Allah övliyalarının qeybi qüdrətlərinə iman bəsləmək - Gözəl əxlaq dinin yarısıdır - Əxlaq - İslamda nələr var? - gunahkar-bende
Bazar günü, 2016-12-11, 8:59 AM
Allahın Peyğəmbəri (s): «Zirəklərin ən zirəyi günahlardan çəkinmək, axmaqların ən axmağı isə günah işlər görməkdir»
Main » Files » Əxlaq » Gözəl əxlaq dinin yarısıdır

Allah övliyalarının qeybi qüdrətlərinə iman bəsləmək
2014-05-23, 3:52 PM

Allah övliyalarının qeybi
qüdrətlərinə iman bəsləmək


Quranın aşkar şəkildə Allahın bəzi saleh bəndələrinin qey­bi qüdrətlərini təsdiq etməsinə baxmayaraq, araş­dır­ma­çı­lar­dan bəziləri belə düşünürlər ki, buna inam “üluhiyyətdə töv­hid” prinsipi ilə uyğun deyil. Bu məsələni həqiqətini açıq­la­maq üçün Qurana müraciət edək:
Allah övliyalarının qeybi qüdrətlərinə etiqad bəsləmək iki cür təsəvvür oluna bilər:
1. İnsan Allahdan başqa hər hansı bir insanın allahlıq mə­qa­­mına malik olduğuna etiqad bəsləsin, onu (o insanı) qeybi qüd­rətin əsl və birbaşa mənşəyi hesab etsin, Allahın işlərini bir­başa ona nisbət verərək onu Allah hesab etsin. Belə bir eti­qa­dın Quran, sünnə və tövhid məktəbinin qəti prinsiplərinə əsa­sən, qəbuledilməz olduğu aydın bir məsələdir. Bu etiqad ülu­hiyyətdə şirk deməkdir. Qurani-məcid də bu təfəkkürü in­kar edərək, belə buyurur:
“Ona bənzər heç bir şey yoxdur”.[
“əş-Şura”, 11]
“Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”[
 “əl-İxlas”, 4]
Elə buna görə də Allahdan başqasının müstəqil qüdrət sa­hi­bi olduğuna etiqad bəsləmək şirkə səbəb olur. Çünki bu hal­da Allahdan başqa bir şəxsin Allaha bağlı olmadan müs­tə­qil qeybi qüdrət mənşəyi olduğu nəzərdə tutulur, Allaha məx­sus olan bir şey ona nisbət verilir. Bir halda ki, bütün qüd­rətlərin mənşəyi yeganə olan Allahdır.
2. İkinci təsəvvür isə, ilahi övliyaların qüdrətlərinin Al­la­hın yenilməz qüdrətindən qidalandığına inanmaqdır. (Buna inan­maqdır ki) Onlar bu qüdrəti əldə etmək və istifadə et­mək­də heç bir istiqlaliyyətə malik deyildirlər. Həm öz var­lıq­la­rında və həm də Allahın onlara verdiyi bu qüdrətdən is­ti­fa­də etməkdə Allahdan asılıdırlar. Allaha yaxın bəndələr yal­nız Allahın izni ilə qeybi qüdrətə malikdirlər.
Bu təfəkkür tərzinə əsasən, belə qeybi qüdrətləri olan Al­la­hın saleh bəndələri, yalnız Onun sonsuz qüdrətinin təcəllisi və Onun cəmiyyətdə təzahür etməsi üçün bir vasitədirlər. On­lar bu qüdrətdən yalnız Allahın izni ilə istifadə edirlər. Qur­ani-məcid də “Rəd” surəsində bu məsələyə işarə edərək bu­yurur:
 “Allahın izni olmadıqca heç bir peyğəmbər heç bir möcüzə gətirə bilməz”.[
 “ər-Rəd”, 38]
Buna əsasən, dünya müsəlmanlarının Allah rəsulu (s) və ya başqa saleh bəndələrin qeybi qüdrətlərinə iman bəs­lə­mə­lə­ri onların Allahın izni ilə bu fəzilətə malik olması və bu işdə heç bir istiqlaliyyətə malik olmamaları mənasını daşıyır. Əgər həzrət İsa (ə) korlara şəfa verə və əlacsız xəstəlikləri sa­ğal­da bilirdisə, bunlar hamısı Allahın qüdrəti və izni ilə ol­muş­dur. Çünki uca Allah bir insana təbii bir qüvvə verdiyi ki­mi, müəyyən olunmuş yerlərdə və icazəli surətdə istifadə etmək üçün öz saleh bəndələrinə təbiətin fövqündə olan qey­bi qüdrət də verə bilər.
Şübhəsiz, belə etiqad İslamın əsas prinsipləri və tövhidin bü­tün dərəcələri ilə tam uyğundur. Çünki bu etiqad Allah öv­liyalarını Allah kimi tanımaq və ya Allaha aid olan işləri on­lara nisbət vermək deyil. Bu məsələyə daha artıq izah ver­mək üçün onun Quran baxımından araşdırılmasına davam edək:


