Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Günah insana 3 böyük ziyan vurar
2013-09-14, 5:37 AM | |
İmam Səccad (ə) buyurur: "Günah üç ağır xəsarət gətirər. Birinci ziyanı zillət libasını geyinməkdir”. Günah insanı Allah dərgahında xar və zəlil edər. Əgər bu alçaqlıq libası insanın əynində qalarsa, Qiyamət günü nicat yolu tapa bilməz. Bu zillət libasını xalis tövbə ilə çıxartmaq olar. "Kimin ölçülmüş əməlləri yüngül və dəyərsiz olsa, onlardır Bizim ayələrimizə zülm etdiklərinə (onları qəbul etmədiklərinə və ya onlara əməl etmədiklərinə) görə öz vücud sərmayələrini ziyana uğratmış kəslər!” ("Əraf” 9). Bu insanlar Qiyamət günü görəcəklər ki, həyatları məhv olmuşdur və əməl tərəzisində ağır gələcək heç bir əməlləri qalmamışdır. Günah bu əməlləri elə aradan aparıb məhv etmişdir ki, sanki heç olmamışdır. Bu günahlar onun abırını aparar və başqalarının gözündə alçalmış olarlar. Davamında İmam (ə) buyurur: "İkinci ziyan - İlahi qürbdən uzaq olmaqdır”. Günah insanı get-gedə Allahdan uzaqlaşdırar. İnsan Allahdan o qədər uzaqlaşar ki, ibadətlərini tərk edər. "Sonra isə çirkin işlər görənlərin aqibəti Allahın ayələrini təkzib etmək və onlara istehza etmək oldu.” ("Rum” 10). Günahın zamanı uzun olarsa, ölümünə qədər davam edərsə, bütün mənəvi gücünü ondan alar. "Onlar həmin qafillərdirlər.” ("Əraf” 179). Bu insanlar bir daha ibadət meydanına qədəm basa bilməzlər. Bu günahlar insanı silahsız edər. Sonra İmam (ə) buyurur: "Üçüncü ziyan - qəlbin ölməsidir”. Günahın insana vurduğu ən ağır ziyan - qəlbin ölməsidir. İmam Səccad (ə) bu sözləri deyən zaman ağlayır və buyurur ki, günah qəlbi öldürər. Qəlb ölən zaman insan canlı ölü kimi olar. Ölü qəlbdə bir daha Allah nuru cilvələnməz və nur saçmaz. Bu məkan nə rəhmaniyyət yeridir və nə də hikmət. Nə lütf və nə də mehr. İmam Əli (ə) bu haqda buyurur: "Qiyafəsi insan qiyafəsidir, ancaq qəlbi heyvan qəlbi”. İnsan günah xəstəliyindən ancaq tövbə edərək xilas ola bilər. İnsan tövbə edərək əldən verdiyi nemətlərə qovuşar. Yəni ölünü dirildər. (Tebyan/ Deyerler.org) | |
Views: 736 | Downloads: 0 | Rating: 5.0/1 |
Total comments: 0 | |