Cümə günü, 2024-11-22, 6:50 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Dilənmək
2013-04-20, 6:51 AM

Dilənmək

Ey əziz qardaş, bacardıqca Rəbbinin dərgahına əllərini qaldır və ehtiyacını Ondan istə! Bir loxma yemək üçün başqalarının yanında üzünün suyunu tökmə! (İmam Sadiq (ə) buyurub: "Şiələrimiz acından ölsə belə dilənçilik etməzlər")
Bil ki, şahların dəbdəbəli paltarı kasıbın yamaqlı paltarından tez tələf olur.
Həmçinin, kasıbın yediyi quru yemək dövlətlinin yediyi çeşid-çeşid yeməklərdən dadlıdır.
Ey əziz qardaş, pulunun azadlığından narahat olma! Dinini dünyaya satma! Qiyamət günü izzət sahibi dinar, manat deyil, din olacaqdır. Hər bir şey dinarla, manatla deyil, məhz dinlə ölçüləcəkdir.
Filosoflar deyirlər: Əgər həyatın suyu üzün suyu ilə alınsaydı, bunu heç bir alim etməzdi. Xəstəliklə gələn ölüm zillətli həyatdan yaxşıdır.
Allaha təvəkkül et! Tamahdan çəkin! İnsanlarda olan var-dövlətə etmat göstərmə! (" Usulul-Kafi" c.2, səh.119)
Allah-Təala Qurani-Kərimdə buyurur:

لَا يَسْأَلُونَ النَّاسَ إِلْحَافًا

"Onlar insanlardan israrla (bir şey) istəməzlər".("Bəqərə" surəsi, ayə 273)
Rəsulullah (s) buyurub:
"Ey Əbuzər, heç vaxt dilənmə! Çünki dilənçilik hazır zəlalət və xoşagəlməz fəqirlıikdir. Qiyamət günü bunun hesabı çox ağır olacaqdır" ("Biharul-Ənvar" c.77, səh. 59-60)
Rəsulullahdan (s) nəql olunan hədisdə buyurulur:
"Ey Əli, qollarımı dirsəyə qədər odun içinə salmaq (mənim kimi) dünən olmayıb, bu gün olan insanlardan bir şey dilənməkdən yaxşıdır" ("Məkarimul-əxlaq" səh.433, "Biharul-Ənvar" c.77, səh.59-60. Rəsulullah(s) buyurub:" Hər bir insan dilənçilik üçün üzünə bir qapı açsa, Allah-Təala onun üzünə 70 fəqirlik qapı açar")
İmam Əmirəl-möminin (ə) bir rəvayətdə buyurub:
"Dilənçilik insanın dinini zəiflədir, şücaətli qəlbini sındırır, möhtərəm azad insan zəlil kölə halına düşür, üzünün suyu tökülür və ruzisi kəsilir".
"Dilənçilik etmə, hacətini Allahdan sitə!"
"Şiələrim (it kimi) ağzının suyunu tökməz, qarğa kimi tamahkar olmaz və acından ölsə belə insanlardan dilənçilik etməz".
"Dilənçilik fəqirliyin açarıdır".

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 776 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]