Şənbə günü, 2024-04-27, 3:30 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Dua, əməllə bir yerdə olmalıdır
2013-09-22, 6:45 AM
Dua, əməllə bir yerdə olmalıdır

Ali Dini Rəhbərin "Dua” adlı kitabında oxuyuruq: "Lazım deyildir ki, dua həmişə təbii qanunları dəyişsin. Təbii qanunların əleyhinə əməl etsin. Xeyir, dua təbii qanunlar çərçivəsində həyata keçər. Bu, Allahın qüdrətidir ki, qanunlar yaradır və bir-birinin yanında qərar verir. Sizin məqsədiniz də həyata keçir. Əlbəttə, əgər sizin duanız hansısa İlahi qanunla təzad təşkil etsə, yerinə yetməz. İlahi vədə haqdır. O insanlar ki, bekardır və hədəfləri yolunda səy etmirlər, onların məqsədlərinə çatması zəmanət edimir. Deyə bilərsiniz ki, əgər duanız İlahi qanunla təzad təşkil etsə və əməllə bir yerdə olmasa, hətta diqqətlə deyilməsə belə, yenə qəbul olacaqdır – xeyr, belə deyildir. Dua zamanı Allah Təaladan istəmək və israr etmək lazımdır. Belə bir dua qəbul olar. Əgər böyük hədəf yolunda səylə bir yerdə dua da edilərsə, duanın qəbul olma ehtimalı daha çox olar.
Hansısa bir hacətin yerinə yetməsi o deməkdir ki, bu istəyin maddi vasitələri əldə edilsin. Yəni, Allah onları sizin üçün hazır etsin. Fərz edək ki, siz elə bir kəsdən bir şey istəyirsiniz ki, o, sizin istədiyinizi vermir. Ancaq bir dəfə ürəyi istəyir və onu sizə verir. Bu, bir vasitədir. Nə maneəsi var ki, dua bu vasitəni sizin üçün hazır etsin.
Allah Təala bəzi vaxtlar möcüzələr də edir. Möcüzə istisnadır. O zaman ki, Allahdan ehtiyacınız olduğu bir hadisənin baş verməsini istəyirsiniz, dua ilə yanaşı gücünüzü də işə salmalısınız. Məsələn tənbəllik hissi keçirirsinizsə, Allaha dua edirsiniz ki, bu hissi sizdən uzaqlaşdırsın. Dua ilə yanaşı, gərək iradə və himmət, səy də göstərəsiniz. Heç kim xəyal etməsin ki, evimdə oturub heç bir iş görmədən, iradə etmədən ancaq dua edəcəyəm, Allah da hacətimi yerinə yetirəcəkdir. Xeyr, bunun imkanı yoxdur. Deməli, dua səy və çalışma ilə bir yerdə olmalıdır. Bu dua nəticə əldə edər”.
 
İmam Əli (ə) buyurur: "Allah üçün yer üzündəki ən sevimli iş - duadır. Dindar və saleh bəndələrin ən yaxşı ibadətidir”.
İmam Rza (ə) həmişə səhabələrinə buyurardı: "Peyğəmbərlərin silahına eşq olsun!”. Soruşardılar ki, bu, nə deməkdir? Həzrət (ə) buyurardı: "Duadır”.
İmam Sadiq (ə) buyurur: "Dua iti nizədən də nüfuzedicidir”.
Beləliklə, duanı unutmayaq və dua ilə bir yerdə səy edək və himmət göstərək. Ancaq bu zaman duamız qəbul ola bilər.
 
 
(Tebyan/ Deyerler.org)
 

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 628 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]