Həzrət İsanın (ə) qeybi qüdrəti
Qurani-kərim bəzi ayələrində həzrət İsanın (ə) belə föv­qə­la­də qüdrətə malik olduğunu sübut edir. Belə ayələrdən bə­zi­lə­rini xatırladırıq:
 “Mən, həqiqətən, Rəbbinizdən sizə möcüzə gətirmişəm. Si­zin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfü­rə­rəm, o da Allahın iznilə quş olar. Anadangəlmə korları, cü­zam xəstəliyinə tutulanları sağaldar və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şey­ləri də sizə xəbər verərəm. Əgər möminsinizsə, bunda (söy­lədiklərimdə peyğəmbər olduğuma) bir dəlil vardır”.[
“Ali-İmran”, 49]
Quranın bu aşakar ayələrində ölüləri diriltmək kimi föv­qəladə işlər həzrət İsaya (ə) nisbət verilməklə yanaşı, onun bu işləri Allahın izni və əmri ilə görməsi də diqqətə çatdırılır.


Həzrət Süleyman (ə) və qeybi qüdrət
Həzrət Süleymanın (ə) xüsusiyyətlərindən bir də ona əzə­mət­li bir hakimiyyətin verilməsidir. O, yalnız insanlara deyil, cin və vəhşi heyvanlara da hökmranlıq edirdi. Sözsüz ki, belə bir geniş hakimiyyət üçün fövqəladə qüdrət lazımdır. Qur­ani-məcid bir çox ayələrdə həzrət Süleymanın (ə) fövqəladə qüd­rətinə işarə etmişdir. Burada ixtisara riayət etməklə, on­lar­dan bəzilərini xatırladırıq:
 “Süleyman Davuda (peyğəmbərlikdə, elmdə və mülkdə) və­rəsə oldu və dedi: “Ey insanlar! Bizə quş dili öyrədildi və (pey­ğəmbərlərə, padşahlara nəsib olan) hər şeydən verildi. Bu, həqiqətən, açıq-aşkar bir lütfdür!” (Bir gün) Süleymanın cin­lərdən, insanlardan və quşlardan ibarət qoşunu toplandı. On­lar cərgə-cərgə düzülüb (nizamla) gedirdilər. Nəhayət, on­lar qarışqa vadisinə gəlib çatdıqda, bir qarışqa dedi: “Ey qa­rış­qalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bil­mədən sizi basıb əzməsinlər!” (Süleyman qarışqanın) bu sö­zündən gülümsəyib dedi: “Ey Rəbbim! Mənə, mənim özümə və ata-anama ehsan buyurduğun nemətə şükür etmək üçün i­l­ham (qüvvət) ver!”[
“ən-Nəml”, 16-19]
Bu ayələrdən aydın olur ki, həzrət Süleyman (ə) quşların di­lini bilmək və cinlərə hökmranlıq etmək kimi qeybi qüd­rət­lə­rə malik imiş. “Ənbiya” surəsində belə oxuyuruq:
 “Bərəkət verdiyimiz yerə (Şama) doğru şiddətlə əsən kü­lə­yi də Süleymana Biz ram etdik. Biz hər şeyi bilənik!”[3
 “əl-Ənbiya”, 81]‏
Bundan əlavə, Quranın başqa (məs: “Səba”, 12, “Sad”, 36-40 və “Nəml”, 17-44) ayələrində də həzrət Süleymanın (ə) qey­­bi qüdrətlərinə işarə edilmişdir.


