Bazar ertəsi, 2024-05-20, 3:01 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Böhtançını iblis də qəbul eləməz
2013-02-10, 7:08 AM
Böhtançını iblis də qəbul eləməz
Şeytanın işi-gücü - çirkin və əxlaqsız əməllərə təşviq etməkdir. Bu bəlalardan biri - başqasının cəmiyyətdəki abırını aparmaqdır. Töhmət vurmaq və böhtan atmaq elə günahlardır ki, həm töhmət vurduğu insan üçün və həm də töhmət atan üçün çox sayda bəlalar gətirər. Onlardan bəzisinə işarə edək:

1. İnsanın mənəviyyatına təsir edər.

İmam Sadiq (ə) bu haqda buyurur: "O zaman ki, mömin, mömin qardaşına töhmət vurar, imanı qəlbində əriyər. Necə ki, duz suda əriyir”. Bu hədisdən göründüyü kimi, töhmət imanı əridər və yox edər.

Bunu qeyd etmək lazımdır ki, bəzi əməllər insanın imanına təsir edər. İnsan əgər vacibatlarını tərk edərsə, çox sayda günah işlədərək imanını zəiflədər. Vacibi tərk etmək və haram işlər görmək insanı hər cür uçuruma tərəf sürükləyə bilər.

2. İnsanlar arasındakı rabitəyə təsir edər.

Töhmət - qardaşlıq və insanlıq rabitəsini məhv edən amildir. İnsanlar arasında olan etimadı zəfilədər. İmam Sadiq (ə) buyurur: "O kəs ki, din qardaşını ittiham edər, (ona töhmət vurar) aralarında hörmət qalmaz”. İslam dini kəndirə bənzəyir ki, hamı ondan yapışır. Ona təvəssül edərək, bir-biri ilə qardaşlıq rabitəsi yaradarlar. Bu bağ - çox möhkəm bir bağdır. Din qardaşına və ya başqasına töhmət vuranda, bu möhkəm rabitəni qət etmiş olarsan.

O mömin ki, Allaha və məada tam etiqad bəsləyir, heç bir zaman baqşasına töhmət vurmaz. Hətta əgər insanın dini olmasa belə, insanlıq hissi ona bu çirkin işi görməyə icazə verməz.

Bəzən insanlar öz şeytani hədəflərinə çatmaq üçün başqalarına töhmət vurarlar. Nəticədə zillətə düçar olarlar.

İmam Sadiq (ə) buyurur: "Əgər kimsə möminin əleyhinə söz deyərsə, bu işdəki məqsədi ictimai abrını aradan aparmaq olarsa, onu insanların gözündən salmaq istəyərsə, Allah onu dostluq mehvərindən xaric edər, şeytanın rəhbərliyi altına girər. (Ancaq) şeytan belə onu qəbul etməz”.

Töhmətdən nicat yolları.

Dili töhmət bəlasından pak etmək bir dəfə ilə olan iş deyildir. Davamlı səy və çalışmaya ehtiyac vardır. Bu xəstəliyin müalicəsinə düşünərək və onun çirkin nəticələrinə diqqət edərək başlamaq olar.

Töhmətin pis nəticələrinə diqqət edən hər kəs ona nifrət edə bilər. Təbiidir ki, insan bir şeyə nifrət edərsə, ondan uzaqlaşar. Ona görə də daxilimizdə töhmətə qarşı bir nifrət hissini aşılamağa çalışaq. Həmçinin başqalarının abırını və izzətini də düşünmək lazımdır. İslam dini möminin abır və həyasını hətta Kəbədən və Qurandan belə böyük hesab edir. Bunu bilən hər bir insan gərək başqasının izzət hərəminə daxil olmasın. İnsan əgər özündə hüsnü-zənn hissini gücləndirərsə, töhmət bəlasından qurtulmuş olar.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 658 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]