Dünya məhəbbəti - hər bir səhvin başıdır - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Bazar ertəsi, 2016-12-05, 3:31 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Dünya məhəbbəti - hər bir səhvin başıdır
2013-11-13, 6:39 AM
Dünya məhəbbəti - hər bir səhvin başıdır

  Bağışlayan və Mehriban Allah bizə çox yaxındır. Ancaq biz Ondan uzağıq. Onu səhralarda, dağlarda və ya səmalarda axtarmaq lazım deyildir. O, insanın olduğun hər yerdə vardır. O, Qaim, Qəyyum və Heyydir. Eşidir və görür.  Allah buyurur: "Mənim bəndələrim səndən Mənim barəmdə soruşanda (de ki,) Mən həqiqətən, (hamıya) yaxınam”. ("Bəqərə” 186).
Biz Allahla özümüzün arasında yaratdığımız maneələrə görə Ondan uzaqlaşmışıq. Günəş hər gün şərq və qərbə nur saçar. Ancaq pəncərəsi olan otağın əgər pərdəsi vardırsa, günəş nuru içəriyə nüfuz edə bilməyəcəkdir. Otağın daxilində olanları bu nurdan məhrum edər. Bizim də Allahla rabitəmiz bu cürdür. Bizi dünyanın pərdələri əhatə etdiyi üçün, Allah rəhməti bizə çatmır və biz Ondan uzaq düşürük. Həzrət Peyğəmbər (s) buyurur: "Dünyanın məhəbbəti - hər bir səhvin başıdır”. Ondan da betəri təkəbbürdür. Bu zindandan çıxmayınca insan heç bir zaman həqiqətə çata bilməz. (Tebyan)
Həzrət Peyğəmbər (s) buyurur: "Möminin qəlbi Rəhman Allahın iki barmağının arasında qərar tutur”.
İmam Əli (ə) buyurur: "Heç bir şeyi Allahdan əvvəl, sonra və bir yerdə olmadan müşahidə etmədim”. Bu düzdür ki, insan gözü maddiyyatdan və zahirdən başqa bir şey görməz. Ancaq Həzrət Əli (ə) bəsirətini cilalamışdı ki, bu zahiri təmtəraqlardan Allaha çata bilsin. İmam (ə) Allahın bəsirət vasitəsilə görünə bildiyini vurgulayır və buyurur: "Onu gözlə aşkar dərk etmək olmur. Ancaq qəlblər iman həqiqətləri vasitəsilə Onu dərk edər”.
 Ona görə də Allaha yaxınlaşmaq, Onu sevmək və Onun da bizi sevməsi üçün və Onun riza məqamına nail olmaq üçün daxilimizdəki bütün bütləri sındırmalıyıq və ən başlıca büt isə təkəbbürdür. Biz hamımız Həzrət Adəmin (ə) nəslindənik. Adəm (ə) də torpaqdan xəlq edilmişdir. Torpağın hissələrinin biri o birisindən üstün olmadığı kimi, heç bir insan da o birisindən üstün deyildir. Ancaq təqvaya sahib olanlar üstün ola bilərlər. Allah buyurur: "Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz sizin ən pəhizkarınızdır. Həqiqətən Allah çox bilən və xəbərdardır”. ("Hucurat” 13).
Elə buna görə də heç kim öz nəsli və əcdadı ilə fəxr etməməlidir. Çünki saleh əməl sahibi olmayan heç bir nəsil bizə kömək edə bilməz. Misal üçün Nuhun oğlu ilə qohumluq rabitəsi onu xilas etmədi. Çünki o, Allahın bizə buyurduğu kimi imana malik deyildi.
Həcc mərasimində də birinin başqasından üstün olması fərqi aradan gedir. Belə ki, insanın paltarı onun maddi vəziyyətindən xəbər verir. Ancaq həcc mərasimində hamı eyni ehramı bağlayırlar. Bu zaman heç kim başqasından paltar baxımından üstün olmur. Ona görə də insan həcc mövsümündə xüsusi ruhanilik əldə edir. Burada hacının qəlbi və canı İlahi iman və mərifətlə alovlanır. Onların dilində eşidilən hər dua onun dərin düşüncələrindən xəbər verir. Bu hal bizim gündəlik həyatımızda hiss etdiklərimizdən çox fərqlənir. Ona görə gəlin özümüzü həbs etdiyimiz bu zindandan qurtaraq ki, həqiqət günəşi bizə də nur saçsın. Elə bu zaman İlahi qurba yaxınlaşmış olarıq. Bizi əhatə edən dünya pərdələrindən xilas olaq
 
/Deyerler.org/
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 232 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]