Həzrət Yusifin (ə) qeybi qüdrəti
Quran baxımından Yusif  peyğəmbərə (ə) də bu ilahi ne­mət verilmişdir. Aşağıdakı ayə onun qeybi qüdrətlərinin bə­zi­lərinə işarə edir. Bu ayədə o həzrət öz qardaşlarına deyir:

 

 “Bu köynəyimi götürüb aparın, atamın üzünə sürtün (atın), o, (yenidən) görməyə başlayar... Muştuluqçu gəlib köy­­­­­­nə­yi (Yəqubun) üzünə sürtən kimi onun gözləri açıl­dı”.[ “Yusuf”, 93-96]
Bu ayə, öz atasının gözlərinin yenidən görməsinə Yusifin (ə) qeybi qüdrətinin səbəb olduğunu sübut edir.


Həzrət Musanın (ə) qeybi qüdrəti
Həzrət Musa (ə), o dövrün zalım hakimlərindən sayılan Fi­ronla mübarizə etmək üçün Allahdan əmr aldı. Təbiidir ki, be­lə çətin mübarizə üçün Musaya (ə) peyğəmbərlik nişanələri və fövqəladə qüdrət lazım idi. Elə buna görə də, Allah öz əziz pey­ğəmbərini böyük möcüzələrlə silahlandırdı. Bu mö­cü­zə­lər­dən hər biri o həzrətin qeybi qüdrətinin nişanələridir. Bu­rada nümunə üçün, bəzi Quran ayələrini xatırladırıq:
1) O, həzrətin ardıcılları susuzluqla üzləşən zaman, Allah Mu­saya (ə) əsasını daşa vurmağı əmr etdi. O daşdan Bəni – İsrailin dəstələrinin sayı qədər su çeşməsi axmağa başladı. Qurani-məcid Allahın bu barədə olan əmrini belə xatırladır:
“Yadınıza salın ki, Musa öz qövmü üçün su istədikdə, Biz ona: “Əsanı daşa vur!” –dedik. (O, əsanı daşa vuran kimi) on­dan (daşdan) on iki çeşmə fışqırdı”.[
 “əl-Bəqərə”, 60]
2) Həzrət Musa (ə) və ardıcılları Fironun qoşununun va­si­tə­­silə izlənən zaman, Allah o həzrətə əsasını dənizə vurmağı əmr etdi. Dəniz yarıldı və o, ardıcılları ilə birlikdə xilas oldu. Qur­an bu barədə belə buyurur:
“Onda Musaya belə vəhy etdik: “Əsanla dənizə vur!” (Mu­sa əsasını dənizə vuran kimi) o dərhal yarıldı və hər his­sə böyük (uca) bir dağ kimi oldu”.[
“əş-Şüəra”, 63]
Bu ayələrdən aydınlaşır ki, həzrət Musa (ə) Allahın izni ilə elə bir qeybi qüdrətə malik idi ki, əsasını dənizə vurmaqla, ar­dıcıllarını xilas edə bildi.
Quran ayələrində və hədislər üzərində aparılan təhqiqatla ay­dınlaşır ki, Allah övliyalarının peyğəmbər və ya rəsul ol­ma­malarına baxmayaraq, Onun izni ilə fövqəladə işlər gör­mə­yə imkan verən qeybi qüdrətə malik olmuşlar. Bu barədə həz­rət Süleymanın (ə) dostlarına diqqət yetirməyimiz ki­fa­yət­dir:
 “(Süleyman) dedi: “Ey əyanlar! Onlar müti vəziyyətdə (mü­səlman olaraq) yanıma gəlməmiş, hansınız onun (Bə­l­qi­sin) taxtını mənə gətirə bilər?” Cinlərdən olan (çox qüvvətli və nəhəng) bir ifrit dedi: “Sən yerindən (taxtından) qal­x­ma­mış mən onu sənə gətirərəm. Mən bu işi görməyə çox qüv­vət­li­yəm, etibarlıyam! Kitabdan (Allahın kitabından, yaxud löv­­hi-məhfuzdan) bir qədər xəbəri olan birisi[
Bu bir şəxs idi, peyğəmbər deyildi. Deməli, Quran ayəsinə əsasən, pey­ğəm­bər­lər­dən başqası da qeybdən xəbər verə bilər. Qeyd olunan ayə, bu məsələyə ən gözəl sü­butdur.—Red.] dedi: “Mən onu sə­­nə bir göz qırpımında (gözünü yumub açınca) gətirərəm!” (Sü­­leyman) onu (taxtı) yanında hazır durmuş görüncə dedi: “Bu, Rəbbimin lütfündəndir (mərhəmətindəndir)”.[“Nəml”, 38-40]


