Ədəbsizlik - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Şənbə günü, 2016-12-10, 11:24 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Ədəbsizlik
2013-07-17, 5:21 AM
Ədəbsizlik
   Ey əziz qardaş, ədəbsizlikdən çəkin! Ədəbsizlik insanı Xaliqdən də, məxluqdan da uzaqlaşdırır (" Usulul-kafi" c.2, səh.242)
    Ədəbsiz insan daim əzab içində yaşayır. (Şeyx Kuleyni "Usulul-kafi" kitabının 2-ci cildinin 242-ci səhifəsində İmam Sadiqdən (ə) nəql edərək deyir:"Kimin əxlaqı pis olsa özünə əzab verər") Çünki həmin şəxs onu əsla tərk etməyən bir düşmənin əsiridir. ( Şeyx Kuleyni "Usulul-kafi" kitabında məsumlardan nəql edir: "Sirkə balı xarab etdiyi kimi, ədəbsizlik də imanı xarab edir").
    Bir şair nəsr üslubunda deyir;"Əgər ədəbsiz bir insan yaşamaq üçün uzaq ölkələrə qaçsa belə ədəbsizlik ondan əl çəkməyəcək"
    Gözəl əxlaq övliyaların ən gözəl sifətidir. (Şeyx Kuleyni "Usulul-kafi" kitabının 2-ci cildində səh.81-də İmam Zeynəlabidindən (ə) nəql edərək buyurur: "Qiyamət günü tərəzidə qoyulacaq ən üstün əməl gözəl əxlaqdır")
    Allah-Təala Qurani-Kərimdə buyurur:

وَإِنَّكَ لَعَلَىٰ خُلُقٍ عَظِيمٍ

    "Həqiqətən də, sən böyük əxlaq sahibisən!" ("Qələm" surəsi, ayə 4)
    Rəsulullah (s) buyurur:
    "Qiyamət günü sizlərdən mənə ən yaxını və ən sevimlisi gözəl əxlaqa sahib olanınızdır" ("Usulul-Kafi" c.2, səh.81)
    "Sizlərdən mənə ən çox oxşayan gözəl əxlaqa malik olanınızdır" ("Biharul-Ənvar" c.71, səh.375-387)
    Əmirəl-möminin (ə) buyurub:
    "Gözəl əxlaq üç şeydədir; Haramlardan çəkinməkdə, halal tələb etməkdə və ailənin gəlirini artırmaqda" ("Biharul-Ənvar" c.71, səh.395)

gunahkar-bende.ucoz.net
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 254 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]