Bazar günü, 2024-05-05, 0:46 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bir söz deyək və iki söz eşidək
2013-04-16, 9:26 PM
Bir söz deyək və iki söz eşidək

 Qulaq - elm pəncərəsidir. Qulaq asmaq - elmin açarıdır. Əgər qəlb və canımızın giriş qapısını tanısaq, ona böyük əhəmiyyət vermiş olarıq. Qulaq bizə elm və biliklərin açarını ötürür və bizi hidayət edir.


Bəzən danışmaq insana qulaq asmağa mane olar. O kəs ki, harada oldu danışmağı sevər, başqalarının sözünü eşitməyə fürsəti qalmaz. Əslində başqalarının danışmağına heç icazə də verməz.

İlahi yolun yolçuları və ariflər yersiz yerə sükut etməyi də tövsiyə etmirlər. Amma az danışmaq insanı dilin bəlasından hifz edər. Həm də başqalarının moizəsini və nəsihətini eşitməyə imkan verər.

İmam Əli (ə) buyurur: "Nə zaman alimin xidmətində əyləşsən, danışmaqdan çox eşitməyə hərislik göstər”.

Alimin yanında çox danışmaq onu danışmaqdan saxlayar, insanı da öyrənməkdən. Çünki çox danışan insan onun söz deməsi üçün fürsət qoymaz.

İki qulaq və bir ağıza malik olmağımızın səbəbi budur ki, iki dəfə eşidək və bir dəfə danışaq. Bunun özü bir hikmətdir. Xüsusilə də o zaman ki, böyük və müdrik alimin hüzurundasınızsa. Bu hüzurun hər anı sizin üçün mənalı və faydalı ola bilər. Əgər qəflətə düşsək, həsrətə düçar olarıq.

İmam Əli (ə) əxlaqı haqqında deyirlər ki, nə zaman Peyğəmbərin (s) hüzuruna gələr, əgər Həzrət (s) danışarsa, o, qulaq asardı. Peyğəmbər (s) sükut edən zaman isə İmam (ə) ona sual verərdi. Bu yolla Peyğəmbərin (s) o mübarək dodaqlarından süzülən mərifətlə sirab olardı. Bu əxlaq Peyğəmbərdən (s) öyrəndiyi əxlaq idi.

Həzrət Peyğəmbər (s) buyurur: "Elm elə bir xəzinədir ki, açarı - sual verməkdir”.

Xəzinəni tapıb çıxartmaq kimi, elmi də sual verərək tapıb çıxartmaq lazımdır. Sual verməyin yolu cavabın keyfiyyətinə təsir edər. Çünki cavab hər bir suala uyğun olar.

Soruşmaq stimulu da cavabın keyfiyyətinə təsir edən amillərdəndir. Bəzən hikmət onda olur ki, sualı cavabsız qoyasan. Ona görə də din alimləri tövsiyə edir ki, dərk etmək üçün soruşun. Nəinki qarşı tərəfi imtahana çəkmək üçün. Ona görə də verdiyimiz suala diqqətlə nəzər salaq.

Sinələrdə olan elmin gizli qalması çox heyfdir. Susuz insanlar məhrum qalarlar. Atalar deyərdi: "Soruşmaq eyb deyildir, bilməmək eybdir”.

Ona görə təvazökarlıq edək və qarşımızda olan alimə qulaq asmağı bacaraq. Danışmaqla eşitməyin arasında fasilə vardır. Onu səbir və vüqarla keçmək və üsyankar nəfsə qalib gəlmək lazımdır.

Sükut neməti ilə elm gövhərini ovlayaq. Yaxşı qulaq asaraq, hikmət ovçusu olaq. Ona görə də bir söz deyək və iki söz eşidək.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 697 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]