Nəticə
Deyilənlərdən iki məsələ aydınlaşdı:
1. Quran ayələri Allah övliyalarının qeybi qüdrətlərini sü­but edir. Çünki əsanı vurmaqla daş arasından içməli su çeş­mə­sinin çıxması, dəniz suyunun yarılaraq, oradan keçənlər üçün yol açılması, əlacsız xəstəliklərin sağalması, ölülərin di­ril­­məsi, həzrət İsanın (ə) palçıqdan quş düzəldərək onu can­lan­­­dırması, həzrət Yusifin (ə) Yəqub peyğəmbərin (ə) göz­lə­ri­nə şəfa verməsi və həzrət Süleymanın (ə) quşların dilini bil­mə­si kimi işlər xariqüladə, fövqəladə bir iş olaraq təbii qüv­və­­lərin fövqündədir. Bunların hər biri Allahın saleh bən­də­lə­ri­­nin qeybi qüdrətlərinin nişanəsidir.
2. Şübhəsiz, Quranın aşkarcasına Allah övliyalarının qeybi qüd­rətə malik olduqlarını sübut etdiyi bir halda, bizim on­la­rın bu qüdrətlərinə iman gətirməyimiz Qurana tabeçilik və Qur­an məntiqi ilə uyğunluqdan başqa bir şey deyil. Belə bir eti­qad tövhid dininin qəti prinsipləri ilə tam uyğun olaraq, heç vaxt şirkə səbəb olmur. Allah övliyalarının fövqəladə qüd­rətinə iman gətirmək, onları Allah bilmək və ya Allaha aid olan işləri birbaşa onlara nisbət vermək deyil. Əgər belə ol­saydı, tövhid nizamnaməsi olan Quran onlarda olan bu qüd­rətin rəsmiyyətini tanımazdı. Biz hər bir kitab və sözdən ön­cə Qurani-kərimi öz düşüncə, təfəkkür, əməl, davranış və söz­lərimizə istiqamətverici bilməli, həyatımızı onun aşkar ayə­lərinə uyğun tənzimləməliyik.

 

Category: Gözəl əxlaq dinin yarısıdır | Added by: Ənfal
Views: 587 | Downloads: 0 | Rating: 4.0/2
Total comments: 0
Yalnız qeydiyyatdan keçmiş istifadəçilər şərhləri əlavə edə bilər.
[ Registration | Login ]