Başqalarının eyb və sirlərini axtarmayaq və qeybətini etməyək - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Cümə axşamı, 2016-12-08, 7:01 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Başqalarının eyb və sirlərini axtarmayaq və qeybətini etməyək
2013-08-22, 6:52 PM
Başqalarının eyb və sirlərini axtarmayaq və qeybətini etməyək

 
Qeybətin həqiqəti budur ki, bir insan haqqında elə şey deyəsən ki, əgər onuu qulağına çatsa, narahat olar. Quran və fiqhin nəzərinə görə, qeybət etmək haramdır.
Həzrət Peyğəmbər (s) buyurur: "Bilirsinizmi ki, qeybət nədir?” Dedilər: "Alah və Peyğəmbəri (s) daha yaxşı bilir”. Həzrət (s) buyurur: "Qardaşın haqqında elə şey deyəsən ki, o, sevmir”. Soruşdular: "Əgər onda olan şeyi desək necə?” Buyurur: "Əgər onda olan şeyi desən qeybət etmiş olarsan, əgər dediyin şeylər onda olmazsa, ona töhmət vurmuş olarsan”.
Allah Təala buyurur: "Həmçinin başqalarının eyb və sirlərini) arayıb-axtarmayın və bir-birinizin qeybətini etməyin. Məgər sizin biriniz öz ölmüş qardaşının ətini yemək istəyər? (Şübhəsiz,) ondan iyrənərsiniz”. ("Hucurat” 12).
Həzrət Peyğəmbər (s) buyurur: "Möminin qeybətindən uzaq ol. Çünki qeybətin günahı zinadan da böyükdür. Əgər kimsə zina etsə, həqiqətən peşman olub, tövbə etsə, Allah tövbəsini qəbul edər. Ancaq qeybət edən bağışlanmaz. Məgər o halda ki, qeybət olunan ondan razı olsun”.
İslam alimləri həmişə qeybətlə mübarizə aparmışdılar. Onların iştirak etdiyi məclislərdə qeybət edilməzdi. Əgər edilsəydi də təzəkkür edilərdilər. Ayətullah Mirzə Cavad Təbrizi də bu cür alimlərdən biridir. Əgər alim olan məclisdə orada iştirak etməyən birindən söhbət edilərdisə, alim icazə verməzdi. Əgər ona mühüm məsələni xəbər verirdilərsə, ad çəkmədən deyərdilər.
O, elə alimlərdən idi ki, şübhələri tez bir zamanda aradan qaldıra bilirdi. Bir çox yollarını azmışlar alimin qorxusundan öz əqidələrini yaya bilmirdilər.
O, deyərdi: "Gərək yazaq və deyək ki, avam insanlar aldanmasın. Onları agah etməliyik. Xüsusilə də bu gün hücum edilən etiqad məsələlərində”.
Çox təəssüf ki, alimin vəfatından sonra alimin yoxluğundan istifadə edib, yanlış əqidələri yaymağa başladılar. Halbuki alim sağ olan zaman bu cür bidətlərin qarşısında şücaətlə dayanardı. O, Əhli-beyt (ə) məktəbinin hər zaman silahlanmış əsgərinə bənzəyirdi.
Alimin nəzərinə görə qeybət insanı büdrədər və insanı həqiqi yoldan ayıra bilər. İnsandan tofiqi alar. Ona görə də əməlləri ilə hamıya öyrədirdi ki, onun yanında qeybət etməsinlər.
Biz də bu təhlükəli günahdan uzaq olaq və özümüzü bu günahın gətirdiyi bəlalardan qoruyaq.
 
(Tebyan/ Deyerler.org)
 
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 276 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]