Bazar ertəsi, 2024-11-25, 3:00 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Dünya həyatının 5 xüsusiyyəti
2013-08-09, 7:59 AM
Dünya həyatının 5 xüsusiyyəti

Dünya nemətləri də yağış kimi öz vaxtında yağar və bitkilərin cücərməsinə səbəb olar. Əkinçilər də bu nemətə görə sevinərlər. Bu bitkilər elə böyüyərlər ki, son hədlərinə çatarlar. Sonra isə get-gedə rəngləri saralar. Sonra bitkilər quruyar və sınarlar.
Dünya həyatının öz xüsusiyətləri vardır ki, insanı özünə məşğul edir. "Bilin ki, bu dünya həyatı yalnız oyun, əyləncə, bəzənmək, bir-birinizə öyünmək və mal-dövlət və övladda bir-birinizi üstələmək(dən ibarət)dir. Necə ki, yağışın (yetişdirdiyi yamyaşıl) bitkiləri əkinçiləri heyrətə salar, sonra solar və onu saralmış görərsən və daha sonra quruyub sınar. Axirətdə (Allaha qarşı üsyankarlıq edənlər üçün) ağır əzab və (itaətkarlar üçün) Allahın bağışlaması və razılığı vardır. Dünya həyatı aldadıcı maldan başqa bir şey deyildir”. ("Hədid” 20).
 
Şeyx Bəhayidən nəql edilir ki, deyib: "”Hədid” surəsində bəyan edilən bu beş xüsusiyyət insan ömrünü bəyan edir. Uşaq olan zaman oyunlara qarşı həris olar. Həddi-büluğa çatan zaman isə sümükləri bərkiyər. Məşğuliyyətlərə əlaqə göstərər. O zaman ki, büluğun son həddinə çatar, bəzəyi və həyatı ilə məşğul olar. Davamlı olaraq bu fikirdə olar ki, fəxr libası geyinsin. Maraqlı və diqqəti cəlb edən miniyi olsun, gözəl ev inşa etsin, davamlı olaraq öz bəzəyi ilə məşğul olsun. Bu yaşdan sonra qocalıq yaşına çatar. Elə bu zaman daha çox nəsəb və hesabı ilə məşğul olar. Ahıl yaşına çatan zaman bütün səy və çalışması mal toplamaq və övladına sərf etmək üçün olar”.

Ona görə də qəflət, məşğuliyyətlər, təmtəraq, öyünmək, çoxalma - insan ömrünün beş dövrünü təşkil edir. İlk uşaqlıq dövrüdür ki, həyatı qəflətdə keçər. Sonra isə yeniyetmə dövrü gələr ki, məşğuliyyətlər oyunun yerini alar. Bu dövrdə insan özünü məşğul edəcək şeylərin ardınca olar. Ciddi məsələlərdən uzaq olar.
Üçüncü mərhələ isə cavanlıq dövrüdür ki, həyəcan və eşqlə doludur. Bundan sonra dördüncü mərhələ gələr ki, məqam və öyünmək hissi meydana gələr.
Nəhayət, beşinci mərhələyə çatar ki, qocalıq dövrüdür. Bu yaşda sərvət toplamaqla məşğul olar. İlk mərhələ bütün insanlarda bir-birinə bənzəyər. Ancaq sonrakı mərhələlər bir-birindən fərqlənər. Həqiqətdə insan həyatı cəmi bir neçə il çəkir. İnsan həyatı bir bitkinin həyatına bənzəyir. Böyüyür, saralır və sonra da sınır. Əlbəttə bizim üçün əsl həyat o biri dünyadadır. Allah bizə ya əzab verəcək, ya da nemət. Bunlar əbədi həyatdır.
Ona görə də o kəslər ki, dünyanı öz hədəfləri qərar veriblər - ona bel bağlayır və son arzuları ona çatmaq olur.
İmam Əli (ə) buyurur: "Ey o kəs ki, dünyanı məzəmmət edirsən, ancaq onun puçluğuna düçarsan. Dünyaya aldanmış və onu məzəmmət edirsən? Sən onu günahkar bilirsən, yoxsa o, səni belə bilir? Dünya nə zaman səni özünə vurğun etdi, ya da nə zaman səni aldatdı?”.
Dünya o kəslər üçün ki, düz qapıdan girərlər, düzlük sarayı olar. O kəslər ki, onu yaxşı dərk edər, onlar üçün afiyət və səadət sarayı olar. O kəslər ki, ondan axirətləri üçün azuqə toplayarlar, qüdrət sarayı olar.
 
(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 781 | Downloads: 0 | Comments: 2 | Rating: 5.0/1
Total comments: 2
0  
2 AGAHUSEYN   (2013-08-15 1:08 PM) [Daxil et]
ALLAH RAZI OLSUN

0  
1 GADİR   (2013-08-13 4:22 PM) [Daxil et]
thumbup
ALLAH RAZİ OLSUN !

Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]