Günahkardan necə ibrət almaq? - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Bazar ertəsi, 2016-12-05, 3:32 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Günahkardan necə ibrət almaq?
2013-09-14, 5:34 AM
Günahkardan necə ibrət almaq?

İmam Əli (ə) buyurur: "O kəslər ki, günahdan uzaq olublar, Allah da onları çirkinliklərdən amanda saxlayıbdır. Yaxşı olar ki, günahkarlara rəhm etsinlər.”
Bu xütbədə İmamın (ə) işarə etdiyi insanlar - ismət əhlidirlər. Onlar o kəslərdir ki, özlərini günahdan saxlayarlar. Bu, o kəslərdir ki, Allah onlara yardım edər ki, əmmarə nəfslərinə qalib gəlsinlər. Onu öz aqil qüvvələrinin əsiri etsinlər. Nəticədə günahı tərk etmək mələkəsi əldə edərlər. Bunlar o kəslərdir ki, Allah bidətlərdən sağlam qalmaq nemətini onlara bağışlayar və onları məhv dərəsinə düşməkdən amanda saxlayar.
İmam Əli (ə) ismət əhlinə iki tövsiyə edir. Birinci tövsiyəsi bu idi ki, insanları vəzifələrinə agah etsinlər. Onlara təzəkkür verir ki, günah əhlinə rəhmli olsunlar. Bu mərhəmət o zaman meydana gələr ki, günahkarların halından ibrət alarlar. Təbiidir ki, Allahın layiqli bəndələri, kiminsə günah dərəsinə yuvarlandığını görəndə onların əlindən tutar və onları xilas etməyə çalışarlar.
 
İkinci tövsiyə.
İmam (ə) ikinci tövsiyəsində buyurur ki, Allahın nemətlərinə şükür etmək onlara elə qalib gələr ki, onları çirkinliklərdən və inhirafdan saxlayar. Bu, o zaman baş verər ki, onlar günahkarların halından ibrət alarlar. Allahın onları bağışladığı və şeytanın tələsindən qoruduğu üçün Ona şükür edərlər.
İmam (ə) xütbələrinin bir çoxunda insanları qeybətdən uzaq olmağa dəvət edir. İmam (ə) buyurur: "Qeybət edən necə (din) qardaşının qeybətini edib, onu bulaşdığı günaha görə məzəmmət edə bilər?”.
İmamın (ə) bu kəlamı o kəslərə aiddir ki, ismət mərtəbəsindən aşağıda yerləşirlər. Az və ya çox günah işlədirlər. İmam (ə) sonra buyurur: "Yada salmırsınız o zamanı ki, Allah günahlarını örtdü. Bu günah, qardaşının günahını qeybət vasitəsilə ifşa etdiyi günahdan da böyük idi. Necə onu günahda məzəmmət edə bilər ki, özü onun kimisini etmişdir. Əgər eyni onun kimisini etməyibdirsə də, Allahın başqa günahını etmişdir. Bu günah - qardaşının günahından böyükdür”.
İmam (ə) bu nurani kəlamı ilə bizə qeybətin fəlsəfəsini açmaq istəyir və buyurur ki, insan necə başqasının günahını ifşa edə bilər. Halbuki, özü də bu günahın eynisini yerinə yetirmiş olar. Bu zaman özünün işlətdiyi günah, qardaşının günahından çox böyük olar. Çünki başqasının eybini tutmuş və abırını aparmış olar.
İmam (ə) davamında buyurur: "Allaha and olsun! Əgər böyük günah işlətməsə də, üsyanı kiçik olsa da, onun insanların eybini deməsinə cürəti və axmaqlığı - ən böyük günahlardandır”.
İmam (ə) buyurur ki, insan başqasının qeybətində iştirak etməsə də, başqasının eybini faş etməyə cürət etməsinin özü də böyük günahdır. Yəni, bu günahı etmir, ancaq ona cürət edir. Bunun özü də böyük günahdır. Başqasının eybini deməyə cürət etməyin özü də böyük günahdır. İnsan qeybət etsə, cəmiyyətdə çox böyük fəsad yaratmış olar və vəhdəti aradan aparar. Ona cürət etmək də bu fəsadlardandır. Ancaq qeybət kimi böyük deyildir. "Ey iman gətirənlər! Gümanlardan çox çəkinin. Çünki (həqiqətə zidd) gümanların bəzisi(nin arxasınca getmək) günahdır və (həmin bəzilərin hansı gümanlar olması məlum olmadığı üçün onların hamısından çəkinmək lazımdır”. ("Hucurat” 12).
Həzrət Peyğəmbər (s) buyurur: "Qeybətdən çəkinin, şübhəsiz ki, qeybət zinadan daha pisdir. O kişi ki, zina edər, sonra həqiqi tövbə edərsə, Allah günahından keçər. Ancaq qeybət edəni bağışlamaz. O zamana qədər ki, qeybət etdiyi şəxs onu bağışlayar”.
Həzrət (s) başqa yerdə buyurur: "Meraca aparıldığım gecə gözüm elə insanlara dəydi ki, dırnaqları ilə üzlərini cırırdılar. Cəbrayildən (ə) onlara görə sual verdim və buyurdu: "Bunlar o kəslərdir ki, insanların qeybətini ediblər””.
Bərə ibni Azəb Peyğəmbərdən (s) nəql edir ki, buyurur: "Müsəlmanın qeybətini etməyin. Eyb pərdələrini cırmayın. Çünki o kəs ki, qardaşının eybini axtarmaq ardınca olar, Allah da onun eybinin ardınca olar. O kəs ki, Allah onun eybinin ardınca olar, onu rüsvay edər. Baxmayaraq ki, evinin içində sürünmüş olsa belə”.
Beləliklə, deyə bilərik ki, saleh o kəsdir ki, günahkarın halından və əməlindən ibrət alsın. Hətta günahı işlətməyə belə cürət etməsin.
 
(Tebyan/Deyerler.org)

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 249 | Downloads: 0 | Rating: 1.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]