Bazar günü, 2024-12-22, 4:45 PM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Bəlanı savaba çevirək
2013-02-13, 7:37 AM
Bəlanı savaba çevirək
 Ruzigarımızın keçdiyi bu aləmdə pisliklər və yaxşılıqlar, rahatlıq və çətinliklər, xoşluq və naxoşluqlar bir yerdə olur. Hər bir yer əhli xoşagəlməz hadisələrlə üzləşərlər. Bu insanların içərisində o kəs qalib sayılar ki, bu xoşagəlməz hadisələrdən düzgün istifadə edər və bəlanı savaba çevirər.



Zulnun Misri deyir: "Mən Allah evini təvaf etməklə məşğul idim. Birdən iki nəfər kənizi gördüm ki, onlardan biri bu şeiri inşa edir və deyirdi: "Səbir etdim, bir halda ki, səbir - ən yaxşı minikdir. Əgər hövsələsizlik faydalı olsaydı, müsibətə hövsələsizlik edərdim”. "Səbir etdim, əgər bu müsibətdən bir hissəsi Rəzəvi dağına daxil olsaydı, o dağ əzəmətinə baxmayaraq dağılardı. Ona dözməyə taqəti olmazdı”. Mən ona dedim: Ey kəniz, nədən belə nalə çəkirsən?” Kəniz dedi: Mənə bir müsibət üz verib ki, heç bir zaman heç kimə üz verməmişdir”. Mən soruşdum: "O nə müsibətdir?” Kəniz dedi: Mənim iki balam vardı ki, gözümün önündə oynayırdılar. Ataları da qoyun kəsirdi. Sonra oğlanlardan biri o birisinə deyir: "Qardaşım, mən sənə atamın bu qoyunun başını necə kəsdiyini göstərəcəyəm”. Bu zaman qardaşına tərəf hərəkət edir və saçından tutub, başını bədənindən ayırır. Atası qatil olan oğlunun ardınca düşür. Onu tapan zaman görür ki, vəhşi heyvanlar onu parçalayıbdır. Atası bu səhnəni görəndən sonra evə qayıdır. Ancaq yolda gələn zaman aclıqdan və susuzluqdan ölür”.

İshaq ibni Əmmar İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət (ə) buyurub: "Ey İshaq! Səbir etdiyin bu müsibətə görə Allah tərəfindən savaba layiq oldun”.

İnsan səbir vasitəsilə böyük bir savaba çata bilər. Bu müsibətdən keçid körpüsü kimi istifadə edib, bəhrələnmək olar. Müsibəti savaba çevirmək olar.



Bəzən insan çətinliklə rastlaşan zaman şikayət etməyə başlayır. Məkan və zaman haqqında pis sözlər deməyə başlayır. Bəs bu əməl doğrudurmu?

İmam Əli (ə) buyurur: "Nə zaman çətinliyə düşsəniz, Allahdan heç zaman şikayət etməyin. Gərək bütün açarların ixtiyarı Onun əlində olan Allahdan işlərimizin açılmasını istəyək”.

İmam Sadiqdən (ə) soruşurlar: "Şikayət Allahı necə qəzəbləndirə bilər?”. Həzrət (ə) buyurur: Əgər desə ki: "Bu gün hərarətim vardır, dünən ağrıdan yatmamışam”, bunlar şikayət deyildir. Şikayət budur ki, deyəsən: "Elə bir dərdə düçar olmuşam ki, heç kim düçar olmamışdır”. Ya desin: "Mənim çəkdiyim əziyyəti heç kim çəkməmişdir”.



İmam Əli (ə) buyurur: "O kəs ki, kiçik müsibətləri böyük hesab edər, Allah onu böyük müsibətlərə düçar edər”.

Allah Davuda (ə) buyurur: "Ey Davud! Mən behişti qızıl və gümüşdən xəlq etdim. Tavanını zümrüddən, gilini yaqutdan, torpağını isə xoş iyli müşkdən, daşlarını dürdən və sakinlərini hureleyndən qərar vermişəm. Bilirsən bunları kimin üçün hazırlamışam?” Deyir: "Yox”. Buyurdu: "O kəslər üçündür ki, bəlanı nemət və xoşluğu müsibət hesab edər. Şəkk yoxdur ki, bəlanın əvəzi vardır. Onun savabı səbrə görədir. Günahın kəffarəsi sayılar. Xəstə olan zaman sağlamlıq nemətini yada salar. İnsanı tövbə etməyə və sədəqə verməyə həvəsləndirər”.

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, o zaman ki, Allah Təala bəndəsini sevər, onun ən sevimli övladını aparar. Bəlkə də ona görədir ki, heç kimi Allah məhəbbətinə şərik etməsin.

Allah Musaya (ə) vəhy edir: "Ey Musa! Mən mömindən əziz məxluq xəlq etməmişəm. Mənə əgər onun üçün giriftarlıq gətirirəmsə, onun üçün yaxşıdır. Onun gərək səbri olsun. Əgər ona sağlamlıq verirəmsə, yenə də onun xeyrinədir. Əgər onu bəzi şeylərdən məhrum edirəmsə, xeyri ondadır. Mən bilirəm ki, bəndəm necə islah ola bilər. O, gərək müsibətlərdə səbir etsin, nemətlərə görə şükür desin, Mənim hökmümə razı olsun. Nə zaman Mənə itaət edər, onu siddiqlərdən hesab edərəm”.

Ona görə də deyə bilərik ki, hər kim müsibət zamanı hövsələsizlik edər, qışqırıb bağırar və üz-gözünü cırar, deməli tutumu zəifdir. Çünki İlahi qəzanı inkar edər və Allah işlərinə ikrah hiss etdiyini bildirmiş olar. Ona görə də hədislərin birində oxuyuruq ki, Allah buyurur: "Hər kim Mənim qəzama razı olmaz, nemətlərimə şükür etməz, bəlama səbir etməz, Məndən savayı Pərvərdigar axtarsın”.



(Tebyan/ Deyerler.org)
Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 784 | Downloads: 0 | Rating: 0.0/0
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]