Çərşənbə axşamı, 2024-04-30, 6:15 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

“Dünyanın iki siması vardır: bir gün süd yemək günüdür və bir gün də süddən ayrılmaq günüdür”
2013-03-15, 10:53 AM
"Dünyanın iki siması vardır: bir gün süd yemək günüdür və bir gün də süddən ayrılmaq günüdür”

 Ayətullah Amuli dünya haqqındakı nəzərlərini belə bəyan edir: "İmam Əli (ə) tarixin ən böyük şəxsiyyətlərindədir ki, heç bir zaman dünya gözəlliklərinə cəzb olunmamışdır. Dünyaya üç dəfə təlaq vermişdir. Dünya haqqında belə buyurmuşdur: "Həqiqətən Sübhan Allah dünyanı xəlq etmiş və insanları orada imtahana çəkir ki, kimin daha yaxşı əxlaqa malik olması məlum olsun. Biz dünya üçün xəql edilməmişik. Orada çalışmaq üçün vəzifələndirilməmişik”.


Bir din aliminin ən üstün xüsusiyyəti dünyaya etinasız olmasıdır. Ona görə idi ki, Seyyidi-Şühəda (ə) heç bir zaman zalım və fasid hakimə təslim olmadı. Hətta əgər canı bahasına başa gəlsə belə. Çünki o, dünyanı yaxşı tanıyırdı.

İmam Əli (ə) başqa bir kəlamında buyurur: "Dünya o kəsindir ki, onu tərk edər. Axirət o kəsindir ki, onu axtarar”.

Həzrət Peyğəmbər (s) buyurur: "Dünyanın bir silsilə gözəllikləri vardır ki, əgər kimsə bu gözəlliklərə ürək bağlasa, gərək onun qarşısındakı acıya da səbir etsin”.

Nəhayət hər birimizin bir cavanlıq dövrü vardır. Hər birimizi də qarşıda qocalıq gözləyir. Bu qocalıq, cavanlıq dövrünün qənimətlərinin zərəridir. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur: "Dünyanın iki siması vardır: bir gün süd yemək günüdür və bir gün də süddən ayrılmaq günüdür”.

Bu uşaq ki, dünyaya gəlir uşağın yediyi ən ləzzətli yemək - ana südüdür. O, paltardan ləzzət almaz, gözəl musiqidən ləzzət almaz. Güldən, reyhanda və maraqlı mənzərədən ləzzət almaz. Bir körpənin bu dünyaya gələn zaman ən çox ləzzət aldığı şey ana südüdür. O zaman ki, süd yemək dövrü keçər, süddən arılmaq dövrünə çatar. Bu hal uşaq üçün çox çətin bir hal olar.

Bir gün insan cavan olur, məqama və vəzifəyə malik olur, bu zaman insan çox sevinər. Bir gün isə insanı bu ləzzətli süddən ayırırlar, insanı işdən çıxardırlar, ya qocalır, əldən düşür, bu hal çətin haldır.

İndiki dünyada bu iki hal mövcuddur, birinci halda insan sevinir və xoşhal olur. Bu zaman təqvaya əməl etməlidir ki, süddən ayrılan zaman axirət üçün azuqə toplamış olsun. Əgər məqsədini və bu məqsədlə nə edəcəyini bilsə, ondan nə istədiklərini bilsə, Allah eləməmiş süddən ayrılmaq vaxtı tez çatsa, o, nigaran olmasın”.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 689 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]