Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır |
Fəqirlik
2012-10-20, 5:57 PM | |
Fəqirlik Ey fəqir, fəqr olduğuna görə qəm etmə! Fəqirlik möminin zinətidir və at yüyəninin zinətindən yaxşıdır. bütün insanlar Cənnət arzusunda olduğu ki, Cənnətdə fəqirləri arzulayır.("Biharul-Ənvar" c.72, səh.48) Fəqir qəbin asudə olması ilə kifayətlənir. Belə ki, Rəsulullah (s) buyurub: "Fəqirlik mənin fəxrimdir" ("Camiul-əxbar" Səzəvari, səh.302) "Ey Rəbbim, məni miskin yaşat, miskin öldür və miskinlər sırasında həşr et" ("Mişkatul-ənvar" Təbərsi, səh.133) Rəvayətdə deyilir: "Ailəsinin ruzisi üçün çalışan kəs Allah yolunda cihad edən şəxs kimidir. Dünyadan halal ruzi tələb edən şəxs şəhidlər dərəcəsindədir" ("Muhəccətul-beyza" c.3, "Camius-səadət", c.2, səh.19, "Əxlaq" səh.211) İmam Sadiqdən (ə) nəql edilən rəvayətdə buyurulur: "Qardaş qardaşı üzülrü hesab etdiyi kimi, Allah da bu dünyada daim ehtiyac içində olan mömini üzürlü hesab edər. Allah möminə buyurar: "Ey mömin bəndəm, səni bu dünyada məhrum etməyimin səbəbini görmək istəyirsəndə, gözündəki pərdəni qaldır və əvəzinə tamaşa et!" Mömin gözündəki pərdəni qaldırar və deyər:" Mənə zərər verəni mənə qadağan etdin, əvəzində isə gözəl bir nemət verdin" ("Biharul-ənvar" c.72, səh.25) İmam Əmirəl-möminin Əlidən (ə) nəql edilən rəvayətdə buyurulur: "Şahlar dünyadan, fəqirlər isə axirətdən razı qalarlar" ("Ğurarul-hikəm" 366-8243-cü hədislər, "camius-səadət" c.2, səh.83) | |
Views: 762 | Downloads: 0 | Comments: 1 | Rating: 0.0/0 |
Total comments: 1 | ||||||
|