Cümə axşamı, 2024-11-21, 5:18 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Ədəb-1
2012-10-21, 6:29 AM
Ədəb-1


İnsan həyatının ən qiymətli sərmayələri və miraslarından biri, ədəbdir. Hətta sərvət və sərmayədən də əhəmiyyətlidir. (Adamın ədəbi, hökumətindən daha yaxşıdır.)
Qarşılaşılan heç bir şey ədəb qədər gözəl və cazibədar deyil. İnsanların arasında əlaqələrin möhkəm, salam və davamlı ola bilməsi üçün bunun öyrənilməsi və tətbiq edilməsi lazımdır. Lakin, bu məşhur və tez-tez istifadə edilən sözün başa düşülməsində bir az bağlılıq və sirrlilik vardır. Buna görə; mənası, yeri və şərtləri üzərində yenidən dayanmamız və həqiqətən ədəbin nə olduğunu bilməmiz lazımdır.
Ədəb Nədir?
İnsan əxlaqının qiymətli sərmayəsi; ana, ata və müəllimin mirası olan bu sifətin kökləri hansı əsaslar üzərinə quruludur? Görəsən daxili bir əxlaqdırmı? Görəsən, ictimai bir əxlaqmı, yoxsa psixoloji bir tutumdurmu? İnsanın, ədəbli kəsləri bəyənib təqdir etmələrinin səbəbi nədir?
Ədəbdən bəhs edildiyində, ətrafdakı insanlarla (kiçik, böyük, tanış və xarici hər kəsə qarşı) bir növ xüsusi və ölçülü əxlaq ağla gəlir.
Uyğun bir tərbiyənin məhsulu olan bu əxlaq; söz söyləmək, yolda getmək, dialoq qurmaq, baxmaq, istəmək, soruşmaq, cavablandırmaq vs... ilə əlaqədardır.
Ədəb, öyrənilən bir hünərdir. Deyilə bilər ki; "ədəb yaxşı bir tərbiyədir." Mürebbi, istər ana-ata olsun, istər müəllim və müəllim.
İmam Sadiq (ə.s) belə buyurmuşdur:
"Atam məni üç şeylə tərbiyə etdi... Buyurdu ki: Ey oğulum! Kim, pis yoldaşla otursa, salam qalmaz; kim sözlərinə diqqət yetirməzsə, peşman olar; kim pis yerlərə girəsə, töhmət altında qalar. "[1]
Bu hədisdə söz mövzusu edilən şey, dostluğun, söz söyləmənin və ictimai əlaqələrin bir ölçü üzərinə olmasıdır. Başqalarının sənə necə davranmalarını istəyərsən? Səni hörmətlə xatırlamalarını və yaxşılıqlarını zikr etmələrini istəməzsənmi? Səni pis ad və çirkin ləqəblərlə xatırlamamalarını diləməzsənmi? Başqalarının təhqirləri, lağ etmələri və daşlamalarından narahat və təhqir olmazsanmı? İnsanların arasında hörmət görmək, təşviq və təvəccöhlərə layiq olmaq istəməzsənmi? 
İctimai əlaqələrdə əhəmiyyətli nöqtələrdən biri, özün üçün bəyənmədiyini başqalarına da rəva görməməyin, özün üçün nəyi sevirsənsə başqalarına da istəməyin, başqaları üçün nəyi çirkin bilirsənsə özün üçün də çirkin bilməyindir. Başqalarında bəyənmədiyin və tənqid etdiyin hərəkət və sifətlər səndə olmamalıdır. Bu, bir növ "özünü tərbiyə etməkdir." Allah"ın bu vergisini, iti və təcrübəli bir zəka, ağıl və şüura sahib olan bir kimsə qazana bilər. Hz. Əli (a.s)"ın buyurduğu kimi:
"Özünü tərbiyə etməyin üçün, başqasında görüb də bəyənmədiyin şeylərdən qaçmağın sənə yetər. "[2]
Hər kəs öz sərhəd və ölçüsünü tanıyar və ondan çölə çıxmazsa, ədəblidir. Ədəbsizlik isə, qarşılaşmalarda bir növ qadağan mıntıkalara girmək, sərhəd və ölçüləri tapdalamaqdır.
Hz. Əli (a.s)ın bu uca sözünü də burada oxuyaq. O belə buyurur:
"Ən üstün ədəb, insanın öz sərhəd və həddində dayanması və ondan kənara keçməməsidir. "[3]

[1] Bihar, c. 75, s. 261
[2] Mizan'ul-Hikme, c. 1, s. 72
[3] Gurer'ul-Hikem

tebyan
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 811 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]