Cümə günü, 2024-11-22, 6:55 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Daxili gəmiricidən necə qurtulmaq?
2013-05-17, 10:07 AM
Daxili gəmiricidən necə qurtulmaq?

Hər bir insan yaxşı və saleh bəndə olmaq istəyir. Heç bir insan istəməz ki, ona "sən pis insansan” desinlər. Ancaq heç kim haradan başlayacağını bilmir.


Ayətullah Cavadi Amuli bizə özümüzü necə islah etməyimizin yollarını öyrədir.

Hər bir insanın insanşünaslıqdan xəbəri olmalıdır. O ali məktəbdə ki, insanşünaslıq tədris edilmir, deməli təhsili naqisdir. Qurai-Kərimin əksər ayələri bizə insanın şəxsiyyətindən söz açır və insanlığın əsl amillərini bizə tanıdır. Ona görə də əgər biz özümüzü tanımasaq, təhsil aldığımız elmdən bəhrələnə bilməyəcəyik.

İnsan bəzən daxildən zərər görür və bəzən də xaricdən. Xarici atəş insan cisminə təsir qoyur. Biz hamımız bu atəşi və ondan qaçmaq yollarını tanıyırıq. Ancaq daxili atəş can və ruhumuzu yandırır. Bizim daxilimizdə ya yandırıcı atəş var, ya da İlahi nur.

Allah Təala Quranda cismin və ruhun yanması haqqında söz açmışdır. Cismin yanması haqqında buyurur:«Amma haqdan dönənlər, şübhəsiz, onlar Cəhənnəmin odunu olacaqlar». ("Cinn” 15). O kəs ki, zülm əhlidir, Allah onu belə cəzalandıracaqdır.

Bəzi insanlar isə daxildən atəş istehsal edərlər. Onlar kafirlərin rəhbərləridir ki, Allah onların haqqında buyurur:"Onda, kafirlər üçün hazırlanmış və yanacağı insanlar və daşlar olan oddan çəkinin”. ("Bəqərə” 24). Bu insanların atəşi özlərindəndir.

Bəzilərinin isə ruh və canları belədir: "Və sən nə bilirsən ki, Hütəmə nədir?! O, Allahın yanar odudur. Elə bir od ki, (küfr, şirk və nifaq mərkəzi olan) ürəklərə nüfuz edər (və zahirdən əlavə, batini də yandırıb-yaxar)”. ("Huməzə” 5-7).

Allah heç bir insanı cəhənnəm odunu olsun deyə xəlq etməmişdir. O, hamını pak və şəffaf xəlq etmişdir. Hər nə gəldi yemək, hər nəyə gəldi baxmaq, hər nə gəldi demək get-gedə insanın daxilini atəşə çevirər. İnsanın canı zülal bir dənizdir. Əgər nalayiq fikirlərlə çirklənməzsə, varlıq aləminin sirləri onda təcəlli olar.

Allah Təala bizə buyurur ki, sizə pak, şəffaf və zülal suyu sərmayə kimi vermişdir. Əgər düşünsəniz, bu məsələ sizə aydın olar. "Kar, lal və kordurlar. Buna görə də (haqqa tərəf) qayıtmırlar”. ("Bəqərə” 18).

Əgər kimsə bu kövsəri hifz edərsə, nə başqasının pisliyini istəyər və nə də özünü məhvə sürükləyər. Haram tikə, batil fikirlər, başqalarına quyu qazmaq, başqalarını təhqir etmək, başqasının şəxsiyyətini alçaltmaq daxildə atəş yaradar və kövsəri çirkləndirər.

Hər bir halda əgər biz bu sərmayəni hizf etsək, hər bir elm sahəsində uğurlu olarıq. Peyğəmbər (s) buyurur:"Gecə-gündüz insan gərək qısa bir müddət özü ilə xəlvət etsin. Öz hesabını çəksin”.

Əkinçinin misalı kimi. 40 il əkinçilik edər və bir gün anbarın ağzını açıb görər ki, orada heç nə yoxdur. Əkinçi başa düşür ki, anbara siçan girmiş və bütün məhsulu yemişdir. Anbarın qapısı qıfıllı olduğu üçün, ora xaricdən heç kim girə bilməz. Məlum olur ki, problem daxildəndir.

İnsan gərək elə zəhmət çəksin ki, ondan soruşanda ki, "nə etmisən?” cavab verə bilsin ki, "Allahım! Mən bu işləri Sənin üçün görmüşəm”. Ancaq çox təəssüf ki, bizlərdən bəzisi işlərimizin çoxunu ad qazanmaq və başqalarının bizi tərifləməsi üçün yerinə yetiririk. Bütün bunların hamısı özümüz üçündür.

Ona görə də elə iş görməli və elə zəhmət çəkməliyik ki, həmin işi Allaha görə gördüyümüzü deyə bilək. Bizim vəzifəmiz budur ki, hər gün özümüzü hesaba çəkək. Çünki daxilimizdə bizə zərər verəcək gəmirici vardır. Rüşvət, qeybət, töhmət, təkəbbür və başqa xəstəliklər kimi.

Əlbəttə bütün bunlar islah ola biləndir. Xüsusilə də cavanlıq çağında. Əgər dostlarımızdan biri hansısa yarışda qalib gəlsə, Allaha şükür edək və onun üçün dua edə bilək. Bu zaman görərik ki, daxili anbarımızda siçan yoxdur. Ancaq əgər pis söz danışsaq və ona töhmət vursaq, bilməliyik ki, siçan bizim anbarımıza girmişdir. Bu siçan əməllərimizi daxildən yeyəcək və cürüdəcəkdir. Əgər başqası işində müvəffəq olarsa, ona görə sevinəriksə, deməli qəlbimiz hələ də şəffaf qalmışdır. Bu kövsəri hələ çirkləndirməmişik.



(Tebyan/deyerler.orgl)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 712 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]