdıraq. Amma biz Allahımıza ibadət etmişik, o zamana qədər ki, bizi çağırdı. Biz də onu qəbul etdik”.
Ey Əbuzər! Dünya ürək və bədənləri məşğul edər. Allah da bizim ixtiyarımıza qoyan halaldan sorgu-sual edəcəkdir. O ki, qaldı haramlara...
Ey Əbuzər! Mən Allahdan istəmişəm ki, məni sevənlərimin ruzisini kifayət qədər qərar versin. Düşmənlərimin sərvət və övladlarını çoxaltsın. Bəli, dünya ki, insanın ehtiyacını aradan aparar, uçmaq üçün qanaddır. Çoxlu sərvət və övlad və uçmaq üçün qanad insanı özünə məşğul edər. Bağlantıları artırar, insanı axirətlə məşğul olmaqdan saxlayar. O kəs ki, hədəfi axirət olar – sərvətin və övladın azlığı münasibdir. Çünki maneələri azaldar və aid olmaq vasitələri az olar”.
Çoxlu sərvət insana həm bu dünyada və həm də axirətdə çətinliklər yaradar. Bu cür insanların hesabı dəqiq və uzun olar. Bizim üçün örnək olan Peyğəmbərin (s) həyatından ibrət götürək və onun kimi sadə yaşamağa çalışaq. Xoş olsun yükü yüngül olanların halına! Uçuşları rahat və yolları dərdi-sərsizdir.
/Deyerler.org/

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 973 | Downloads: 0 | Comments: 1 | Rating: 2.6/5
Total comments: 1
0   Spam
1 inci63   (2015-02-28 9:33 AM)
Cox gözel əllərinizə saqlıq.

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]