Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Həyatın üç qıfılının şah açarı
2013-02-27, 12:59 PM | |
Əgər biz Allahdan bizə ən gözəl nemət verməsini istəyiriksə, əgər ən yaxşı həyat yoldaşı istəyiriksə, əgər ən yaxşı ev istəyiriksə, əgər ən yaxşı maşın istəyiriksə, əgər ən yaxşı sənət sahibi olmaq istəyiriksə, ona görədir ki, insan fitrətən istəklə dünyaya gəlmişdir. Allah bizləri bu cür xəlq etmişdir. Əgər biz Allahdan nəyisə istəyiriksə, onu bilməliyik ki, Allahın da bizdən gözləntiləri vardır. Allah buyurur: "Hər bir insan öz əməlinin girovudur (əgər yaxşı əməl gətirsə azad ediləcək, əks təqdirdə isə girovluqda qalacaqdır)”. ("Tur” 21). "Onlar çox yaxşı əməllərini qəbul etdiyimiz və verilmiş doğru vədə əsasən Cənnət əhli zümrəsində günahlarından keçdiyimiz kəslərdir”. ("Əhqaf” 16). Dəfələrlə Quranda bu əməli insandan istədiyini vurğulayır. Allah buyurur ki, Mən Əhsənul-Xaliqinəm, Rəhman və Rəhiməm və səndən ən az istədiyim şey - yaxşı namaz qılmağındır. Əgər bir bəndə Allaha hədiyyə vermək istəyirsə, əməllərini ən gözəl şəkildə yerinə yetirsin. Bu zaman axirət azuqəsi də çox olar. Qıldığımız bu namaz özümüz üçündür, yoxsa Allah üçündür? Bir nəfərdən soruşurlar: "Qıldığın bu namaz özün üçündür, yoxsa Allah üçündür?” Deyir: "Allah üçündür”. Deyirlər: "Allaha lazım deyildir qılma”. Onda deyir: "Özüm üçündür”. Dedilər: Kimsə özündən oğurluq edər? Niyə namazından oğurlayırsan? Bu, insafsızlıqdır. Ən çətin əməl insafdır. Ən azı Allaha görə insafa riayət et. Bəs niyə yemək yeyən zaman belə olmuruq? Süfrə bir qədər səliqəsiz olan kimi hay-küy salırıq. Bəzən namazda özümüzü itirmiş oluruq, yəni fikrimiz orada-burada olur. Ruhumuz qidalanmaq yerinə iştahasız halda durub gözləyir. Allah buyurur ki, yerdə əkdiklərimizdən cismini saxlamaq üçün ye, eyni zamanda buyurur ki, ruhuna da gərək qida verəsən. Biz cismimizdə iştahasızlıq hiss edən zaman həkimə müraciət edirik. Ona görə dərman içirik. Heç bir dəfə də olsun özümüzə etiraf edə bilirik ki, bir aydır ki, namazdan ləzzət almıram. Allah Peyğəmbərinə (s) buyurur: "Əvvəl Mənim nemətlərimi onlar üçün say. Mən dünyaya gəlməmişdən qabaq mənim anamı Kim hazırlamışdır? Kim anamıza bizim üçün süd vermişdir? Kim atamı bizim üçün mehriban etmişdir? Kim bu qədər neməti mənim üçün hazırlamışdır? Sonra deyirsən: Bu məktəbə gəl”. Ayətullah Behcətdən namazı əvvəli vaxtda qılmağın fəziləti haqqında soruşurlar və deyirlər: "Hər kim namazı əvvəli vaxtda qılar, məqama çatar. Şeyx Qazi bu sözləri deyən zaman qəlb hüzurunu nəzərdə tutur, yoxsa yox?” Alim buyurur: "Yox! Əgər məqsədi qəlb hüzuru ilə olan namaz olsaydı, o zaman sual verərdilər ki, bu namazı necə qılmaq lazımdır? İnsan o zaman bir şey əldə edir ki, namazı tam olsun. Namazın tam halını əvvəl vaxtda qılaraq əldə etmək olar. Günü-gündən yuxarı qalxar”. Şah açarın hekayəsi Bir cavan Şeyx Həsənəli Noxudəki İsfəhaninin yanına gəlir və deyir: "Mənim həyatımda üç qıfıl vardır. Sizdən onu açmaq üçün üç açar istəyirəm. Birinci qıfıl budur ki, istəyirəm ki, sağlam bir evliliyim olsun. İkinci qıfıl budur ki, istəyirəm ki, işim bərəkətli olsun. Üçüncü qıfıl budur ki, istəyirəm ki, aqibətim xeyirli olsun”. Alim buyurur: "Birinci qıfıl üçün namazını əvvəl vaxtda qıl, ikinci qıfl üçün namazını əvvəl vaxtda qıl, üçüncü qıfıl üçün namazını əvvəl vaxtda qıl”. Cavan deyir: "Üç qıfılı bir açarla?”. Şeyx Noxudəki buyurur: "Namazı əvvəl vaxtda qılmaq açarların şahıdır!” (Tebyan/ Deyerler.org) | |
Views: 781 | Downloads: 0 | Rating: 0.0/0 |
Total comments: 0 | |